Azərbaycanca

Tarixi hekayə müsabiqəsi elan edildi

14.10.2014 | 18:30

logoAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 1905.az  portalı ermənilərin Cənubi Qafqaza köçürülmələri, azərbaycanlıların məruz qaldıqları soyqırımlar, tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması, soydaşlarımızın əzəli torpaqlarından deportasiya edilmələri, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü mövzularında “Tarixi hekayə müsabiqəsi” elan edir.

 

1905.az portalının direktoru Fuad Babayev bu haqda məlumat verərək müsabiqəyə təqdim ediləcək hekayələrin 1 noyabr 2014-cü ildən 31 yanvar 2015-ci ilə qədər tarixihekaye@1905.az elektron ünvanına göndərilməli olduğunu bildirib.

 

Müsabiqədə Azərbaycan dilində yazılmış və indiyə qədər dərc edilməmiş əsərlər iştirak edəcək.
1905.az portalının direktoru müsabiqə haqqında əlavə məlumatın bu günlərdə saytda dərc ediləcəyini qeyd edib.

 

 

“KarabakhİNFO.com”

 

 

 

14.10.2014 18:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*