Azərbaycanca

Terrorizm və resurslar uğrunda mübarizə Şərq-Qərb qarşıdurmaları aspektində

21.08.2014 | 18:10

1901391_654127601300386_1692284536_nXVII əsrdə bütün Yaxın və Orta Şərq cografiyasına hakim olan Səfəvi, Osmanlı və Baburilər imperatorluqları inkişafdan geri qalma, geriləmə dövrünə, Avropa ölkələri isə sürətli yüksəliş və tərəqqi dövrünə qədəm qoydular. Bu yeni “Avropa mərkəzli” inkişaf prosesi (kapitalizm, empirik-sientizm, texnisizm, humanizm-insan haqları, demokratiya, ulus dövlət modellərinin yaranması) imperatorluq dövlət modellərinin cöküşunun ve siyasi cografiyaların mərkəz (Avropa) və periferiyalara (Şərq ölkələri) bölünməsinin əsasını qoydu. XVIII əsrdən etibarən yeni müstəmləkələr əldə etmək və dəniz aşırı yayılmaq siyasetini yeriden Avropa dövlətləri; özelliklə İngiltərə və Fransa, Avropanı mərkəz qəbul edərək Avropanın şərqində qalan dünyanı üç yerə ayırmışlar.Birinci Dünya muharibəsinə qədər Yunanıstan, Bolqarıstan,Şərqi Agdəniz ölkələri (Livan, Suriya) və Misir Yaxın Sərq qavramı ilə ifadə edilərkən,müharibədən sonra Mesopatomiya,Ərəb yarımadası ,İran və Əfqanıstanı əhatə edəcək səkildə istifadə edilən Orta sərq qavramı, Yaxın Şərq qavramının yerini aldı. Yunanıstan və Buolqarıstan bu qavramın içindən çıxarıldı. Bu vəziyyət Avropalıların müstəmləkə siyasətlərini “Şərq məsələsi” içində həll etmək istədiklərini göstərdi.
“Orta Şərq “qavramı ilk dəfə 1902 – ci ildə Amerika dəniz tarixçisi A.T.Mahan tərəfindən ortaya atılmışdır.Orta Şərq xəttinin daha şərqində qalan cografi sahələr də”Uzaq Sərq” (Far Fast) adlandırılmaqda, Çin – Hind, Çin və Yaponya kimi Sərqi Asiya ölkələri də bu qavram içərisində tanınmaqdadır.
İkinci Dünya müharibəsindən sonra Orta Sərq qavramından geniş istifadə edilməklə bərabər bu qavramın sərhədləri aydın bəlli olmamışdır.Orta Şərq Fasdan İndoneziyaya qədər uzanan İslam sivilizasiyasının hakim oldugu cografiyanı əhatə edir. Anqlo-Sakson dünyasında Orta Sərq; Misir, Yəmən,Ümman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Suriya, Livan, İzrail,Fələstin, Türkiyə, Azərbaycan və İranı içinə almaqla, cəmi 8.012.779 kilometrlik bir ərazini əhatə edən bölgə kimi Sovetlər birliyi dagıldıqdan sonra yeniden bölüşdürülməsi və sömürülməsi planlarının mərkəzi olmuş, dəyişik adlar və siyasi texnologiyalar şəklində beynəlxalq siyasətin gündəminə daxil olmuşdur.
İslam sivilizasiyasının coğrafi və mədəni bölgəsi kimi XXI əsrin savaş və barış siyasətlərini müəyyənləşdirən orta şərq, Tarixən İpək yollarının kəsişdiyi nöqtə, Xaçlı savaşlarının, getdiyi bir bölgə, həmçinin Yəhudilik, Xristianlıq və İslamın doğulduğu yer olma etibarı ilə Qutsal torpaqlar adlandırılan bölgə kimi XXI yüzildə yenidən geostrateji baxımdan hegemonluq uğrunda savaş meydanına çevrilməkdədir. Dünya əhalisini 85%-nin yerləşdiyi bölgə kimi orta şərq həm də Texnogen sivilizasiyanın inkişafı nəticəsində yaranmış yeni bir inkişaf mərhələsinin, Qloballaşmanın doğurduğu XXI yüzil paradiqmalarının savaş nöqtəsidir. Orta şərq dinlərin və mədəniyyətlərin savaşdığı bir bölgədir, Asiya, Avropa və Afrika qitələrinin kəsişmə və bir-birinə bağlanma nöqtəsi olan orta şərq tarixin başlandığı bir bölgədir və indi XXI yüzildə dünya siyasi coğrafiyasının və tarixinin yenidən qurulması və formalaşması üçün önəmli olan bir bölgədir. Orta şərq qavramı qərb mərkəzli bir dünyadan çıxmışdır. Avropa mərkəzli dünya Avropanı mərkəz adlandırdığı üçün Avropanın qərbinə qərb, şərqinə də şərq demişdilər. Avropanın yaxınındakı şərq orta şərq olmuşdur. Balkanlar yaxin şərq olaraq tanımlanırkən, Asiya qitəsinin digər bölgələri də uzaq şərq qavramı çərçivəsində tanınmışdır. Avropa mərkəzli dünya qavramından imtina edərsək, Avropaya görə şərqdə qalan bölgənin orta şərq deyil, əksinə dünyanm ortası olduğunu dünya xəritələri göstərməkdədir. Avropa mərkəzli dünya qavramından imtina edib, obyektiv, tərəfsiz, siyasətdən uzaq dünya qavramına keçərsək, orta şərqin dünyanın ortasi olduğu haqqında elmi düşüncə birliyi saxlana bilər. Əgər orta şərq dünyanın ortasıdırsa, deməli Türkiyə və Azərbaycan dünyanın mərkəz ölkələrindən biridir. Hətta, orta şərqin də yer aldığı Avrasiya qitəsinin mərkəzi ölkəsi də Türkiyə və Azərbaycandır. XXI yüzildə orta şərqdə Amerikanın “Böyük Orta Doğu projesi “nə uyğun olaraq orta şərqin siyasi xəritəsi və dövlət quruluşlarmm yenidən qurulması və formalaşması gündəmdə olduğundan, Azərbaycan bu bölgədəki proseslərdə və yenidən qurulma lahiyələrində öz milli çıxarları mənafeləri baxımından yararlanma istiqamətində fəaliyyət göstərməlidir. Bu baxımdan orta şərqdə gedən siyasi, iqtisadi, ideloji, dini prosesləri, savaş və mübarizələri, orta şərqin bir hissəsi olan Azərbaycanın strateji maraqları kontekstindən izləmək zəruridir. Belə önəmli bir geopolitik mövqeyə malik ölkə olmaq baxımından orta şərqə baxıldığında Avropa və digər bölgə ölkələrinin baxışlarından fərqli bir siyasi durum ortaya çıxmaqdadır. «Hazırda Dünya neft ehtiyatmın 65% orta şərqdədir. Dünya neft ehtiyatının çox az hissəsi, (cəmi 5%) metropol ölkələrindədir. Keçmiş Sovetlər Birliyi torpaqlarında 5,8%, Venesuelada 5,8%, Meksikada 5,6%, ABŞ-da 3,4%. Çində 6%> neft ehtiyatı var. Orta şərq neftinin 80%-ni Yaponiya, 60%. Almaniya, 14%-i İngiltərə, 22%-ni ABŞ idxal edir. ABŞ-ın neft idxalatını gələcəkdə 30% çatdırmaq planlarının olduğu bildirilir». 1. s 75  Dünya neft ehtiyatlarınm 65%-nin orta şərqdə yerləşməsi səbəbindən metropol ölkələrin başqa qaynaq seçmə imkanı yoxdur. Orta şərq neftinə bağlılıq bölgənin siyasi stabilliyinin məsuliyyətini çəkməyi bu ölkələrin boynuna qoyur.
