Azərbaycanca

Türk-Fars və Ərəb kökənli erməni soyadları

06.01.2015 | 13:05

photoZaur QƏRİBOĞLU

Baş redaktor, yazar

 

 

434 müasir erməni soyadının birbaşa Azərbaycan mənşəli olması təkcə dil faktı ilə deyil, həm də tarixi arqumentlərlə əsaslandırılır. Fikirimizi təsdiq etmək üçün İrəvanda 1987-ci ildə çıxan, “Erməni soyadları” kitabının 112-114-cü səhifəsində yazılan fikirləri göstərə bilərik. Kitabda müəllif yazır: “Erməni soyadlarının yalnız 26,3 faizi orjinal erməni dilindən yaranmış, qalan adların 194-ü fars, 113-ü türk, 111-i ərəb, 60-ı yunan, 54-ü yəhudi, 44-ü isə digər dillərdən götürülmüşdür”. Erməni soyadlarının 20 faizini isə xristian dini ilə bağlı soyadlar təşkil edir”.

Rus tədqiqatçısı Aleksandr Tronskiy yazır: “Ömrüm boyu mən anamın qızlıq familiyasını – “Ağabekyan” olması heyrətləndirirdi, araşdırdığım bütün erməni mənbələrində ağa və bəy sözünə rast gəlməmişdim. XIX əsrə qədər rast gəldiyim bütün mənbələrdə Ağabəy yazılırdı. Ağa-fars, Bəy isə türk mənşəli sözdür. Bu bir daha mənə ermənilərin soyadlarının oğurluq olduğunu sübut etmiş oldu. http://www.proza.ru/2013/05/15/1526 ”

 

Araşdırmalar göstərir ki, bir çox tanınmış erməni ailələri Camal, Cəlal, Xanlar, Sərdar, Nəriman, Nəsib, İslam, Mirzə, Mədət, Mərdan, Murad, Osman, Qasım, Şahbaz, Şahin kimi saysız-hesabsız adlarımızı mənimsəyərək özününküləşdirmişlər. Erməni tarxçiləri, şairləri, alimləri arasında Azərbaycan türklərindən sözlərin, adların mənimsənilməsinə dair etiraf edənlər də var. Məsələn, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq Xaçatur Abovyanın etirafı: ”Türkcə (Azərbaycan dili) bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türkcə (azərbaycanca) səslənir…

 

…bizim xalq çoxlu türk sözləri öyrənib və bu günədək onları işlədir…”.
“Ermənilər türk xalqları arasında yaşadıqları üçün türk adlarını götürüblər və bu şəkildə gələcəkdə də soyad daşıyıcılarına çevriliblər. Ermənilərin nəyi var ki, sahib olduqları hər şey başqa xalqlardan mənimsənilib.
Mütəxəsislərin fikirincə ermənilərin Türk adlarının soyad kimi götürmələrinin başqa səbəbləri də var. Biri odur ki, bəzi Türk soyadlı ermənilərin ulu babaları elə Türk olub. Ona görə də bu ermənilər babalarının adlarını soyad kimi götürüblər. Məsələn, Məlikyanın ulu nənəsi o vaxtlar Məlik adlı Turkdən uşaq dünyaya gətiribsə, həmin şəxsin soyadı qalıb Məlikyan.
“Yan”-soyad sonluğu ilə bağlı qeyd edim ki, yezidi kürdlər, udinlər və digər azsaylı xalqlarda da belə sonluqla bitən soyadlar var. Sovet dövründə, ondan öncə udinlər ermənilər kimi “yan” sonluğu ilə qurtaran soyadlar daşıyırdılar. Udin İcmasının rəhbəri Alek Danaqari müsahibələrinin birində bildirib ki, onların emənilərlə heç vaxt bağlılığı olmayıb: “Bizi ermənilərlə yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa mənsub olmağımızdır.

