22 fevral 1762-ci il – Rus çarı I Yekaterina ermənilərin “Yüksək mərhəmətə layiq görülməyi” haqqında fərman imzalayır;
22 fevral 1918-ci il – Urmiyada xristianlarla müsəlmanlar arasında qarşıdurma baş verir. Müsəlmanlardan da çoxlu sayda itkilər olur;
22 fevral 1922-ci il – Sovet respublikaları Rusiya Federasiyası ilə saziş bağlayır. Sazişə əsasən bütün respublikalar beynəlxalq münasibətlərdə öz mənafelərini müdafiə etməyi Rusiya Federasiyasına tapşırır;
22 fevral 1988-ci il – Bakıda ermənilərin Dağlıq Qarabağdakı separatçı hərəkətləri qarşısında azərbaycanlıların ilk nizamsız ümumxalq mitinqi keçirilir;
22 fevral 1992-ci il – Füzuli rayonunun Yuxarı Veysəlli kəndi Ermənistan Ordusu tərəfindən zirehli texnikanın işğal olunur. 8 nəfər həlak olur, 20 nəfər yaralanır, 16 yaşlı bir oğlan itkin düşür. Kəndin 1.000 nəfərlik əhalisi doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalır. Düşmən onlarla evi od vuraraq yandırır;
22 fevral 1992-ci il – Terrorçu ermənilər Füzuli rayonunun Cəmilli kəndinə silahlı basqın edirlər. 2 nəfər milis əməkdaşı həlak olur. 4 nəfər yaralanır;
22 fevral 1992-ci il- Ermənilər Xocalı şəhərini atəşə tuturlar. 3 nəfər həlak olur, 9 nəfər yaralanır.
Mənbə: Nazim Tapdıqoğlu (Vəlişov) “Azərbaycan Faciələrinin Təqvimi” (hər bir azərbaycanlı üçün yaddaş kitabı)”, 2010
KarabakhİNFO.com