İndustrial istehsal və istehlak prosesinin neftə, enerjiyə bağlı olması səbəbindən metropol ölkələrin orta şərqə bağlı olması hələ XXI yüzillikdə də davam edəcəkdir.
«Beynəlxalq Enerji Təşkilatının (Uluslararası Enerji Ajansı) bildirdiyinə görə gələcəkdə 30 il içində neftə olan tələb ildə 75 milyard varildən 120 milyard varilə yüksələcək. Təbii qaza olan tələb 30 ildə 2 dəfə artacaqdır. Bu təşkilatın hesablamalarına görə sürətlə artacaq təlabatların ödənilməsi üçün 4,2 trilyon dollar yatırım qoyulması tələb olunur. Siyasi təhlükəsizliyin və mənafeyin ödənilməsi baxımından qlobal stabilliyə nail olmaq zərurəti də buna əlavə edilməlidir. Digər tərəfdən BP-Amoco Şirkətinin hesablamalarına görə dünyada varlığı müəyyən edilmiş enerji ehtiyatlarının ömrü (tükənmə müddəti) 60 ilə qədərdir». 14. s.5  Texnoloji inkişaf və yenilikləri və hələ tapılmamış ehtiyatlarıda buna əlavə etsək, enerji ehtiyatlarının tükənməsini ancaq 100 ilə qədər uzatmaq olar.
Belə kritik şəraitlər üzərində duran dünya enerji bazarlarının geopolitik zəmini böyük Orta Şərqdir. Hazırda mövcud enerji qaynaqlarının 100-də 70-i, gələcəkdə olması ehtimal olunan qaynaqların 100-də 47% “Geniş Orta Şərqdədir”  10. s 7. Artıq böyük neft rezervlərinin tapılması ehtimah sıfırdır. Ən böyük neft hövzələrində istehsal ən yüksək zirvəyə çatmışdır. Bundan sonra neftin azalacağına inananların sayı getdikcə artır. Dünya əhalisinin artması, kütləvi istehlak normalarının genişlənməsi enerji tələbinin artacağını göstərir. Beləliklə qeyd etməliyik ki, dünya enerji təhlükəsizliyi baxımından “Geniş Orta Şərqin” önəmi gedərək artacaq.
ABŞ qlobal üstünlüyünü qoruya bilmək üçün bu qaynaqlara nəzarəti əlinə keçirmək məcburiyyətindədir. Bu isə neft ehtiyatlarının coğrafıyasını ABŞ milli maraqları və strateji təhlükəsizliyi baxımından yenidən formalaşdırmağı zəruri edir. Orta şərqdə qlobal liderlik və hegemonluq uğrunda savaşı gücləndirən faktorlardan biri də atom silahlarına malik olan Hindistan və Çinin enerji tələbatlarının getdikcə artmasıdır. Neft idxalatı 2000-ci ildə 50 milyon tondan 2012-cu ildə 120 milyon tona çıxmış Çin Yaponiyanı keçərək dünyanın ikinci böyük neft istehlakçısı olmuşdur. Çin neft idxalatının içində “Geniş Orta Şərqin” payı 100-də 80, 2000-ci ildə 67 milyon ton neft idxal edən Hindistanən idxalatının 2020-ci ilə qədər 230 milyon tonu keçməsi gözlənilir. Bu sırada ABŞ-ın və Avropanın da enerji idxalatının sürətlı yüksəlməsi orta şərq neftinə bağlılıqlarını artırır. Digər tərəfdən, dünyanın ikinci nüvə cəbbəxanasına, ordusuna, zəngin enerji qaynaqlarına sahib olan Rusiya neft və qazın qiymətləri artdıqca, ixracat gəlirlərindən istifadə edərək, son illərdə hərbi texnologiyasını genişləndirir və iqtisadiyyatını gücləndirir. Rusiya: Avropa ilə, Çin ilə, Yaponiya ilə yeni enerji xəttləri qurur. Bir sözlə dünyanın enerjiyə olan tələb və təklif arasındakı fərq böyüdükcə, enerji qiymətləri artdıqca Rusiyanın həm iqtisadi gəlirləri, həm də siyasi təsirləri yenidən artmaqdadır. Burada əsas diqqət yetirməli olduğumuz nöqtə dünya siyasətindəki hegemonluq iddiasının və yarışının neftlə bağlı olmasıdır. ABŞ-ın neft qaynaqları və qiymətləri üzərində söz haqqının artması, Yaponiya və Almaniyaya qarşı yürütdüyü hegemonluq mübarizəsində ABŞ-ın üstünlüyünü hələki saxlamaqdadır. Digər yandan Körfəzdə 2 dollara çıxarılan neft Amerikada çıxarılan zaman 25 dollara başa gəlir 10. s 7 . Bütün bu faktorlara əsaslanaraq belə nəticə çıxarırıq ki, “Geniş Orta Doğu”, “Böyük Orta Şərq” ABŞ, Rusiya, Avropa, Çin, Hindistan və Yaponiya arasında yeni paylaşma sahəsi, resurslar uğrunda savaş bölgəsi olaraq “Böyük Oyun” meydanı kimi şəkillənməyə başlayır. Hələlik bu “Böyük Oyunda” hegemonluğu ABŞ “Yeni dünya düzəni”, “Azadlığın yeni srategiyası” lahiyələrini həyata keçirməklə Orta Şərqin yenidən qurulmasına nail olmaq istəyir. Qeyd etməliyəm ki, hazırda dünyada sənayeləşmənin və aşırı istehlak nəticəsində yaranmış tullantıların yaratdığı CO2 meton qazı CFC kimi qazlar, təbiətə tökülən kimyəvi tullantılar qaynaq və təbii resursların qıtlığı, çatışmazlığı problemini doğurur. Bu tullantılar qlobal istiliyin artmasına səbəb olur, ekosistemin dağılmasını geri dönməz şəkildə sürətləndirir. Həm qlobal istiləşmənin təsiri ilə, həm də sənayeləşmənin yaratdığı tullantıların təsiri nəticəsində içməli su qaynaqları sürətlə azalır. 