Azərbaycanca

Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər

26.10.2013 | 09:18

1382765170_1382708367_qAzərbaycanın gözü sayılan Qarabağ tarix boyu dünya şöhrətli səyyahların, yazarların, rəssamların diqqətini cəlb etmişdir. Füsünkar təbiəti, əsrarəngiz gözəlliyi ilə dahi şəxsiyyətlərin yaddaşında silinməz iz qoyan bu əvəzolunmaz diyar bir çox əsərlərdə də vəsf olunub. Müxtəlif vaxtlarda Qarabağa səyahət etmiş, məşhurlar onun haqqında öz fikirlərini söyləyərkən heyranlıqlarını gizlədə bilməyiblər.

 

 

Sovet dövründə rəsmi olaraq “böyük humanist” adlandırılan XIX əsrin rus rəssamı Vasiliy Vereşagin də Qarabağa səfəri zamanı bu diyara vurğun olub. Vereşagin parlaq və təcrübəli rəssam, klassik realizmin davamçısı, sujetləri bütün detallarına qədər qeyd edən böyük tədqiqatçı idi.

 

 V.Vereşagin Şuşanı belə tərif etmişdi: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.

 

Vereşagin 1870 –ci ildə yazırdı: “…həyatımda gördüyüm ən yaxşı atlar Şuşada-  Cəfərqulu xana məxsusdur. Heç yerdə bu cür atlar görməmişdim. Mən bir cins erkək atın rəsmini çəkdim”.ur rus rəssamı V.V.Vereşaqin 1870 ildə yazırdı:”…həyatımda gördüyü Qarabağın səfalı guşələrindən olan Tərtər rayonu ən qədim yaşayış məskəni olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir. Son dərəcə gözəl və səfalı bir ərazidə yerləşən Tərtər barədə dünya şöhrətli fransız yazıçısı Aleksandr Düma demişdir: “Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər.” Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər

 

XVIII əsrin sonlarında Fransız alimi Jordan De Fardie Qarabağa gələrkən, Xankəndini də ziyarət etmişdir. Xankəndini görən zaman o, öz heyranlığını gizlətməmiş və əsərlərinin birində yazmışdır: “-Bu şəhər dağlar qoynundakı cənnətdir. Mən gəldim və buranın xalqının mehribanlığını, xoş səxavətini, ən əsası qonaqpərvərliyini gördüm!”

 

Qarabağın gözü sayılan Şuşanın əsrarəngiz gözəlliyi vaxtilə rus şairi M.Lermontovu da heyran etmişdi.

 

Lermontov Qafqaza səfər etmişdi. Səfəri zamanı Qarabağda olmuşdur. O,  “Demon” poemasından Qarabağ atını tərif etmişdir:

 

 Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər

 

Qantarğası ondan geri qalmamış.

Köhləni altında cilov gəmirir,

Bu at Qarabağın yetirməsidir.

 

Ötən əsrlərdə bu yerlərə səfər edən səyyahlar Şuşa haqqında tərif dolu sözlər yazmışlar. m ən yaxşı atlar-

 

 Məşhur səyyah və tarixçi Potton da vaxtilə Qarabağda olub. Onun “Şuşa tablosu” əsəri mükəmməlliyi ilə seçilir: “Sıldırım dağlar və qayalar arasında yerləşən Şuşa qalası buludlara qədər yüksəlir”.

 

 

Qarabağın dağlıq və dağətəyi əraziləri heyvandarlığın inkişafı üçün geniş imkanlar açırdı. Qarabağ öz ipəyi ilə də məşhur idi. Səyyah İohan Şiltberqer Qarabağda Kür çayının sahillərində dünyada ən yaxşı ipəyin istehsal оlduğunu yazır.

 

17-ci əsrdə yaşamış məşhur Türk səyyahı Evliya Çələbi yazırdı: “Azərbaycanda üç Qarabağ vardır ki, onların hər biri behişt gülüstanını, bağını xatırladır. Biri Naxçıvanın Qarabağlar şəhəri, digəri Azərbaycanın kiçik şəhərlərindən olan Qarabağ şəhəridir, Təbriz əyaləti də ayrıca sultanlıqdır. Üçüncü Qarabağ isə, “kiçik Azərbaycan”dır ki, onun – Qarabağın coğrafi vəziyyəti, adət-ənənəsi, inamı, etiqadı, tamlıqda mədəni dəyərləri doğrudan da “kiçik Azərbaycan” olsa da, böyük Azərbaycanı özündə cəmləyə bilmişdir.”

 

Müxtəlif vaxtlarda bu yerlərdə olmuş çoxsaylı tacirlər, səyyahlar və diplomatlar Azərbaycanda sənətkarlığın inkişafı haqqında da çoxlu maraqlı faktlardan söz açıblar. İtalyan səyyahı Marko Polo (XIII əsr) Qarabağda yerli ipək məmulatlarının gözəlliyini qeyd edib.

 

  Bununla yanaşı, ingilis səyyah və alimləri C.Morye və R.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli  mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R. Burter yazırdı: “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir.

 

XIX əsrin əvvəllərində Şuşada olmuş məşhur ingilis səyyahı Q.Keppel Şuşa yaylasının əlverişli strateji mövqeyindən bəhs edərək demişdi ki, yolukeçməz hündür qaya üzərində yerləşən yaylanın təbii üstünlükləri onun süni müdafiəsinə az təlabat yaradırdı. Sonralar təpəlikdə, şəhərin baş girəcəyində  müdafiə divarları ilə əhatə olunmuş çox böyük ölçüdə qala tikilmişdir. Bu qalada xan ailəsi üzvlərinin yaşadığı saray yerləşirdi, Pənahəli xanın nəticəsi, XIX əsrin məşhur şairəsi və maarifçisi Xurşud Banu Natəvan (Xan qızı) məhz bu sarayda anadan olmuşdur.

 

 Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər19-cu əsrdə yazıb-yaratmış məşhur rus şairi Sergey Yesenin isə Qarabağ barədə fikrini çox lakonik şəkildə ifadə edib: “Kim oxumursa, o, qarabağlı deyil”.

 

 

 

 

 

 

Zivər Ay

 

“KarabakhİNFO.com”

 

 

 
 
 

 

 

 

 

26.10.2013 09:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*