Azərbaycanca

TRT Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıdan canlı yayımlar verəcək

20.02.2015 | 11:50

k
TRT ənənəsinə sadiq qalaraq Xocalı soyqırımı ilə bağlı anım həftəsinə start verib

 

 

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının APA-ya istinadən məlumatına  görə, TRT-nin Baki Təmsilçiliyi bir həftə boyunca Bakıdan Xocalı soyqırımının 23 ildönümü ilə əlaqədar canlı yayımlar, proqramlar və özəl qonaqlarla “TRT 1”, “TRT Haber”, “TRT Türk”, “TRT Avaz” kanalları vasitəsilə yayımlara başlayacaq.

 

 

“TRT Avaz”ın 6 nəfərlik çəkiliş qrupu 22-28 fevral tarixlərində Bakıda olacaq. Onlar Azərbaycanın ağrı-acısını canlı yayım və proqramlarla işıqlandıracaqlar. TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan bildirib ki, “TRT Avaz” kanalının koordinator müavini Taner Gürbüz və “50 Dəqiqə” proqramının aparıcısı Gökçən Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 7 gün boyunca Bakıda silsilə canlı yayımlar həyata keçirəcəklər.

 

 

26 Fevral tarixində isə “Az TV” studiyasından, Xocalı abidəsi və “TRT Avaz” Ankara studiyaları olmaqla 3 nöqtədən 3 saatlıq canlı yayım olacaq. Türkiyə saatı ilə 12:00 və Bakı saatı ilə 14.00-da başlayacaq canlı proqramda Türkiyə, Azərbaycan eləcə də digər yerlərdən siyasətçilər, soyqırımın şahidləri, diaspor təşkilatlarının rəhbərləri canlı yayıma qoşularaq fikirlərini bildirəcəklər. Proqramda Xocalıda ermənilərin törətdiyi qətliamların kadrları nümayiş olunacaq, şahidlərin müsahibələrinə yer veriləcək. Proqramları “TRT Avaz”ın tanınmış aparıcısı Gökçen Oğan təqdim edəcək.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

 

 

20.02.2015 11:50

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*