15. s.4 Orta Şərq quraq bir bölgədir. Əhalinin sürətlə artması, sulanma və enerji ehtiyaclarının aradan qaldırılması üçün suya olan ehtiyac hər gün artmaqdadır. Su qaynaqlarının az olması, bir neçə ölkə tərəfındən istifadə olunması su probleminin həllini daha da çətinləşdirir. Bögədəki su problemi əsas su qaynaqları olan Fərat çayı (Türkiyə, Iraq, Suriya arasında) və Ürdün çayı hövzəsinin (İzrail, Ürdün Livan, Suriya və Qərbi Suriya arasında) bölüşdürülməsi ilə yaranmaqdadır. Su krizi son 50 ildə Türkiyə Suriya-İraq münasibətlərində tez-tez gərginlik yaratmışdır. Türkiyənin cənub şərqi Anadolu bölgəsinin iqtisadi və sosial inkişafı məqsədilə Kuban, Qaraqaya və Atatürk su barajı layihələrinin reallaşdırılması yönümündə apardığı çalışmalar zamanı Türkiyə-Suriya-İraq arasında gərginlik yaranmışdır. Fərat çayı Suriya və İraq üçün içməli su, sulama və hidroelektrik ehtiyatının ödənilməsi etibari ilə çox önəmlidir. Türkiyə çaya tam kontrol edir. Suriya və İraq çay üzərində hər hansı təsisatın qurulmasının əlehinədir. Resursların əsas mənbəyi olan təmiz su azaldıqca taxıl istehsalı da geriləməyə başlayır. Dünyada taxıl tələbiylə-təklifi arasında fasilə son illərdə böyüməyə başlamışdır. Digər yandan Çinin taxıl rezervlərinin tükənməsi səbəbindən onun gələcəkdə dünya taxıl bazarlarına girməyə başlaması gözlənilir  10. s 7. Həmçinin ABŞ, Kanada, və Avstraliya kimi əsas taxıl ixracatçıları, taxıl ixracatına kvota qoymağa başlamışlar. Bu adi həqiqətlər belə, gələcəkdə Su və taxılın qiymətlərinin artması, bu resurslar üzərində rəqabətin kəskinləşməsi, savaşların sürətlənməsi ehtimahnı doğurur. Bütün bunlarla bərabər XXI yüzillikdə iqlim dəyişikliklərinin təbii resurslar üzərindəki təsiri, bu təsirdən doğan proseslər də qaynaq və resurslar uğrunda müharibələrin qaçılmaz olduğunu göstərməkdədir. 10. 3,4,5 Və hələlik Orta Şərqdə baş verən müharibələr bunun bariz nümunəsidir..
Orta Şərqdə davam edən Resurslar uğrunda hegemonluq mübarizəsi qərb- şərq qarşıdurmasının əsas səbəblərindən biri kimi, terrorizmin doğulmasına səbəb olmaqdadır. Qərb bu kimi problemlərin həlli yollarını araşdırmaq əvəzinə terrorizmin sorumluluğunu İslama yükləməkdədir. Qərb mətbuatı terorizmin islam dünyasındakı hegemonluq savaşlarından yox, islam fəlsəfəsindən və ruhundan qaynaqlandığını iddia etməkdədir. İslam fundamentalizmi və islamın təməl əsaslarından biri olan Cihad konsepsiyası terrorla əlaqələndirilməkdədir.
Terrorizm yeni bir hadisə deyil, bəlli bir keçmişi, tarixi olan bir hadisədir. Amma bugünkü qədər planetar təhdidə və təhlükəyə çevrilməmişdir. Bu gün terrorizm tək-tək ölkələrin deyil, bütün dünyanm təhlükəsizliyini təhdid edən bir xarakter almışdır.
Terrorizmə hələlik beynəlxalq qanunvericilikdə aydın məna və tərif verilməmişdir. Öz dövlətini yaratmaq uğrunda mübarizə aparan xalqların mübarizəsi də, milli və insani haqlarını müdafıə edən kiçik etnik qrupların mübarizəsi də, bir dövlətin ərazisinin başqa dövlət tərəfindən işğal edilməsi də, bandit, quldur dəstələrinin, qaçaqmalçıların basqınları da terrorizm adlanır.
Rusiya Federasiyası Təhlükəsizlik Təşkilatının Elm Komitəsi üzvü və stratejik Araşdırmalar Mərkəzinin sədri general Anatoli İvanoviç Cuserə görə,
«əgər bu gün terrorizm tslam rəngində ortaya çıxmışdırsa, deməli İslam dünyasmda hər şey qaydasında deyil. Bu gün islam dünyası böyük çətinilklərlə qarşılaşmışdır». 3. s 128
İslam sivilizasiyasının coğrafı və kültürəl bölgəsi olan Orta Şərq uzun zaman Osmanlı imperatorluğunun tərkibində olub və bu XVII əsrə qədər davam edib. 1699-cu il Karlofça andlaşması və 1894-cü il Seykəs Pikot andalşması ilə Orta Şərq Osmanlı idarəsindən çıxıb və İngilis, Fransız müstəmləkəsinə çevrilib. Osmanlı dövləti dağıldıqdan sonra, Şimali Afrika, Ön Asiya, Orta Asiya kimi nəhəng coğrafı ərazilərdə yeni yaranan dövlətlər bu günə kimi özünün müasir sivilizasiyaya uyğun vətəndaş cəmiyyətlərini yarada bilməmişlər. Bunun əsl səbəbi isə ABŞ və Avropa dövlətlərinin insan haqları və demokratiya adı altında yeni neoimperalizm siyasətlərinin bütün dəyərlərin fövqündə dayanmasıdır. Orta Şərqdə idarə olunan totalitar, diktatura rejimləri ancaq qərb siyasətinin maraqlarını təmsil edirlər. Neoimperalizm siyasətinin nəticəsi olaraq metropoliya prinsipləri əsasında Şərq dövlətlərində monarxiya, vassal rejimləri yerli xalqları müasir quldarlıq qanunlarına uyğun idarə edirlər. Somali, Sudan, İordaniya, Qətər, Küveyt, Səudiyyə Ərəbistan, Suriya, Livan, İraq, Liviya, Əlcəzair, Tunis, Əfqanıstan, Pakistan, Özbəkistan, Türkmənistan kimi ölkələr buna misaldır.
Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfındən Şərq ölkələrinə yatırım qoyulması və bunun əsas təminatı kimi yerli diktatura rejimlərini ciddi şəkildə dəstəkləmələri vətəndaş cəmiyyəti və demokratiya uğrunda mübarizələrin nəticə verməməsi ilə sonuclanmış və bütün bunlar bölgədə terrorizmin çiçəklənməsinə səbəb olmuşdur. 5. s 186 Əfqanıstanda Həmid Kərzai adı altında qurulan yeni əfqan höküməti bu gün sadəcə paytaxt Kabil və Məzari Şərif şəhərlərinə nəzarət edə bilir. Ölkənin ən böyük şəhərlərindən biri olan Cəlalabad və digər yaşayış məntəqələri hər gün yeni əfqan höküməti adı altında bombardıman edilir. Yüzminlərlə əfqan vətəndaşları qərb silahları vasitəsilə məhv edilir. Bu siyasət İraqda, Livanda Əfqanıstanda, Suriyada , Fələstində tətbiq edilir və gələcəkdə Türkiyədə, İranda həyata keçirilməsi planlaşdırıhr. Terrorizmin yaranması və inkişafına səbəb olan amillər kimi: 70-ci illərdə güclənərək Orta Şərq siyasətinə öz damğasını vuran islami hərəkatın islam ölkələrində doğmasının əsas səbəblərindən biri kimi 1948-ci ildən İngiltərə Parlamentinin Balfor deklarasiyası adlı qərarına əsasən Fələstin torpaqlarında yəhudi muxtariyyəti yaratmaq məqsədilə yəhudilərin Fələstinə köçürülməsi və İzrail dövlətinin qurulması ilə başlayan, yarım əsrdir davam edən ərəb İzrail savaşlarını (1948, 1956, 1973, 2007-ci illər);
– BMT-nin Fələstin ərazisində İzrail və Fələstin dövlətinin yaradılması haqqında qərarının həyata keçirilməməsini, ABŞ-ın birtərəfli şəkildə İzraili dəstəkləməsini, Fələstin dövlətinin yarana bilməməsi və yerli Fələstin əhalisinin köçürülərək yurd- yuvasız, işsiz qaçqına çevrilməsini, 1992-ci ildə ABŞ Konqresinin Qüdsü İzrailin paytaxı kimi tanınması haqqında qərar qəbul etməsini, İran və İraq arasında gedən I Körfəz savaşını (1980-88); İraqın Küveyti işğal etməsi nəticəsində başlayan II Körfəz savaşını (1990-91); ABŞ-ın İraqı (2003), Əfqanıstanı işğal etməsi (5. s 186) və Suriyanı, Jivanı hədəlıməsini, 1945-ci ildə əsası qoyulmuş Ərəb Birliyi Liqasının və 1969-cu ildə əsası qoyulmuş 54 ölkəni birləşdirən İslam Konfransı Təşkilatının islam ölkələrinin problemlərinin çözülməsində ciddi rol oynaya bilməmələrini və İslam birliyinin iqtisadi, siyasi, hərbi- ideoloji mahiyyət daşımaması, yalnız kültürdə mövcud olmasını, beləliklə İzrail-Ərəb müharibəsinin qarşısının alınmasında heç bir rol oynaya bilməyən ərəb dövlətlərinə qarşı ümidlərini itirmiş dinc əhalinin silahlı dəstələr quraraq, komikadze müharibələrinə başlanmasını göstərmək olar. Ərəb dünyasmdakı İslami hərəkatlardan olan Müslüman qardaşları birliyi (Misir) və İslam Dirəniş hərəkatının (HƏMAS-Qəzzə bölgəsində yaranıb) yaranma səbəbləri bu təşkilatların bildirişlərində belə göstərilir.
«Ərəb hökümətinin Fələstin xalqı üçün heç nə edə bilməməsi müqabilində Fəbstin xalqının ümidinin ərəb dünyasından kəsməsi. 1987-ci ildə Almaniyada keçirilən ərəb zirvə görüşündə bu ümüdsizliyin daha da güclənməsi. Fələstin qurtuluş təşkilatının (Jasir Ərəfat liderliyində) Fələstinin müstəqilliyi yönümündə uğur əldə edə bilməməsi və s».  8. s.28. Qloballaşma prosesinin dünya informasiya texnologiyalarına nəzarət edən ABŞ və qərbin mənafeələrinə uyğun yönləndirilməsi və tənzimlənməsi bütün dünyanın zorla qərb dəyərləri əsasında standartlaşdırılmasına çalışılması və bunun nəticəsində yaranan müasir şərq-qərb sivilizasiyaları arasında çatışmalar orta şərq də siyasi islam ideyalarını əldə rəhbər tutan təşkilatların mübarizə məqsədlərini böyüdərək potensial ümumdünya İslam hərəkatlarının bir parçasına çevrilməsinə səbəb olur. 6. 61 Hal-hazırda Əlcəzair, Misir, Ürdün, Yəmən, Faş, suriya, Sudan və Tunisdən 20 min muzdlu əsgər və Pakistandan Özbəkistandan könüllülər islam adına ABŞ-a və İngiltərə hərbi birləşmələrinə qarşı vuruşur. (Araşdırmalara görə Əfqanıstanda 28 döyüşə hazır Kampf var). 3. s.64 «Ümumdünya İslam hərəkatının» ideallarını həyata keçirməyi iddia edən ən böyük İslam qruplarından olan Hizbullahın (mənası Allahın tərəfdarları, Allahın Partiyası) özünü dəyərləndirməsi belədir. «Hizbullah yaxşı təşkilatlanmış partiya və ya siyasi bir qurup deyil, dünyanm hər yerindəki müsəlmanlarla İslam ideologiyasına dayanaraq siyasi bağları olan bir ümmətdir». 