Azərbaycanca

Ter-Petrosyan: ”Putinin xətrinə Sarkisyan istənilən təhqiri həzm etməyə hazırdır”

06.06.2014 | 13:35

10417255_581410505305770_243222309_n“KarabakhİNFO.com” e-jurnalı lent.az-a istinadən xəbər verir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hazırkı prezident Serj Sarkisyanı tənqid atəşinə tutub. İyunun 5-də Ermənistanın “İlur.am” saytında Levon Ter-Petrosyanın məqaləsi dərc olunub. Ermənistanın iyunun 15-dək Avrasiya İqtisadi Birliyinə qoşulması üçün Serj Sərkisyanın Rusiya, Belarus və Qazaxıstan prezidentlərinə müraciətini şərh edən Ter-Petrosyan məqaləsində yazıb: “Bundan sonra Sarkisyanın hakimiyyətinin legitimliyi Rusiyadan asılı olduğu üçün tələsir. Çünki Ermənistan birliyə tamhüquqlu üzv kimi yox, «alçaldılmış təbəə» kimi daxil olur.

Serj Sarkisyan Avrasiya İttifaqına tələsik daxil olmaq və prezident Putinin rəğbətini qazanmaq xətrinə istənilən güzəştə, Rusiyanın təklif etdiyi istənilən sənədi şərtsiz qəbul etməyə, istənilən təhqiri həzm etməyə hazırdır. O, qaz müqaviləsini köləcəsinə susaraq qəbul etdi. Gömrük İttifaqına daxil olmaq üçün bir həftə ərzində lazımi sənədləri qəbul etdi, bu ittifaq çərçivəsində dəfələrlə alçaldı”. Məlumat üçün qeyd edək ki, Levon Ter-Petrosyan 1945-ci ildə doğulub. Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının əsas ideloqlarından sayılır. 1989-cu ildə Erməni Ümummilli Hərəkatının sədri seçilib. 1990-98-ci illərdə Ermənistana rəhbərlik edib (əvvəl parlamentin sədri, daha sonra prezident kimi).

 

 

“KarabakhİNFO.com”

06.06.2014 13:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*