Azərbaycanca

Torpaqlarımız minalardan təmizlənir

09.03.2015 | 11:57
0633075c7c5c6b02190004ced13607b5
Azərbaycanda ötən il ərzində ölkənin müharibə getmiş və işğaldan azad olunmuş ərazilərində partlamamış hərbi sursatların (PHS) təmizlənməsi və zərərsizləşdirilməsi əməliyyatı nəticəsində Füzuli, Ağcabədi, Tərtər, Xocavənd, Ağdam, Tovuz, Gədəbəy, Goranboy, Qazax, Göygöl və Ağstafa rayonlarında 334 265 77 kv.m ərazi təmizlənib.

APA-nın məlumatına görə, bu rəqəm Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatında əksini tapıb.

2 723 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib və bu ərazilər tam təhlükəsiz vəziyyətdə yerli icra orqanlarına təhvil verilib.

Bundan başqa, Dövlət Neft Şirkətinin müraciəti əsasında Səngəçalda yeni tikiləcək qaz terminalı ərazisində 19 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, hesabat martın 17-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

09.03.2015 11:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*