Azərbaycanca

Svante Kornell: “Dünya Dağlıq Qarabağ məsələsinə maraq göstərmir”

17.04.2015 | 15:00

81a9fd1b26f3d60af2896b8478128845

“Açıq etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinə xaricdən heç bir maraq yoxdur, problemin həllinə məsul olan ATƏT-in Minsk Qrupu artıq bu məsələyə yetərincə maraq göstərmir”.

 

Bunu APA-ya açıqlamasında Stokholmdakı Qafqaz Araşdırmalar İnstitutunun direktoru Svante Kornell deyib.

S. Kornell bildirib ki, artıq münaqişə bölgəsində gərginlik birmənalı olaraq başlayıb, vəziyyət daha da ağırlaşa bilər: “Ona görə də təxirə salınmadan beynəlxalq təşkilatlar bu məsələ ilə yaxından maraqlanmalıdırlar. Əks halda, ciddi fəsadlar özünü göstərəcək”.

S. Kornell azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzəriində separatçı rejim tərəfindən “məhkəmə” qurulmasının bu gərginliyin növbəti mərhələsi, tərkib hissəsi olduğunu söyləyib: “Bütün hallarda Dağlıq Qarabağ Azərbaycan torpaqları kimi tanınır və Dilqəm ilə Şahbaz da müəyyən riski gözə alaraq öz torpaqlarına getmişdilər. Buna onların haqları vardı, amma təhlükəli olduğunu da bilirdilər.  Rusiya və ABŞ tərəfindən girovların azad olunması ilə bağlı Ermənistana müəyyən təzyiq göstərilsə də, nəticə yoxdur”.

APA.az

17.04.2015 15:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*