8, s 84. Öz siyasi- ideoloji görüşlərində İran islam inqilabının lideri Xomeyniyə söykənən və İranın hərbi maliyyə dəstəyindən bəhrələnən Hizbullahın məqsədi millət dövləti deyil, bütün müsəlmanların bir dövlətdə, İslam dövlətində birləşməsini və ümmət dövlətini qurmaqdır. Hizbullah Xomeyninin vilayəti fəqih idarəetmə sçistemini islam dövlətinin idarəedilməsi modeli kimi qəbul edir. hizbullahın yaranma səbəbləri: Livan Şiə lideri Şeyx Musa Sədrin 1978—ci ildə yox olmsaı (oğurlanması) (Musa Sədr 1959-cu ildə Livana gəlmiş, 1967-ci ildə yüksək İslami şiə konqresinin keçirilməsinə nail olmuş, 1970-ci ildə «Məhrum edilmişlərin hərəkətı», 1974-cü ildə «Livan Müqavimət Alayı» hərbi birliyini yaratmışdır. (Bu hərəkatlar Həcəf və Qumm Şiə hərəkatlarına bağlı idi), 1978- 1982-ci illərdə İzrailin Livanı işğal etməsi, 1979-cu ildə İran İslam inqilabının qalib gəlməsi və bunun digər islam hərəkatlarına bir örnək olması əsas kimi göstərilir. Beləliklə göstərə bilərik ki, İslam dünyası və intellektualları qloballaşmaya və qərb hegemonluğuna qarşı yeganə yol kimi islam siyasi hərəkatının mübarizə aparması zəruriliyini qəbul edirlər. 6. 62
Orta şərqdə dominantlıq təşkil edən islam dini inancı əsasında formalaşmış ortaq mədəniyyət ortaq tarix, ortaq dünyagörüşü paylaşan dövlətlərin və millətlərin ortaq «sentrizm» ideyalarmm olmaması: (Məsələn, avropa sentrizm xristian birliyi, xristian klubu və s. kimi) İslam xilafəti ideyasınm iflasa uğraması, hərbi, iqtisadi, siyasi blok və təşkilatlarının ortaq strateji təhlükəsizlik konsepsiyalarımn olmaması, İKT-nm qərarlarının tövsiyə edici bir xarakter daşıması, islam sivilizasiyasınm öz içərisində müxtəlif etno-milli, dini, ideoloji münaqişələrin mövcud olması, yeni islam sivilizasiyasının formalaşmasma mane olan ciddi faktorları terrorizmin səbəbləri kimi göstərə bilərik.
Vahid islam dünyası, vahid islam təhlükəsizliyi, hərbi strategiyası ideyası Osmanlı dövləti çökdükdən sonra tarixə gömülmüşdür. İslam dünyası dini təriqət və məzhəblərə parçalanmışdır. Vəhhabizm, sünnü, şiyə, əhmədiyyə, nurçuluq kimi cərəyanlar, sünnü- şiə qarşıdurmaları islam sivilizasiyasınm gələcəyini təhdid edir. Bu gün XXI əsrdə islam dünyasında mərkəzi dövlət yoxdur və İslam ölkələri ayrı-ayrı sivilizasiya və mədəniyyətləri təmsil edən (əsasən Qərb) dövlətlərin periferiyasına çevrilmişlər.
«İran islam mərkəzli dövlətin əsas keyfıyyətlərinə malik olsa da (əhalisinin 90% şiədir) yalnız İslamm şiə qanadına rəhbərlik edə bilər. «Pakistan yoxsulluğu ucbatından lider roluna iddia edə bilməz. İslamın beşiyi olan Səudiyyə Ərəbistanı Amerikanm təsiri altındadır. Dünyəvi dövlət kimi Türkiyə islam liderliyinə iddia edə bilməz».  12. s. 27
Orta Şərqdəki ərəb ölkələri adına dövlət deyilsədə, bu dövlətlər daha çox anonim şirkətlərə bölünmüş vəziyyətdədir. Orta Şərqdə mövcud statuskvonu ərəb milləti yaratmamışdır. İngilis və Fransız imperialistlərinin Seykess- Pikott müqaviləsi əsasmda bu ölkələrin istəklərinə uyğun cızılmışdır. Bu baxımdan indiki ərəb şeyxlikləri və əmirlikləri ərəb millətinin problemlərini həll edən liderlərdən və təsissatlardan daha çox imperialist statuskvosunun siyasi hərbi və iqtisadi baxımdan yerli icraedici funksionerləridir.Küveyt dövlətdən çox Holdinqə oxşayır. «Küveytin neft təşkilatı Q8-in beş qitədə 22 ölkədə cəmi 6500 neft stansiyası var. Yalnız qərbi avropada 4800 ədəd benzin stansiyası var. 90-cı ildə küveytin dünya banklarında 110 milyard dolları var idi. Küveyt sərvətinin böyük bölümünü «Ərəb ölkələri xaricində» yatırmışdır. Küveyt ABŞ-dakı xarici yatırımların 10%-nə sahibdir. Küveyt Yatırımı ofısi (KİO) ABŞ-dakı Canta- fe və İngiltərədəki st. Martuns Property Corparation kimi böyük şirkətlərin yatırılmalarına ortaq durumdadır». 7. s 5.
1988-ci ildə Səudiyyə Ərəbistanı neft təşkilatı Aramco ABŞ neft şirkəti Texasonu aldı və birlikdə star Enterprise şirkətini qurdular. Bu şirkətin ABŞ-da 11450 benzin stansiyası var. Ərəb monarxistləri və şeyxlikləri inkişafını xarakterizə edərkən deməliyik ki, industrial istehlak mərhələsini aşmış, neft sayəsində maliyyə sərmayəçilərinə, maqnatlanna çevrilmişlər. 13. s 7 «Neft ixracatından gələn gəlir metropol ölkələrinin finans mexanizminə yatırılır. 1973-1981-ci illər arasında OPEC-in əldə etdiyi 400 milyard dolların (ki, bunun 4/5 ərəb ölkələrinə aiddir. Bu rəqəmin yarısı səudiyyə Ərəbistanına aiddir) 80% -i metropol ölkələrin böyük bank və şirkətlərinə axmışdır». 14. s 5 Körfəz işbirliyi konseyinin baş katibi 1989-cu ilin sonunda 6 üzvün 342 milyard dollarlıq varlığa sahib olduğunu bildirdi. Bu pulun 47, 4%-nin Amerikada və Avropada olduğu açıqlanmışdır.
