Azərbaycanca

Tomas de Vaaldan eksklüziv müsahibə

17.09.2013 | 16:51

1379421729_sss1Cənubi Qafqaz regionu üzrə araşdırmaçı, Böyük Britaniyalı jurnalist Tomas de Vaal Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı haqqında fikirlərini eksklüziv olaraq “KarabakhİNFO.com” elektron jurnalına  bildirib. Thomas de Vaal məsələnin həlli ilə bağlı narahatlığını gizlətmir:

“Mən ondan narahatam ki, Qarabağ konflikti yeni bir mərhələyə qədəm qoysun, çünki, Qarabağ münaqişəsinin həlli uzaq görünür. Demək olar ki, iyirimi ilə yaxındır ki, atəşkəs elan olunub. Ancaq,ermənilər və azərbaycanlılar neçə illər boyunca yan-yana yaşadıqlarını unudublar. Media və siyasətçilər hər iki tərəfi bədnam düşmən kimi təqdim edirlər. Tərəflər arasında heç bir etimad yoxdur”.

 

Tomas de Vaal müsahibəsi zamanı Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğunu və bunun da dünyanın aparıcı dövlətlərinin çoxları tərəfindən bu cürə qəbul edildiyini də bildirdi.

 

Britaniyalı jurnalist bu işğalın həlli ilə bağlı Minsk qrupunun fəaliyyətinin səmərəsiz olduğunu qeyd edir: “Münaqişənin həll olunmasında Minsk qrupunun fəaliyyəti azdır. Onların baza prinsipləri ilə bağlı bir çox sülh planları mövcuddur. Lakin, indiyə qədər heç bir tərəf bununla bağlı razılığa gəlməyib. İndiki vəziyyətdə Minsk Qrupunun əsas məqsədi yeni müharibənin qarşısını almaqdır”.

 

Jurnalistin sözlərinə görə, təbii ki, beynəlxalq güclərin münaqişənin həllində iştirak etmələri yaxşı olardı, lakin, onların iştirak etməməsi başa düşüləndir. Çünki, hazırda Suriya, Əfqanıstan  və Şimali Koreya kimi daha aktual məsələlər var.

 

Tomas de Vaal bu işğalın həllində tərəflərin rolunu vacib hesab edir: “Münaqişənin həll olunması ermənilərin və azərbaycanlıların öz üzərinə düşür. Bununla bağlı isə vəziyyət yaxşı deyil. Prezidentlər son dərəcə ehtiyatlı olmalıdırlar. Onların millətçi kimi çıxış etmələri ictimaiyyətdə kompromis meylləri yaratmayır. Bakı və İrəvan bir-birinə inanmayır. Bu isə sülhə əsas ola bilməz”.

 

Britaniyalı jurnalist həmçinin tərəfləri konstruktiv danışıqlara dəvət edir: “İki tərəf arasında konstruktiv dialoqlar olarsa tələbələr, jurnalistlər, iş adamaları səviyyəsində bu tərəflər bir-birini daha yaxşı başa düşə biləcəklər”.

 

 

Sevda Sevinc

 

“KarabakhİNFO.com”

 

17.09.2013 16:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*