Azərbaycanca

Tanınmış erməni yazıçısı: “Türklərin himayəsinə sığındıq , türklər bizi qorudular”

07.01.2015 | 18:37

10904902_803358469755705_1672362002_n

 

Ermənilərin özləri haqqında dedikləri…

 

 

 

 

 

 

 

 

 

 

 
KarabakhİNFO.com beynəlxalq elektron jurnalı ermənilərin və erməni əslli yazıçıların və müxtəlif elm adamlarının yazılı mənbələrinə əsaslanaraq, ermənilərin özləri haqqında dediklərini sizə təqdim edir:

 

 

 

 
“Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır”.

 

B.İşxanyan. “Qafqaz xalqları” Petroqrad. 1916-cı il, səh.18

 
“1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur”.

 

Erməni alimi Zaven Korkodyan. “Sovet Ermənistanının əhalisi 1831-1931″ adlı kitabından. 1932.

 
“1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçmüşdür”.

 

Zori Balayan. “Ocaq”, səh. 120, 192, 273.
Erməni tarixçisi Qaraqaşyan: “Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəlmişlər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə və etnik tərkibinə kimlər, necə təsir göstərib?… Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur”. “Ermənilərin keçmişi haqqında tarix və ya salnamə sayıla biləcək məlumatlar yoxdur”.
“Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır”.

 

Amerikalı erməni yazıçısı L.Z. Sürməliyan. “Xanımlar və cənablar, müraciətim sizədir” kitabından

 
Erməniliyin mahiyyəti
Akademik Ulubabyanın bu fikirləri erməniliyin bütün zamanlar üçün “proqram sənədi” sayıla bilər: “Erməni üçün ailə qurmaq vətən qurmaqdı, harada olursa erməni kimi yaşamaq lazımdır, erməni kimi yaşamaq o deməkdir ki, erməni dövlətində yaşamaq deməkdir, hər nəyin varsa, bu işə qurban verməlisən. Erməni harada yaşayırsa, orada izi qalmalıdır, bir tək əlifbanın olması millət üçün dövlətin olmasından dəyərlidir. Erməni əlifbasıyla erməni adını yaz, ermənilik sənin proqramındı, proqramını da özünlə götür, yerə qoyma, o, sənin silahındır. Türk kimi yaşamaq məcburiyyətində qalsan belə,ermənisən, erməni olduğunu bil”.
“Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə ilə əlaqəsi olmayan Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar”.
Anastas Mikoyan. 22.05.1919-Leninə yazdığı məktubdan.
Ermənilərin tarixi ilə bağlı ilk kitab XIX əsrdə fransız geoloqu tərəfindən yazılıb, özü də sifarişlə. Ermənilərin öz iddialarına görə onların ilk tarixçisi Aqafangel olmuşdur. Halbuki Patrius Aqafangel Bizanslı olub, özünün “Bizansı əhalisi, iqtisadiyyatı və coğrafi mövqeyi” əsərində ermənilər haqqında kiçik məlumat vermişdir.
“Azərbaycanla qonşu olmaq Ermənistan üçün başdan-başa bədbəxtlik idi . O ölkə öz milli və siyasi istəklərinə çatmaq , öz tələbləri baxımından Ermənistan respublikası üçün ölümcül təhlükə idi . Zaqafqaziyada erməni və tatar xalqları mənafeyini barışdırmaq mümkün deyil , çünki bu xalqlar öz daxili və xarici siyasətləri ilə barışmaz düşmənlər kimi qarşı-qarşıya durmuşlar”.

 

A.Astvasatryan
“ Hayrenik “ , Boston 1966 , N 5 , səh 35 .
“Dünya ictimaiyyəti qarşısında məmnunluqla ifadə edə bilərik ki , biz ermənilər yüz illər boyunca türklərlə qardaş kimi yaşamışıq. Adət-ənənələrimiz, yeməklərimiz ,mahnılarımız baxımından bir-birimizə o qədər qaynayıb qarışmışıq ki, sanki bir cəmiyyət olmuşduq. Türk-erməni qardaşlığı XI əsrdən başlanır.1064-cü ildə bizanslılar erməniləri qırıb çatmaq istəyəndə biz türklərin himayəsinə sığındıq, türklər bizi qorudular… Reallıq budur ki, biz burada Türkiyədə kilsə və məktəblərimizdə hər cür mənasız kinlərdən uzaq,azad bir cəmiyyətdə yaşayırdıq”.

 

Torqom Stepanyan , yazıçı
“Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər”.

