Azərbaycanca

Türk deputat: “Qarabağın işğalı Ermənistanın bir dövlət olaraq gələcəyini sual altına qoyub”

07.04.2014 | 14:08

1396864518_feramuz“Hər zaman bu mövzunun üzərində dayanırıq ki, Ermənistan son 20 ildə Qarabağı işğalda saxlamaqla nələrə nail oldu? Bu sual erməni xalqını yaxşı düşündürməlidir”.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Feramuz Üstün “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına  açıqlamasında bildirdi.

 

“Biz ölkədə baş verən məsələləri təhlil edərsək, Ermənistan işğal prosesindən heç bir şey qazanmadığını görərik. Tam əksinə itkilərə məruz qaldı. Ölkə dağınıq iqtisadiyyatla, miqrasiya axını ilə üz-üzə qalıb. Bütün regional layihələrdən kənar qalan Ermənistanın siyasi-iqtisadi gələcəyi sual altındadır. Çünki Qafqaz elə bir bölgədir ki, burada barış və sakitlik hakim olarsa, bölgə sürətlə inkişaf edər. Bunlar olmasa bundan ən çox zərər çəkən tərəf Ermənistan olacaq”,-deyə millət vəkili qeyd edib.

Türkiyənin cənubi Qafqazda güclənməsi

 

Millət vəkili bu gün bəzi güclər istəsələr və istəməsələr də Qafqazda Türkiyənin təsirinin artdığını diqqətə çatdırıb:

 

“Son illər Türkiyənin cənubi Qafqazda fəal siyasət yürütdüyü ortadadır. Türkiyədən Gürcüstan və Azərbaycana siyasilər, iş adamları və s. sahələri təmsil edən şəxslərin səfərləri sürətlənib.

 

Həmçinin, Türkiyənin bölgədə güclənməsi Azərbaycanın bölgədə güclənməsinə gətirib çıxarır. Çünki iki qardaş ölkə arasında əlaqələr elə bir səviyyədədir ki, bu əlaqələr bölgədə ancaq barış və təhlükəsizliyin qarantı rolunu oynamaqdadır”.

 

 

 

 

Elnur Eltürk

 

“KarabakhİNFO.com”

07.04.2014 14:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*