Azərbaycanca

Tarixdə “erməni məsələsi”

21.02.2013 | 12:44

1361435243_vvvvv“Tək Andranikin rəhbərliyi altında 50 min Osmanlı təbəəsi olan erməni vuruşurdu.”

 “Erməni məsələsi” tarixçilərin, xüsusilə də Qərb tədqiqatçılarının diqqət mərkəzindədir. Cavabsız suallara son qoymaq üçün XX əsin 90-cı illərində bir qrup amerikalı tədqiqatçı alim Türkiyənin Baş naziri Turğut Özala bu məsələdə yardımçı olması üçün müraciət etdilər. Nazir məxfi arxivləri əsrin sualına cavab verilməsi üçün alimlərin üzünə açdırdı.

XX əsrin əvvəlinə aid qaldırılan reestrlərdən (siyahılardan) məlum olur ki, həmin dövr erməni icmasının 29 nəfəri Osmanlı imperiyasında ən yüksək titulu – “Paşa” titulunu daşıyırdı. Eləcədə Osmanlı imperiyasında 22 erməni nazir, 33 erməni parlament üzvü, 7 erməni səfir, 11 erməni isə konsul və ya baş konsul kimi təmsil olunmuşdu. Ermənilərin tutduğu nazir postları sırasında xarici işlər, maliyyə, ticarət və rabitə (poçt) nazırləri kimi hakim mövqelər də var idi. 1913-cü ildə Osmanlı imperiyasında xarici işlər naziri postunu Qabriel Noraduqyan tuturdu. Orta hesabla həmin dövrdə Osmanlı imperiyasında yüksək rütbəli məmurların 20-30% ermənilər təşkil edirdi. Nəzərə almaq lazımdır ki, 1914-cü il Osmanlı imperiyasının əhalisinin siyahıya alınmasına əsasən 5% çoxunu (1.294 mln.) təşkil edirdi.

Ermənilər və bir çox qərb tarixçiləri dünya ictimaiyyətini inandırmağa çalışır ki, Osmanlı imperiyasında erməniləri dövlət səviyyəsində sıxışdırılır, qarət edilir, öldürülürdülər. Onların sözündən elə çıxır ki, deməli erməniləri “təqib edən” məhz elə ermənilər olub, çünki rəqəmlərdən, faktlardan bəlli olur ki, mühüm vəzifələri Osmanlı imperiyasında tutan ermənilər idi. Həmin faktlara qayıdaraq, bu sahədə aparılan tədqiqatlardan aşağıdakı faktları gətiririk:

–            5 avqust 1914-cü il erməni quldur dəstə başçısı Aram Turabyanın müraciətndən: “…Osmanlı türkləri səfərbərlik elan edib, lakin biz ikinci vətənimizə – Fransaya qarşı mübarizəyə getməyəciyik, o ki qaldı Rusiyaya qarşı (həmin dövrdə Fransa və Rusiya Antanta üzvləri olaraq Osmanlı imperiyasına qarşı müharibə edirdi – müəll.). Mən sizləri Fransa legionuna yazılmağa çağırıram… ”. Elə həmin gün Fransa legionuna 400 nəfərdən artıq adam yazıldı.

–           Arxiv materiallarına əsasən, türklərin səfərbərliyinə etiraz olaraq Zeytun vilayətinin erməni əhalisi Osmanlı imperiyasına qarşı üsyan qaldırdı. 1915-ci ilin fevral ayında hökumət Maramdan həmin əraziyə ordu göndərdi. Bu hadisələr Osmanlı imperiyasının dörd cəbhədə (Qafqaz, Balkan, Qərb və Şərq cəbhələri – müəll.) müharibə apardığı bir dövrdə idi.

