Azərbaycanca

Tarixdə bu gün

02.04.2013 | 12:25

1364891131_kelbecer_b2 aprel 1993-cü il – Kəlbəcərin Başlıbel, Taxtabaşı Əsrik kəndlərinin dinc əhalisinin yığışdığı 3 yük maşını Tunel ağzında gülləbaran edilir. Taxtabaşı kənd sakinləri – Qəzənfər, Sərxan, Habil, Mehman, Qafar, Yusif və başqalarının da daxil olduğu 100-ə yaxın kişi və qadın orada gülləbaran edilir. Ölənlərin cəsədləri yandırılır. 8 qadın, 15 kişi girov götürülür. Yalnız bir gecə ərzində Kəlbəcər rayonunun Başlıbel kəndində 28 kişi və qadın tikə-tikə doğranılır, 18 nəfər əsir düşür. Kəndin elə də cox silahı olmayan özünümüdafiə dəstəsi müasir texnika ilə təchiz olunmuş erməni quldur birləşmələrinə qarşı qızğın müqavimət göstərir. Kəndlilərin var yoxları talan edilir, evlərə od vurulur. Daşnaq terrorçuları Kəlbəcər rayonunun Çaykənd sakini Etibar Xansuvar oğlu Həşimovu Meydan çayı ətrafında girov götürürlər. Terrorçular avtomat atəşləri ilə onun bədənini şaqqalayıb qəddarcasına 2 hissəyə bölürlər… Ermənistandan və Dağlıq Qarabağdan olan erməni hərbi birləşmələrinin güclü hücumları nəticəsində Kəlbəcər rayonu işğal edilir. Yüzlərlə sakin şəhid olur. 321 nəfər əsir düşür.

“KarabakhİNFO.com”

02.04.2013 12:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*