Azərbaycanca

Terrorizim – erməni xisləti

01.12.2012 | 14:49

1360248600_307948_104330873055206_343712642_nBu günlərdə Türkiyənin “gazeteturka.com” adlı saytında “Dağlıq Qarabağ müharibəsi başlayarsa kim qalib gələr?” adlı maraqlı bir yazı ilə rastlaşdım. Həmin yazıda Qarabağ müharibəsi barədə ətraflı məlumatlar verilir, eyni zamanda əgər yenidən belə bir müharibə başlayarsa nələrin olacağı haqda danışılır. Maraqlısı odur ki, məqalənin müəllifi Qafqaz regionunda baş tutacaq müharibəyə olan marağın hansı dərəcədəsə III Dünya Müharibəsi üçün zəmin yaradacağının labüdlüyünü vurğulayır. Eyni zamanda məqalənin müəllifi Muharrem Ağalaroğlu Azərbaycan və Ermənistan dövlətlərinin müharibə kontestində nələr edə biləcəyini belə şərh edir. Müəllif Azərbaycan barədə yazır:

“Müharibə olsa, əsas yük Azərbaycan silahlı qüvvələri başda olmaqla digər güc strukturlarının üstünə düşəcək. …Azərbaycan ordusunun müharibəyə hazır olub-olmadığını müəyyənləşdirmək üçün məlum məqamlara baxaq. Birinci bunu demək lazımdır ki, Azərbaycan əsgərləri müharibə eşqi ilə alışıb yanır. Əsgərlər arasında belə bir düşüncə hakimdir ki, iqtidar siyasi basqılara qarşı gələrək müharibəyə başlasa Azərbaycan ordusunun qarşısında Rusiya ordusu da dura bilməz. Psixoloji sarıdan müharibəyə hazır olan Azərbaycan ordusunda bir ruh, məqsəd höküm sürür: “Biz ölmək üçün deyil, öldürmək və tarixi torpaqlarımızı azad etmək üçün müharibə edəcəyik”. Hərbi sürsat baxımdan da Azərbaycan ordusu ermənilərdən çox güclüdür. Baxmayaraq ki Rusiya hərbi qüvvələri Ermənistanda yerləşdirildi və yuxarıda dediyimiz kimi Rusiyanın verdiyi texnikalardan Ermənistanın açıq-aşkar istifadə edəcəyi dəqiqdir. Fəqət ordusunun büdcəsi Ermənistanın ümumi büdcəsindən çox olan Azərbaycan  ordusunda müharibəni qazanmaq üçün lazimi hərbi ehtiyyat mövcuddur. Hətta Azərbaycanın hazırladığı “İstiqlal” düşmənin canlı gücünün yanında zirehli texnika ilə eyni qüdrətdədir. Eyni zamanda demək lazımdır ki, Azərbaycan Ermənistandan fərqli olaraq silah ehtiyacını öz istehsalı ilə ödəyir.

Göründüyü kimi məqalədə Azərbaycana hansısa ölkənin havadarlıq etdiyindən söhbət açılmır. Nə də deyilmir ki, müharibə olsa Azərbaycan bütün namərdliklərə əl ata bilər. Söhbət ancaq və ancaq kişi kimi döyüşməkdən gedir. Ermənilər haqqındasa  “ermənilərin müharibə üsulu” adlı bölmədə yazılır: “1978-94 ci illərdə olduğu kimi Ermənistan yenə müharibəyə başlasa terror üsulundan istifadə edəcək.  Çünki, İrəvanda mətbuat konfransı olanda “ASALA” liderlərindən biri açıq-aşkar terror əməliyyatlarına başlayacağını bəyan etmişdilər.  Həm də BMT liderlərinin zirvə toplantısında da Ermənistan prezidenti Serj Sarkisyan bəyan etmişdir ki, müharibə olsa istənilən vasitəyə əl atacaqlar. Özləri etiraf etməsələr də Ermənistanın teroru dövlət səviyyəsində dəstəkləməsi beynəlxalq aləmə məlumdur”.

Göründüyü kimi ermənilər ordu qurmaq haqqında deyil, müharibə zamanı   beynəlxalq humanitar hüququn, bütün prinsiplərini pozaraq , qəbul edilməsi mümkün olmayan qeyri insani üsul və vasitələrdən istifadə edəcəkləri haqda düşünürlər. Bütün dünyaya  əyani  şəkildə terrorları ilə öyündüklərini bildirilər. Bizsə sülh və vicdanlı, müharibə haqda düşünürük. Hər kəs öz düşüncəsindən ibarətdir – bu biz bu da onlar…

 

Fərid Hüseyn         

 

KarabakhİNFO.com

 

 

 

01.12.2012 14:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*