Azərbaycanca

The Korea Herald: “Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı qəbuledilməzdir”

30.09.2014 | 15:57

korea heraldSentyabrın 28-də Koreya Respublikasınnın “The Korea Herald” qəzetində “Azərbaycan ərazilərinin qeyri qanuni işğalı qəbuledilməzdir” başlığı altında məqalə dərc olunub.

 

 

Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə 2014-cü ilin iyul ayında üç azərbaycanlı məcburi köçkünün – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində olarkən Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülməsi, H.Həsənovun qəddarlıqla qətlə yetirilməsi və cəsədinin Azərbaycan tərəfinə qaytarılmaması, digər iki azərbaycanlının isə harada saxlanıldıqları barədə heç bir informasiyanın verilməməsi barədə məlumat əks edilib.

 

 

Məqalədə soydaşlarımızın öz ailə üzvlərinin məzarlarını ziyarət etmək üçün Şaplar kəndinə getdikləri və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində girov götürülərək erməni mətbuatında “diversiya qrupu” kimi qələmə verilmələrinin əsassız olması göstərilmişdir. Girov götürülmüş şəxslərin əvvəllər də işğal olunmuş ərazilərimizə səfər etdikləri və bu səfərləri “Youtube” internet portalında yerləşdirdikləri vurğulanaraq, bunun “diversant qrupu”na xas olmayan hərəkət olduğu sübut olunub.

 

 

Məqalədə Kəlbəcər rayonunun 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, bununla əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul olunduğu və ümumilikdə Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlar da yer alıb.

 

“KarabakhİNFO.com”

 

 

30.09.2014 15:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*