Azərbaycanca

Şuşanın dağıdılmasına dözə bilməyən rus əsgəri

09.06.2014 | 07:20

1402315219_rus-esgeri-susa-haqqindaŞuşa ilə bağlı bir maraqlı hadisəni yazmaq istəyirəm. Bu şəkil Rusiya Federasiyasının vətəndaşı Vladimir Repinin ailə arxivindəndir. 1969-cu ildə Vladimirin anası bir qrup qonaqla Şuşa şəhərinə turist səfərinə gəlirlər. Qrup Üzeyir Hacıbəyovun ev-muzeyi qarşısında şəkil çəkdirir. Anası Şuşadan qayıdandan sonra o zaman hələ balaca olan oğlu Vladimirə Şuşanın gözəlliyi və möhtəşəm görünüşü barədə xeyli söhbətlər edir.Vladimir görməzə bilməzə Şuşa şəhərinə vurulur. Arsuzu olur ki, nə zamansa Şuşaya gəlib buranı görsün. 1991-ci ildə Vladimir Repini rus ordusunun tərkibində çavuş kimi Xankəndiyə gəlir. Şuşa şəhərinə qarşı başlanan hücumda iştirak edən Vladimir burada yerli caamata güllə atmaq istəmir. Komandirlərin əmrindən boyun qaçırır. Onu həbs edib hərbi tribunala verəcəkləri ilə hədələyirlər. Özü yazdığı kimi əmrə qismən tabe olur. Lakin əhaliyə güllə atmır. Bacardıqca görməli yerlərin dağıdılmasının qarşısın almağa çalışır. Lakin işğaldan sonra ermənilərin talançılıqla məşğul olduğun görüb dözmür. Şuşanın işğalından sonra 1 həftə burda qalan Vladimir ermənilərin vəhşiliklərinə dözə bilmir və geri qayıtması üçün ərizə yazır və Rusiyaya geri qayıdır. Öz xatirələrində ermənilərin vəhşiliklərindəb geniş yazı yazır. O yazıda Şuşa kimi gözəl bir yerin talan edilməsini ürək ağrısı ilə qeyd edir.

 

Aynur Tağıyeva

AMEA-nın əməkdaşı

“KarabakhİNFO.com” 

09.06.2014 07:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*