«Ərəb fransız Bankları birliyi Başqanının ifadəsinə görə 1989 ilin sonunda ərəblərin metropol ölkələrin banklarmda 670 milyard dolları olmuşdur. Bütün bu milyardlar beynəlxalq banklarda dolaşmaqda və əsas maliyyə strategiyası isə Anqlo sakson maliyyə mərkəzləri tərəfindən təyin edilməkdədir». 14. s 111 İndi isə ərəb ölkələrində kişi başına gələn gəlirə baxaq. Vikolas Sarkisin (petrol et qaz arabes, 16 mart 1990) 1988-ci il statistikasına əsaslanaraq təsbit etdiyi adam başına düşən gəlirin cədvəlinə baxaq. «Somalı- 17: Misir- 650$ Birləşmiş Ərəb əmirlikləri- 15 min 700$ Sudam- Yəmən 543$, Ürdün 1154$
Birləşmiş Ərəb Əmirliklərində əhalinin 69% xarici işçilər olmasa idi, gələn gerçək gəlir adam başına 14 min 700$ yox, 54 min dollar olmalı idi. Qətərdə də əhalinin 73,2% xaricilərdir. 2. s 115 Fələstin xalqı isə bütün yaşayış səviyyələrini itirmiş qaçqına çevrilmişlər. Bütün bu kimi səbəblər və «Anqlosakson maliyə qurumlarınm apardığı maliyyə siyasət»ləri nəticəsində ərəb ölkələrinin beynəlxalq banklarda 670 milyard dollar yatırımı olduğuna baxmayaraq 260 milyard dollar xarici borcları var. 15. s 112 Bu qədər borcların olmasına baxmayaraq bölgədəki münaqişə ocaqlarının mövcud olması dini, etnik, savaşlar, sürətlə silahlanmanı qaçılmaz etmişdir.
«Dünyanın ən böyük silah idxalatçıları bu bölgədədir. İsrail, Türkiyə və İranda ən üstün texnologiyaya malik silah sənayesi və istehsalı getdikcə inkişaf etməkdədir. Bölgəsəl güc olma strategiyasına söykənən silahlanma iqtisadi inkişaf baxımından problemlər yaratmaqdadır. Orta şərq dünya silah maqnatlarının əsas bazarıdır. 1963-cü ildə orta şərq ölkələrinin hərbi xərci ümumilikdə 4 milyard dollar, 1983-cü ildə 68 milyard, 1992-ci ildə isə 150 milyard olmuşdur». 4. s 179.
ABŞ bu bölgəyə silah ixracatında birinci yerdədir. 1973-1978-ci illərdə silah bazarının 51%-ni, 1979-83-cü illərdə 62% gerçəkləşdirdi. ABŞ və Fransanm dəstəklədiyi atom silah proqramı əsasında İzrail yüzlərlə atom başlığına sahib oldu.
İsrailin ən müasir silahlara sahib olması səbəb oldu ki, Ariel Şaron atom gücü təhdidi ilə orta şərq xəritəsini yenidən çözmək iddiasmda bulundu. İsrail eyni zamanda atom texnologiyası ixracatçısıdır və Cənubi Afrika ölkələrinə atom silah araşdırmaları tədqiqatlarının aparılmasmda iştirak edir.  1. s 78
Terrorizmi doğuran digər səbəb isə orta şərqdə və İslam sivilizasiyasında baş verən sosiyal- iqtisadi böhran, sürətli Urbanizasiya və onun doğurduğu sosyal- psixoloji gərginliklərdir. Qeyd edək ki, «müsəlmanlar düna əhalisinin 22%-ni təşkil edir və onlara məxsus torpaqların sadəcə 2%-ni istifadə edə bilirlər». 6. s 37 Bu gün islam dünyasında əhali sürətlə artır, insanlann ehtiyaclan isə ödənmir.
Bu bölgədəki torpaqların işlənməsi, məhsulların süni artırılması artan ehtiyacları qarşılaya bilmir. Beləliklə insanların həyatda qalma savaşları artır. Buna görə terrorda daxil olmaqla bütün mübarizə vasitələrindən istifadə olnur. Buna görə də Şərq-Qərb çatışmalarının müasir aspektlərindən biri olan terrorizmin əsas səbəblərini islamda yox, sosial- iqtisadi vəziyyətin ağırlaşmasında axtarmaq lazımdır.
Müsəlmanlar dünya əhalisinin 22%-ni təşkil etsələr də (1500000000 nəfər olmaqla) dünya miqyasında ümumi Milli məhsulun yalnız 5%-i bunların payına düşür. Bütünlükdə 57 müsəlman ölkəsinin ümumi Milli məhsulu 2 trilyon dollar olur, halbuki, bu göstərici yalnız ABŞ üçün 10.4 trilyon, Çində 5,7 trilyon, Yaponiyada 3.5 trilyon, Almaniyada 1.3 trilyon, Hindistanda isə 3 trilyon dollar olmuşdur. BMT-nin ərəb ölkələrində inkişafla bağlı yaydığı hesabata əsasən 50% Ərəb qadınları savadsızdır və hər 5 ərəbdən biri gündəlik 2 dollarla yaşamaqdadır. Ərəb Ölkələrinin əhalisinin yalnız 1% şəxsi kompyüterə malikdir və yalnız 0,5 % ərəb internetdən istifadə edir. ərəblərdə iqtisadi aktiv əhalinin 15% işsizdir ki, bu rəqəm 2010-cu ildə iki dəfə artmışdı. Ərəblərdə adam başı illik gəlir əmsalı ötən 20 ildə yalnız 0,5% artıb, bu dünyada bəzi Afrika ölkələrini istisna etməkb ən aşağı göstəricidir. Dünyanın ən yoxsul ölkələri Mozambik, Pakistan, Nigeriya, Somali, Kamboca, Əfqanıstan, Şrilanka və Efıopiyadır. Ən yoxsul ölkələrin ən azı 6-da əhalinin əksəriyyəti müsəlmandır. Ali təhsil ocaqları baxımından üst-üstə 57 müsəlman ölkəsinin hər birinin payına yalnız 10 universitet düşür. Ümumilikdə 14 milyard müsəlman üçün 600-dən az universitet mövcud olduğu halda, Hindistanda 8407, ABŞ-da isə 5785 universitet vardır. 1,5 milyard müsəlmandan yalnız Əbus Səlim və Əhməd ABŞ-da elmi işlə məşğuldur. Zuveyl fızika və kimya sahəsində nobel mükafatına layiq görülübdür.
