Azərbaycanca

Təmas xəttində monitorinq keçiriləcək

16.09.2014 | 10:54

monitorinq“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 17-də Goranboy rayonu Gülüstan kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

 
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik-leytenant Tuncay Sevim keçirəcəklər.

 
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik Markus Uidmer keçirəcəklər.

 

“KarabakhİNFO.com”

 

 

16.09.2014 10:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*