 

A. Lalayan. 1918-20-ci illərdəki qırğınlar haqqında. “İnqlabi Şərq” jurnalı, № 2-3, 1936. Moskva

 

 

 

“Biz ermənilər din qardaşlarımız olan xristianların zəhərli vədlərinə inanaraq böyük türk düvlətinə qarşı üsyan etdik , daha doğrusu vətənə xəyanət etdik ..Unutmayaq ki , türklərin düşmənləri bizim də düşmənimizdir”.

 

Levon Dobbağyan , jurnalist

 

 

“Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar”.

 
Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvill. “İnsanlar belədir. 1918-1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində”. ABŞ, İndianapolis, “Bobbs Meril kompani” nəşriyyatı, 1928.

 

 

“24 aprel Beyrutdakı erməni kilsəsi tərəfindən genosid günü kimi elan edilməsi hamımızı dərin kədərə qərq etdi . Çox yaxın bir keçmişdə Türkiyənin xarici işlər naziri Qabriel Noradunkyan deyildimi ? İmperiya dövründə maliyyə və xəzinə naziri Hakop paşa deyildimi ? Poçt və teleqraf naziri Oskan əfəndi deyildimi ?…
Ey qafillər, siz hansı keçmişdən danışırsınız ? Biz hansı keçmişi unutmuşuq ? Keçmişdə heç bir soyqırım hadisəsi olmayıb . Dövlətin qanunlarına qarşı çıxan bütün vətəndaşlar kimi ermənilərə o zaman qanunlara uyğun olaraq bəzi cəzalar verilmişdir, vəssalam !”
Hakop Keşişyan, tacir.

 

 

“Daşnaklar Şərqi işğal etməklə qabağa düşüb rus burjuaziyasına yol açır, onun proqramını həyata keçirir, onun yanında əsl buyruqqul rolunda çıxış edirdilər”.

 

M. Vardanyan “Həyat səhifələri” . 1927 . səh 18 .

 

 

“Daşnaksütyunun bu təhlükəli xəstəliyi və sərsəmliyi çarəsiz dərd idi. Müəyyən qədər güc topladıqdan sonra daşnaksütyun var qüvvəsilə meydana atıldı və Qafqaz xalqlarını yandırmaqda olan alovun üzərinə neft tökməyə başladı”.

 

B. Ananikyan “Daşnaksütyunun ideyası iflası “ , səh 28
“Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə ilə əlaqəsi olmayan Erivanla bağlanmaq deməkdir. Erməni kəndliləri beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar”.

 

Anastas Mikoyan. 22.05.1919-Leninə yazdığı məktubdan.

 
“Mən ermənilərin yaşadığı bir çox yerləri gəzmişəm. Daim xalis erməniyə aid olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməyib”.

 

M. Nalbəndyan

 
“Erməni soy adlarının yalnız 26,3 faizi orijinal erməni dilindən yaranmışdır. Qalan ad və soyadların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan, 54-ü yəhudi, 44-ü də digər dillərdən götürülmüşdür”.

 

 

“Erməni dili hibrit (calaq) dildir. O biri yandan erməni qəbiləsi də hibritdir. Onları Urartu və başqa qonşular assimilyasiya etmişdir”.
Erməni akademiki Manuk Abeqyan

 
“Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm. Şəhərin türk məhəlləsində daş-kəsək yığınlarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki türk məhəlləsinin də başına gətirilmişdi… Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar”.
Ohanes Apresyanın xatirələrindən, Leonard Ramsden Hartvill- “İnsanlar belədir, 1918-1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirələrində”, ABŞ, İndianapolis, “Bobbs Meril Company” nəşriyyatı, 1928.

 
“Erməni dilində 4200-dən çox türk sözü vardır. Türk, fars, ərəb, Assur-Babil, yunan, gürcü və həmçinin təmiz hind-avropa mənşəli sözlər çıxıldıqdan sonra erməni dilində beş minədək ermənilərə aid olan söz qalır”.
R.A. Açaryan

 

 

 

Ermənistanda olan 2310 kəndin iki mindən çoxunda Azərbaycanlılar yaşayırdı. XIX əsrin əvvəllərində İrəvanda yaşayan 10 000 nəfər əhalinin 7000 nəfəri Azərbaycanlı idi. 49 bəy, sultan, məlikdən 41-i Azərbaycanlı idi.

 

 

 

 
Sabir Babayev

“KarabakhİNFO.com”

 

 

07.01.2015 18:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*