Ümumilikdə ötən 105 ildə yalnız 8 müsəlman nobel mükafıtına layiq görülüb, halbuki, 14 milyon yəhudi xalqından 167 nəfər bu mükafata layiq görülüb. Deməli, dünya ahalisinin 22%-i təşkil edən müsəlmanlar bu mükafatın l%-i dünya əhalisinin 0,2%-ni təşkil edən yəhudilər isə 22% qazana bilmişdir. 15 milyard müsəlmandan yalnız 300 min nəfəri mövcud standartlara uygun olaraq tədqiqatçı statüsü aldığı halda, ABŞ-da eyni şəraitə uyğun 1,1 milyon tədqiqatçı (hər bir milyon nəfər 4099 tədqiqatçı), Yaponiyada isə 700 min nəfər (hər bir milyon nəfərə 5095) tədqiqatçı var, 1,4 milyard müsəlmanın 800 min nəfəri yazıb-oxuya bilmir. (hər 10 müsəlmandan 6 nəfəri savadsızdır) Ümumiyyətlə xristian ölkələrində əhalinin 78%i savadlıdır.
«Bu gün terrorizmin səbəblərini bir milyard 500 milyon əhalisi olan islam dünyası üzərinə yükləməklə, ABŞ və qərb ölkələri, Rusiya terrorizmdən öz ölkələrinin geopolitik, iqitsadi və ideoloji problemlərini çözmək üçün istifadə edirlər». 9. s 56  Terrorizm ABŞ-ın «Yeni dünya düzəni» siyasətinə uyğun olaraq Orta Şərqi yenidən maraqlarına uyğun şəkildə formalaşdırmaq siyasətinin nəticəsidir.
Beləliklə, terrorizmin və Şərq-Qərb çatışmalarının meydana çıxmasının əsl səbəbləri dünyada sürəkli olaraq siyasi, iqtisadi, mədəniyyətlər arası dəyişmələrin və rəqabətin mahiyyətindədir. Bu gün modern dünyada şimal və cənub dövlətləri arasındakı inkişaf fərqi, bu fərqdən doğan çatışmalar və qarşılıqlı anlaşmazlıqlar, mədəniyyətlər arası münasibətlərdəki gərginliklər terrorizmin çiçəklənməsinə şərait yaradır. Elmi- texniki inqilabın, kürəsəl iqtisadiyyatın , təbliğat və informasiya vasitələrinin köməyilə zəngin ölkələrin kasıb ölkələri öz dəyərləri vasitəsilə mariginallaşdırması ,standartlaşdırması terrorizmi və şərq-qərb çatışmalarını doğuran səbəblərdir. Bəşəriyyətin, insanlığın yeni inkişaf mərhələsi olan və texnogen sivilizasiyanın nəticəsi olan qloballaşma prosesinin Vesternizasiya xəttinin diqtəsi altında getməsinə və bütün dünyanın qərb dəyərləri əsasında standartlaşdırılması. Yerin resurslarının və sərvətlərinin 80%-nin Qərbi avropada və ABŞ-da toplanması, nəticədə qitənin digər hissələrində aclıq və səfalətin hökm sürməsi, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, digər beynəlxalq təşkilatlarm bütün qitədə ədalətli, hüquq bərabərliyini iqtisadi və siyasi tarazlığı və balanslaşdırmanı yaratmaq və tənzimləmək əvəzinə, qərbin və ABŞ-m maraq və mənafeələrini qorumaqla məşğul olmaları, bütün bunların nəticəsində qitədə iqtisadi- siyasi tarazlığın pozulması terrorizmin doğmasına səbəb olur.
Beləliklə: bu gün terrorizmin genişlənməsi və qlobal müharibəyə çevrilməsi təhlükəsini yaradan birinci səbəb, qərbin XVII əsrdən etibarən islam ölkələrində apardığı müstəmləkəçilik siyasətidir və bu indi də davam etməkdədir. ABŞ-ın Əfqanıstanı və İraqı işğal etməsi, Livanı, Suriyanı, İranı hədələməsi bunun bariz nümunəsidir. İkinci əsas səbəb orta şərqdə davam edən Resurslar uğrunda hegemonluq mübarizəsidir. Üçüncü səbəb yaxın şərq probleminin 64 ildən çoxdur ki, həll edilməməsidir.
Məlumdur ki,1948-ci ildən İngiltərə Parlamentinin Bolfor deklarasiyasına əsasən Fələstin torpaqlarnda yəhudi muxtariyyət yaratmaq məqsədilə yəhudilərin Fələstinə köçürülməsi və İzrail dövlətinin qurulması ilə Ərəb-İsrail savaşları başlamış, beləliklə də Yaxm Şərq probleminin əsası qoyulmuşdur. BMT-nin Fələstin ərazisində İsrail və Fələstin dövlətinin yaradılması haqqında qərarının həyata keçirilməməsi, ABŞ-ın birtərəfli şəkildə İzrail dövlətini dəstəkləməsi, fələstin dövlətinin yarana bilməməsi və yerli Fələstin əhalisinin köçürülməsi ərazilərin yəhudilər tərəfindən işğal edilməsi 64 illik Fələstin-İzrail müharibələrinə gətirib çıxartdı. Ərəb-İsrail ordusu arasında 1948, 1956, 1967, 1973-cü illərdə baş verən müharibələr, 1992-ci ildə ABŞ Konqresinin Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarı, İran və iraq arasında gedən I Körfəz savaşı, İraqın Küveyti işğal etməsi nəticəsində baş verən II Körfəz savaşı (1990-91), ABŞ-ın Əfqanıstanı və 2003-cü ildən isə İraqı işğal etməsi, 1945-ci ildə əsası qoyulmuş Ərəb ölkələri Birliyi Liqasının və 1960-cı ildə əsası qoyulmuş 54 ölkəni birləşdirən İslam Konfransı Təşkilatının islam ölkələrinin problemlərinin çözülməsində ciddi rol oynaya bilməmələrini və islam birliyinin siyasi iqtisadi qərar və strategiyalarda deyil, yalnız kültürdə mövcud olduğu qənaətini doğurmaqdadır. Bölgədə qlobal geosiyasi maraqların kəsişməsi və ümidsiz qaçqınlar ordusunun yaranması bölgə əhalisinin terrora əl atmasına şərait yaradır.
