Azərbaycanca

The Hill: “Ermənistanın ağılsız siyasəti öz xalqının maraqlarına ziddir”

09.01.2015 | 16:15

the_hill_logo_180214

“Ermənistan hökuməti özünün ağılsız siyasəti ilə öz xalqının maraqlarına ziyan vurur”. Bu fikir müxtəlif ölkələrin hökumətləri ilə işləyən “Tool Shed Group” məsləhət firmasının rəhbəri, Los-Ancelesdə yerləşən Amerika Yəhudi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəhbəri Ceyson Katsın “The Hill” qəzetində dərc olunan məqaləsindəndir.

 

 

Trend-in məlumatına görə, məqalədə deyilir ki, dünyada Cənubi Qafqaz kimi ümumilikdə uğurlu, sabit və inamla Qərbə yönəlmiş regionlar azdır. Ermənistan istisna olmaqla, Cənubi Qafqaz ölkələri dünyada ən çiçəklənən dövlətlər və ən nüfuzlu və zəngin postsovet respublikalarıdır.

 

 

Müəllif xatırladır ki, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyənin bir hissəsinin daxil olduğu Cənubi Qafqaz regionu enerjidaşıyıcılarla zəngindir və qısamüddətli perspektivdə və gələcəkdə Avropaya təbii qaz tədarükünün zəruri və real alternativ mənbəyidir. Və bu, Rusiyanın hərbi və xarici siyasətindən asılı olan təbii qazın qarma-qarışıq ixracına qarşıdır.

 

 

C.Katsın yazdığı kimi, bu yaxınlarda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Türkiyənin şimal-şərqindəki Qars vilayətində regional əməkdaşlığı müzakirə etmək üçün görüşüblər. Bu, artıq Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Tamar Beruçaşvili və Mövlüd Çavuşoğlunun üçtərəfli formatda dördüncü görüşü idi.

 

 

Müəllif yazır ki, regional inkişaf, energetika və regionun ümumi çiçəklənməsi haqqında bütün görüşlərdə və danışıqlarda Cənubi Qafqaz ölkələrindən öz-özünü regionun çiçəklənən ölkələrinin siyahısından çıxaran yalnız Ermənistan iştirak etmir.

 

 

Onun sözlərinə görə, Ermənistan suverenlikdən tam imtina tələb edən tamamilə başqa yol seçib: “Cənubi Qafqazın digər xalqlarının ölkələri çiçəklənməyə aparan müstəqil xarici və iqtisadi siyasət yürütməyə başladıqları və davam etdirdikləri halda Ermənistan getdikcə daha çox Rusiya Federasiyasının vassalına çevrilir ki, bu da Ermənistan xalqının maraqlarına tam ziddir”.

 

 

Müəllifin sözlərinə görə, Ermənistanın sərhədləri və hava məkanına Moskva nəzarət edir. Bundan başqa, Ermənistanda Rusiyanın hərbi bazaları yerləşir və bu yaxınlarda imzalanan müqavilələr həmin bazaların 2044-cü ilədək orada qalmasını nəzərdə tutur. Bu yaxınlarda DTK-nın varisi Rusiya FTX özünün formal xarici dövlət olan Ermənistandakı fəaliyyəti barədə məlumat dərc edib. Cənubi Qafqazın və digər qonşu ölkələrin Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmağa can atdıqları halda Ermənistan Avrasiya İttifaqına qoşulmağı qərara alıb.

 

 

Müəllif yazır: “Ermənistan hətta 2014-cü ildə BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı səs verən Şimali Koreya, Suriya, Sudan və digər dövlətlərə qoşulub. Bütün bunlar millətin yoxsullaşması və ölkədə ağır iqtisadi situasiyaya görə ermənilərin başqa ölkələrə kütləvi axını nəticəsində əhalinin sayının güclü şəkildə azalması fonunda edilir”.

 

 

Bununla yanaşı, C.Katsın fikrincə, Ermənistanın çiçəklənməyə doğru yolu çox sadədir: Rusiyanın qandallarından, Azərbaycanla münaqişədən qurtulmaq və yenə də Ermənistan xalqının xeyrinə olan gələcəyi qəbul etmək.

 

 

Müəllif xatırladır ki, Sovet İttifaqının süqutu ərəfəsindən Azərbaycan və Ermənistan Azərbaycan torpaqları – Dağlıq Qarabağ və ona bitişik rayonlar uğrunda müharibə aparır.

 

 

Məqalədə deyilir: “Dağlıq Qarabağda və ona bitişik regionlarda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrdən sonra Azərbaycanın bir milyon qaçqın ordusu yarandı. Orada öz ikinci dövlətinin əsasını qoymağa çalışan Ermənistan özü bu işğal edilmiş əraziləri tanımır. Müharibənin gedişində Türkiyə Azərbaycanla həmrəylik əlaməti olaraq Ermənistanla öz sərhədlərini bağladı. 20 ildən çox zaman keçdikdən sonra bütün region çiçəkləndi, lakin Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir və beləliklə, işlərə qatılmır”.

 

 

Qeyd olunur ki, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşünün yekunu üzrə birgə mətbuat konfransında çıxış edən türkiyəli nazir Mövlud Çavuşoqlu dedi ki, Türkiyə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. O, əlavə edib ki, həmçinin Ermənistanın əməkdaşlığa başlayacağına ümid edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vurğuladı ki, indiyə qədər Azərbaycan və Ermənistan arasındakı problemlər həll edilməyib. Münaqişənin həllinin əsasında beynəlxalq sazişlər dayanmalıdır.

 

 

Müəllif hesab edir ki, Ermənistan rəhbərliyi suverenliyini və öz xalqının yaşamaq qabiliyyətini saxlamaqla öz-özünə kömək etməlidir: “Həmçinin Ermənistanın azərbaycanlıların öz torpaqlarına və öz evlərinə qayıdacaqları və etnik ermənilərin qorunacağı, onların Azərbaycanın istənilən vətəndaşına veriləcək hüquqlara malik olacaqları barədə möhkəm saziş olduğu halda, Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarması vacibdir və yenidən ümumi sərhədləri açmaq üçün sonra Türkiyə ilə işə başlamaq lazımdır. Əgər Birinci Dünya müharibəsinin gedişində baş verən hadisələr bu cür danışıqlar üçün əngəldirsə, onda məhkəməni və həmin hadisələri araşdıran alimləri cəlb etməklə müvafiq razılığa gəlmək lazımdır; daha sonra Gürcüstanla, Azərbaycan və Türkiyə ilə münasibətlərin və əlaqələrin bərpası üzərində işləmək lazımdır; erməni diasporunu Birinci Dünya müharibəsi və Dağlı Qarabağ hadisələri ilə bağlı məsələlərdə lobbiçiliyə sərf olunan əhəmiyyətli pul vəsaitlərindən Ermənistanın iqtisadi dirçəlişi üçün istifadəyə məcbur etmək lazımdır”.

 

 

Müəllifin yazdığı kimi, bütün bu addımlardan sonra Ermənistan regional inkişaf üzrə danışıqlara başlamalı, mövcud və gələcək layihələrin oyunçusuna çevrilməlidir.

 

 

Məqalədə deyilir: “Azərbaycan, Gürcüstan və Türkiyə bu dondurulmuş münaqişənin həlli, regional inkişaf və inteqrasiyanın genişləndirilməsi və dəstəklənməsi üçün açıqdır. Ermənistan bundan yalnız udacaq”.

 

 

“KarabakhİNFO.com”

 

 

 

09.01.2015 16:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*