–           Digər bir məktubda səfir Uilyam Langer yazırdı: “… erməni siyasi liderləri, zabitləri, əsgərləri kütləvi şəkildə fərarilik etməyə, qaçmağa başlamışdır. Ərzurumdan olan deputat Qaro Pastırmacanın rəhbərliyi altında 3-cü ordunun əsgər və zabitləri düşmən – Rusiya – tərəfə keçdi. Onlar Merkexu, İştucu, Başqala, Saray, Bəyazid kəndlərini yandırıb, əhalini qırdılar. Aram və Vartanın başçılıq etdiyi erməni silahlı birləşmələri vanı tutub orada baş qərargah yaradaraq, ruslara təslim etdi…”

–          Qeyd etmək lazımdır ki, Paris sülh konfransında erməni nümayəndə heyyətinin rəhbəri Boqos Nübar Paşa Osmanlı imperiyasına qarşı mübarizə edən 150 mindən çox erməni silahlı dəstələrinin olması faktını etiraf edərək yazırdı: “… məhz ermənilərin bu hərəkətləri onlara qarşı türklərin münasibətlərin pisləşməsinə gətirdi. Tək Andranikin rəhbərliyi altında o 50 min türk ermənisinin vuruşduğunu dəfələrlə qeyd edir və bütün bunların Birinci Dünya müharibəsindən sonra Antanta müttəfiqi olaraq, Rusiya və Avropanın köməyi ilə ermənilərin müstəqilliyinə nail ulunması üçün edildiyini deyirdi.

–           Ermənilərin kütləvi şəkildə cəbhə bölgəsində düşmən tərəfinə keçməsini nəzərə alaraq, Osmanlı rəhbərliyi onları köməkçi dəstələrə keçirmək qərarına gəlir. Lakin bu da əhəmiyyətli nəticə vermədiyindən, ermənilərin cəbhə bölgələrindən köçürülməsi qərara alındı. 26 may 1915 ci ildə Ənvər Paşa (baş komandan) DİN Tələt Paşaya aşağıdakı tədbirləri görməyi həvalə etdi. Ermənilərin Zeytun və Anadolu əyalətlərindən köçürmək məqsədilə mütləq nəzərə alınmalıdır:

1)          yeni məskənlərdə erməni əhalisinin sayı 10% dan çox olmamalıdır;

2)          erməni kəndlərində evlərin sayı 50 dən çox olmamalıdır;

3)          erməni köçkünlər yaşayış yerlərini dəyişməməlidir.

Bu tədbirlərin məqsədi aydındır, erməni üsyançılarının cəmləşməsinə imkan verməmək. Köçürmə (köç) zamanı məsul şəxslərə ermənilərin və onların əmlakının toxunulmazlığının təmin edilməsi xüsusi olaraq tapşırılmışdı. Ənvər Paşanın bu fərmanından görünür ki, erməni əhalinisinin sıxışdırılmasından söhbət gedə bilməzdi.

–        12 dekabr 1918-ci ildə həmin Boqos Nübar Paşanın Fransa xarici işlər nazirinə ünvanladığı məktubda deyilirdi: “… deportasiya (“1915-ci il deportasiyası” – müəll.) olunanların ümumi sayı 600 min.-700 min. nəfərə qədərdir. Bundan başqa səhrada olanların dəqiq sayı bizə hələ dəqiq məlum deyil…”. Həmin sənədin əsli Fransada xarici işlər nazirliyinin arxivində, Şərq silsiləsində (seriyasında), Ermənistan, II cild, folio (hesabdarlıq dəftərində eyni sıra nömrəsi olan sağ və sol səhifələr) 47 saxlanılır. Faktdan məlum olur ki, təxminən 1918-ci il hadisələrindən sonra hələ Türkiyə ərazində 600 min.-700 min. nəfər erməni yaşayırdı, bu hələ sayı dəqiq məlum olanlardır.

Faktlara nəzər yetirək. Dəqiq məlumdur ki, 1914-cü ildə əhalinin siyahıya alınması zamanı Osmanlı İmperiyasında 1.294 mln. erməni yaşayırdı. Müharibədən sonra Türkiyədə 123 min erməni yaşayırdı, Rusiyaya köçənlərin sayı 420 min, Avropa və Qərb ölkələrinə isə köçənlərin sayı 455 min idi. Bu faktlardan görünür ki, müharibə zamanı 302 minə yaxın erməni həlak olmuşdur. Nəzərə almaq lazımdır ki, bu saya müharibə illərində xəstəlikdən, aclıqdan dözülməz şəraitdən və s. səbəblərdən ölənlərində sayı daxildir. Birdə unutmamalıyıq ki, tək Anadoluda 2,5 milyon  müsəlman həlak olmuşdu.