Terrorizmin digər səbəbləri isə ABŞ-m «Yeni dünya düzəni» adlı Orta Şərq siyasətidir. Dünya əhalisinin 86%-nin yerləşdiyi və əhalisinin İslam dininə etiqad etdiyi Orta şərqin dövlət, mədəniyyət və din baxımından yenidən ABŞ və Qərb maraqlarına uyğun şəkildə formalaşdırılması, şəkillənməsi siyasətidir. Dünya neftinin 65% bu bölgədə yerləşir və ABŞ İslam gücünü parçalamaq üçün bu bölgədə çox dilli, çox dinli, çox kültürlü, çox uluslu bir düzən formalaşdırmaq istəyir . Orta şərqdə dominantlıq təşkil edən Ərəb və Türk gücünü parçalamaq üçün İzraildən və Qüzey İraqda ABŞ-ın əli ilə yaradılmaqda olan Quzey İraq Kürd dövlətindən istifadə edilməkdədir. Türk gücünü parçalamaq üçün yaradılmış Ermənistanın işğalçı siyasətinin durdurulmaması, erməni soyqrımı uydurmasının Qərb ölkələri tərəfındən dəstəklənməsi bu bölgədə terrorizmin daha da genişlənməsinə şərait yaradır. Anqlosakson siyasi-hüquqi dəyərlərinin, liberal demokratik bazar sisteminin heç də kamil bir sistem olmadığı, bu sistemin nəticəsində varlı ölkələrin daha da varlanması, kasıb ölkələrin daha da kasıblaşması prosesinin sürətlənməsi və beləliklədə varlı şimal və kasıb Cənub ölkələri arasında gələcəkdə baş verməsi ehtimal olunan qlobal müharibə təhlükəsinin artamısı, ölkələrin Mərkəz və periferiyalara bölünməsi nəticəsində yaranmış ədalətsiz iqtisadi-siyasi düzən, terrorizm probleminin aradan qaldırılmasma maneə olmaqdadır.

Nəticə
Beləliklə, bü gün terrorizmin genişlənməsi və qlobal müharibəyə çevrilməsi təhlükəsini yaradan birinci səbəb qərbin XVII əsrdən etibarən islam ölkələrində apardığı müstəmləkəçilik siyasətidir və bu indii də davam etməkdədir. ABŞ-ın Əfqanıstanı və İraqı işğal etməsi, Livanı, Suriyanı, İranı hədələməsi bunun bariz nümunəsidir. İkinci əsas səbəb Orta Şərqdə davam edən Resurslar uğrunda hegemonluq mübarizəsidir.Üçüncü səbəb Yaxın Şərq probleminin 50 ildən çoxdur ki, həll edilməməsidir.
Terrorizmin və Şərq-Qərb çatışmalarının meydana çıxmasının əsl səbəbləri dünyada sürəkli olaraq siyasi, iqtisadi, mədəniyyətlər arası dəyişmələrin və rəqabətin mahiyyətindədir. Bu gün modern dünyada şimal və cənub dövlətləri arasındakı inkişaf fərqi, bu fərqdən doğan çatışmalar və qarşılıqlı anlaşmazlıqlar, mədəniyyətlər arası münasibətlərdəki gərginliklər terrorizmin çiçəklənməsinə şərait yaradır. Elmi- texniki inqilabın, kürəsəl iqtisadiyyatın , təbliğat və informasiya vasitələrinin köməyilə zəngin ölkələrin kasıb ölkələri öz dəyərləri vasitəsilə mariginallaşdırması ,standartlaşdırması terrorizmi və şərq-qərb çatışmalarını doğuran səbəblərdir.
Bəşəriyyətin, insanlığın yeni inkişaf mərhələsi olan və texnogen sivilizasiyanın nəticəsi olan qloballaşma prosesinin Vesternizasiya xəttinin diqtəsi altında getməsi və bütün dünyanın qərb dəyərləri əsasında standartlaşdırılması,eyni zamanda yerin resurslarının və sərvətlərinin 80%-nin Qərbi avropada və ABŞ-da toplanması, nəticədə qitənin digər hissələrində aclıq və səfalətin hökm sürməsi, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, digər beynəlxalq təşkilatlarm bütün qitədə ədalətli, hüquq bərabərliyini iqtisadi və siyasi tarazlığı və balanslaşdırmanı yaratmaq və tənzimləmək əvəzinə, qərbin və ABŞ-m maraq və mənafeələrini qorumaqla məşğul olmaları, bütün bunların nəticəsində qitədə iqtisadi- siyasi tarazlığın pozulması terrorizmin doğmasına səbəb olur.
Terrorizmin digər səbəbləri isə ABŞ-ın «Yeni dünya düzəni» adlı Orta Şərq siyasətidir. Dünya əhalisinin 86%-nin yerləşdiyi və əhalisinin İslam dininə etiqad etdiyi Orta şərqin dövlət mədəniyyət və din baxımından yenidən ABŞ və Qərb maraqlarına uyğun şəkildə formalaşdırılması, şəkillənməsi siyasətidir. Dünya neftinin 65% bu bölgədə yerləşir və ABŞ İslam gücünü parçalamaq üçün bu bölgədə çox dilli, çox dinli, çox kültürlü, çox uluslu bir düzən formalaşdırmaq istəyir.
Orta şərqdə dominantlıq təşkil edən Ərəb və Türk gücünü parçalamaq üçün İzraildən və Qüzey İraqda ABŞ-ın əli ilə yaradılmaqda olan Quzey İraq Kürd dövlətindən istifadə edilməkdədir. Türk gücünü parçalamaq üçün yaradılmış Ermənistanın işğalçı siyasətinin durdurulmaması, erməni soyqrımı uydurmasının Qərb ölkələri tərəfindən dəstəklənməsi bu bölgədə terrorizmin daha da genişlənməsinə şərait yaradır.
Anqlosakson siyasi-hüquqi dəyərlərinin, liberal demokratik bazar sisteminin heç də kamil bir sistem olmadığı, bu sistemin nəticəsində varlı ölkələrin daha da varlanması, kasıb ölkələrin daha da kasıblaşması, prosesinin sürətlənməsi və beləliklədə varlı şimal və kasıb Cənub ölkələri arasında gələcəkdə baş verməsi ehtimal olunan qlobal müharibə təhlükəsinin artamısı, ölkələrin Mərkəz və periferiyalara bölünməsi nəticəsində yaranmış ədalətsiz iqtisadi-siyasi düzən, terrorizm probleminin və Şərq- Qərb qarşıdurmalarının beynelxalq seviyyədə aradan qaldırılmasına maneə olmaqdadır.

Yasəmən Qaraqoyunlu

“KarabakhİNFO.com”

21.08.2014 18:10

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*