Azərbaycanca

“Türk birliyində Azərbaycanın önəmi böyükdür”

09.06.2014 | 06:38

1402295438_ahmet-kenan“Türk Şurası 1992-ci ildən etibarən toplanan “Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantıları” nəticəsində meydana gələn ortaq siyasi iradə prinsipi üzərinə qurulub”. Bu sözləri “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına Bodrumda keçirilən “Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə toplantıları”nın əhəmiyyətini şərh edən Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Ahmet Kenan Tanrıkulu deyib. “Bu çərçivədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası – TÖƏŞ) türkdilli ölkələr arasında geniş əməkdaşlığa təkan vermək məqsədilə beynəlxalq bir təşkilat kimi fəaliyyətinə 2009-cu ildə başlayıb. Naxçıvan Sazişinin ön sözündə üzv dövlətlər Birləşmiş Millətlər müqaviləsinin məqsəd və prinsiplərinə sadiq qalacaqlarını bildirərək Türk Şurasının əsas məqsədinin türkdilli ölkələr arasında geniş əməkdaşlığı yaymaq, regional və qlobal sülhə və stabilliyə töhfə vermək olduğunu bəyan ediblər”. Millət vəkili onu da xatırladıb ki, bundan başqa üzv ölkələrin demokratiya, insan haqlarına hörmət, hüququn aliliyi, yaxşı idarəetmə kimi əsas prinsiplərə əməl edəcəklərini ifadə ediblər: “Türk Şurası çərçivəsində əməkdaşlıq üzv ölkələr arasındakı ortaq tarix, mədəniyyət, kimlik və türkdilli xalqların dil birliyindən qaynaqlanan xüsusi dayanışma əsasında qurulmaqdadır. Bu il Türkiyədə keçirilən IV zirvədə 2013-2014 dönəm sədrliyini Türkiyəyə təhvil verən dost və qardaş ölkə Azərbaycanın qatqılarını çox önəmli hesab edirik. Əsas mövzusu “Turizm əməkdaşlığı” olan IV zirvədən əldə edilən nəticələrin Şuraya üzv olan ölkələrin bu sahədəki inkişafına köməklik göstərəcəyini və qardaşlığımızın daha da möhkəmlənəcəyini düşünürük. Bu cür əməkdaşlıqların fərqli sahələrdə də daha sıx qurulması tarixi birliyimizi gücləndirəcək”.

 

Elnur Eltürk

“KarabakhİNFO.com” 

09.06.2014 06:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*