I Dünya Müharibəsi dövründə erməni-türk münasibətləri haqqında “New York Times” jurnalında maraqlı məqaləyə rast gəlirik. O, dövrün real hadisələrini şərh edərək jurnalist oxuculara maraqlı sualla müraciət edir: “Fərz edək ki, biz (ABŞ) qüdrətli Meksika dövləti ilə müharibə aparırıq, düşmən hücumlarının qarşısını almaq üçün sərhədə qoşun göndərilib və gözlənilmədən zəncilər (qaradərililər) bizim ordumuzdan aralanıb keçir düşmən tərəfə, qalanları isə arxa cəbhədə kommunikasiya xətlərini kəsib əngəl törədir. Belə bir çətin vəziyyətə düşdükdə biz zənciləri necə cəzalandırardıq??? Hələ nəzərə almaq lazımdır ki, bizim zəncilərdən fərqli olaraq  ermənilər türklərlə bərabər hüquqlara malik idi”.

Tarix boyu erməni silahlı dəstələri mütəmmadi olaraq – 1905-1906,  1918-1920, 1948-1953, 1988-1993-cü illərdə azərbaycanlı dinc əhaliyə qarşı genosid və deportasiya aktlarını həyata keçirməsinə baxmayaraq, nədənsə bu faktlar heç bir yerdə müzakirə olunmur və tanınmır. 1918-ci il hadisələri zamanı ADR hökumətinin Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən tək Şamaxı qəzasında 58 kənd və 8 min dinc əhali, Quba qəzasında isə 122 kənd, 16 min dinc əhali ermənilər tərəfindən məhv edilmişdir. Bu cür vəhşiliklər Azərbaycanın Bakı, Göyçay, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran qəzalarında da xüsusi amansızlıqlarla davam etdirildi. Həmin sənədlərə əsasən Azərbaycanda 1918-ci il hadisələri zamanı 2 mln.yaxın dinc əhali məhv edilmişdir. Ermənilərin son təcavüzü zamanı dinc əhaliyə qarşı vəhşiliklər yenə də davam etdirildi. Beləki, Xocalı, Qaradağlı, Malıbəyli, Ağdaban və b. kimi qara səhifələr Azərbaycan, eləcədə dünya tarixinə ermənilər tərəfindən yazılmış oldu. Lakin bütün bunlara baxmayaraq dünya birliyi bu hadisələrin heç birinə lazımi səviyyədə hələ qiymət verməyib. Müqayisə üçün xatırladaq ki, dünyada soyqırım kimi tanınan Xatın (Belorusda, insan tələfatı 149 nəfər), Lidiçe (Çexiyada, insan tələfatı 172 nəfər), Sonqmi (Cənibi Vyetnamda, insan tələfatı 500 nəfərə yaxın) hadisələri nə miqyasına, nə də amansızlığına görə tək Xocalı (insan tələfatı 613 nəfər) ilə müqayisə olunmazdır. Lakin Xocalı hadisələrinə lazımi qiymət hələ də verilməyib.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il tarixli) və 874 (14 oktyabr 1993-cü il) və  884 (12 noyabr 1993-cü il) saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, dərhal, tamamilə və qeydşərtsiz çıxarılmasını qəti surətdə tələb etsədə, qətnamələrə bu gündə məhəl qoyulmur, Azərbaycan əraziləri işğal altında saxlanılır. Azərbaycan isə öz növbəsində münaqişəni dinc yolla həll etməyə çalışır, lakin lazım gəlsə Biz müharibə yolu ilə ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədiyik.

  Dəyanət Musayev

  Tarix elmləri üzrə fəlsəfə doktoru

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası” kafedrasının müəllimi

Ədəbiyyat siyahısı:

  1.    Жорж де Малевил. Армянская трагедия 1915 года. 1990
  2.     Кямуран Гюрюн. Армянское досье. 1993
  3.    Мехмет Перинчек, Армянский вопрос (в 120 документах из российских государственных архивов). 2011
  4.     Эмиль Агаев «Армянский геноцид». 1992
  5.     Meherram Zulfigarli. 1918 Shamaxi genoside. 2011

 

21.02.2013 12:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*