Azərbaycanca

“Terrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”

28.10.2014 | 11:11

xin binasiTerrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, bu açıqlama ilə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev çıxış edib.

 

 

H.Hacıyevin sözlərinə görə, Ermənistanın xüsusi xidmət orqanlarının bilvasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilib. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübut olunub.

 

 

19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub. Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədilib.

 

 

Ermənistan dünyada yeganə ölkədir ki, faşist müharibə cinayətkarı “general Dro” və qatı terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanları elan edilib və onların şərəfinə İrəvanda abidələr qoyulub.

 

 

Dünyada terrorizmə qarşı mübarizədə “erməni terrorizmi” (Armenian terrorism) və onun “modus operandi”si xüsusi bir sahə kimi öyrənilir.

 

 

Tarixdən danışan Ermənistan xarici işlər nazirinə XIX əsrdən başlayan daşnak erməni terrorizmi, hələ Çar Rusiyasının 12 iyun 1903-cü il tarixli qərarı, beynəlxalq terrorun tərkib hissəsi olan və Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə keçən ASALA terrorunu xatırlatmaq lazımdır.

 

 

Azərbaycan Respublikası bu gündə Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm və beynəlxalq terrorizmlə üz-üzədir və Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələri dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir.

 

“KarabakhİNFO.com”

 

 

28.10.2014 11:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*