 

Amma ermənilər xristianlığın qriqorian, biz isə katolik qoluna məxsusuq”. Alek Danaqarinin sözlərinə görə, Alban kilsəsinin hələ 1836-cı ildə Rus Sinodunun qərarı ilə Erməni kilsəsinə təhvil verilməsi udin xalqının məhvinə yönəlmiş bir addım olub: “Ermənilər tarixən bizə təziqlər göstəriblər. Onlar Alban kilsəsini erməni Qiriqorian kilsəsinə tabe etmək istəyirdilər. Bizim əlifbamızı, yazılarımızı da ermənilər məhv ediblər”.

 

90-ların əvvəllərində udinlər soyadlarındakı “yan” sonluğunu “ari” və “ov”, “yev”lə əvəz etməli oldu. Onlar “yan”dan imtina edib, yuxarıda qeyd etdiyimiz soyad sonluqlarını qəbul edirlər.
Sonda wordpress.com saytındakı “Правда об армении” bloqunda erməni soyadları ilə bağlı siyahı verilib və onları Sizlərə təqdim edirik.

 

Əvəzyan – (fars., ərəb.)
Ağacanyan – (türk.)
Ağaxanyan — (türk.)
Ağayan – (türk.)
Adilyan – (ərəb.)
Azadyan – (türk.)
Arazyan – (azərb.)
Aramyan – (fars.)
Arvandyan – (fars.)
Arzuyan – (fars.)
Əsədyan – (ərəb.)
Əsgəryan – (ərəb.)
Atabəyyan – (türk.)
Ataxanyan – (türk.)
Əfsəryan – (fars.) –
Ərşədyan – (ərəb.)
Ərşəkyan – (k.iran.)
Ahverdiyan – (ərəb., türk.)
Azaryan – (fars.)
Allahverdiyan – (ərəb., türk.)
Əhədyan – (ərəb.)
Əşrəfyan – (ərəb.)
Aşuryan – (fars.)
Ayazyan – (fars.)
Arslanyan – (türk.)
Əlixanyan – (ərəb.)
Əlibəyyan – (ərəb.)
Altunyan – (türk.)
Əzizyan – (ərəb.)
Atayan – (türk.)
Əbdülbəyyan – (ərəb.)
Qaraxanyan – (türk.)
Qəhrəmanyan – (fars.)
Qələndəryan – (fars.)
Köçəryan – (azərb.) Köçəri
Xanzadyan – (türk.)
Xosrovyan – (fars.)
Xudaverdiyan – (azərb.)
Şirinyan – (fars.)
Yüzbaşyan – (türk.)
Babayan – (fars.)
Bağıryan – (azərb.) Bağır , (ərəb.) Bəkir – öyrənən, dərk edən, şiə imamı Məhəmməd ibn Əlinin ləqəbi
Bəhramyan – (fars.)
Bəxşiyan – (türk.)
Badalyan – (ərəb.)
Bərxudaryan – (azərb.) Bərxudar, (fars.)
Beqlaryan – (türk.)
Bərbəryan – (ərəb.)
Bahaduryan – (fars.)
Vəziryan – (azərb.)
Qəribyan – (fars.-ərəb.)
Qulamyan – (ərəb.)
Dövlətyan – (fars.)
Davudyan – (ərəb.)
Dədəyan – (türk.)
Dəlləkyan – (azərb.)
Cəlalyan – (ərəb.)
Camalyan – (ərəb.)
Canbaxışyan – (fars.)
Canpoladyan – (fars.)
Dəmirçiyan – (azərb.)
Dostyan – (fars.)
Mailyan – (türk.)
Maqsudyan – (ərəb.)
Məlikyan – (ərəb.)
Ormanyan – (türk.)
Təvəkkülyan – (fars.)
Tumanyan – (türk.)
Ulubabayan – (türk.) “

 

“KarabakhİNFO.com”

 

 

06.01.2015 13:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*