Azərbaycanca

“Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.”

05.03.2013 | 17:57

 1362490928_turkey14 Zaur Qəriboğlu: “Bizim əsas işimiz sosial mediada fəal olmaqdır, informasiya müharibəsində uduzmamaqdır”

 

   Xəbər verildiyi kimi ötən həftə Azərbaycandan nümayəndə heyəti Türkiyədə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə iştirak ediblər. Nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, “KarabakhİNFO.com”  e-jurnalının baş redaktoru Zaur Qəriboğlu və digərləri olublar. Z.Qəriboğlu ilə görüşüb səfər təəssüratlarını öyrəndik.

 

  – Zaur müəllim, ötən illə müqayisədə bu il Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsində hansı aktivlik hiss olunurdu?

 

– Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbirlər çox geniş şəkildə təşkil olunmuşdu. Hətta dövlət dəstəyi də var idi. Bizim ilk tədbirimiz Ankarada Hava Kurumu Universitetində oldu. Bu tədbir yerli TRT telekanalından canlı olaraq yayımlandı. Orada çıxışlar oldu. Ardınca Xocalıya həsr olunmuş film və sərgi nümayiş olundu. Bu universitetdə dünyanın bir çox ölkəsindən tələbələr təhsil alır. Xocalı faciəsindən bəhs edən filmin nümayişindən sonra Ukraynadan olan bir tələbə qalxıb filmdən təsirləndiyini bildirdi. Suriyalı bir tələbə isə dedi ki, öz ölkəsində çoxlu erməni dostları var, amma bunlar barədə məlumatı yoxdur. O qeyd etdi ki, Suriyaya qayıdandan sonra erməni dostlarına bu faciəni törətdiklərini xatırldacaq.

Səhərisi gün Türkiyənin Qazi Universitetində konfrans keçirildi. Bu tədbir də Azərbaycanın İctimai televiziyası və Türkiyənin TRT AVAZ telekanalı vasitəsilə canlı yayımlanırdı. Eləcə də bir neçə türk dövlətləri ilə canlı bağlantılar yaradılırdı. Çünki həmin ölkələrdə də Xocalı tədbirləri keçirilirdi.

Biz həmçinin İstanbulda Koç Universitetində görüşlər keçirdik. Ümumiyyətlə, biz bir gündə bir neçə görüşlər keçrirdik. Bütün keçirdiyimiz tədbirlərdə Xocalı soyqırımı haqqında məlumatlar verirdik. Eyni zamanda Azərbaycandan apardığımız kitablar, eləcə də “KarabakhİNFO.com”-un  hazırladığı broşurlar paylanıldı.

 

  – Məlum olduğu kimi Türkiyə Böyük Millət Məclisində Xocalıyla bağlı dinləmələrdə iştirak edibsiniz. Dinləmələr necə keçdi?

 

– Bu dinləmələrdə MHP-dən Sinan Oğan, AKP-dən Nejdat Önver, və bir də CHP-dən Ali Özgündüz bütün dünya ictimaiyyətini Xocalıda Ermənistan dövlətinin törətdiyi soyqırıma ədalətli qiymət verməyə çağırdılar.

 

"Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır."     – Bəs, fərdi görüşləriniz oldumu?

 

– Mən İstanbulda “Türksolu” qəzetinin və “Gənc türklər” dərnəyinin rəhbəri ilə görüşdüm. Solçu olsalar da onlar kommunizm təfəkkürlü gənclər deyil. Çox milli düşüncəli gənclərdirlər. Dərnəyin “Bir millət iki dövlət, tək ürək” devizi ilə çap olunan  “Türksolu” adlı qəzeti çap olunur. Onların qəzeti ilə “KarabakhİNFO.com” arasında əməkdaşlıq haqqında anlaşmamız oldu. Qeyd edim ki, İstanbulda Xocalı ilə bağlı keçirilən yürüşün əsas hissəsi bu dərnəyin gənclərindən ibarət idi. Bu yürüşü ancaq türklər təşkil edib. Həmin yürüşdə on minlərlə gənc iştirak edib.

Mən İstanbuldakı görüşlərimi bitirib Kayseriyə getdim. Kayseridə Kilim Sosial Bilimlər Liseyində görüşlərimiz oldu.  Haradasa 300-400 müəllimin iştirak etdiyi görüş idi. Orada bizim əməkdaşımız Qafar Çaxmaqlı və mən çıxış etdik. Qarabağ problemlərindən danışdıq. Müəllimlər bizi çox yüksək səviyyədə qəbul etdilər. Sonda lisey müdiri Mustafa Kışam bizə xatirə hədiyyəsi təqdim etdi.

Daha sonra mənim Qafar müəllimlə Kayseridə Eyvan Kültür Dərnəyində görüşümüz oldu. Onların “Bizim eyvan” adlı jurnalı var. Həmçinin bu dərnəklə “KarabakhİNFO.com” arasında anlaşma oldu. Ayrıca Kayseridə bizim qəzetçilər və yazarlarla görüşümüz oldu. Onlarla Qarabağla bağlı müzakirələr apardıq.

Bu görüşlərdə Azərbaycan ədəbi mühitində yaxşı tanınan İmdad Afşar da iştirak edirdi. İmdad bəyin və orda tanış olduğumuz bir çox müəlliflərin bu yaxınlarda “KarabakhİNFO.com”da  yazıları gedəcək.

 

 "Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır."   -Ötən həftə Ankarada ermənilərin Xocalı stendlərini dağıtmasını müşahidə etdik. Sizin iştirak etdiyiniz tədbirlərdə bu cür hallar yaşandımı?

 

-Bəli, biz də belə bir halnan rastlaşdıq. Biz İstanbulda Memar Sinan Universitetində bir konfrans təşkil etmişdik. Səhər saatlarında biz həmin tədbirə getdik. Amma o tədbirmiz baş tutmadı. Buna da səbəb tədbirdə “Solçular” adı altında iştirak edən ermənilər oldu. Onlar ayağa qalxaraq “Türk, azəri-bunlar qardaşdır” deyib və bizdən tədbiri təxirə salmamızı tələb etdilər. Bundan sonra türk tələbələri ilə onlar arasında qarşıdurma baş verdi. Bir-birini döyüb və təhqir etdilər. Qənirə xanım bu qarşıdurmanın dərinləşməməsi üçün dedi tədbir təxirə salınır. Həqiqətən də biz təbirimizi təxirə saldıq. Qeyd edim ki, bizim oradan çıxışımız çox çətin oldu. Polislər bizi tamam heç kimin görmədiyi yollarla ordan çıxartdılar ki, hücuma məruz qalmayaq.

Bizim bir neçə saat sonra İstanbul Universitetində görüşümüz oldu. Həmin görüşü silahlı polislər müşaiyət etdi. O tədbirimiz də geniş oldu. Mən də orada çıxış etdim.    Qeyd etdim ki, bu gün dünya çox kiçilib sosial şəbəkələrə sığınıb. Bildirdim ki, türk milləti çox olsa bu məsələdə zəifdir. Amma kiçik saylı erməni sosial şəbəklərdə, informasiya müharibəsində bizə qalib gəlməyə çalışır. Orada türk gəncliyindən xahiş etdim ki, burada necə həmrəylik etdilərsə, sosial şəbəkələrdə, başqa internet resurslarında belə həmrəylik nümayiş etdirək. Orada bizim “KarabakhİNFO.com”-a çox böyük maraq oldu. Yeri gəlmişkən, mən danışmışam, biz bu ay yəqin ki,  “KarabakhİNFO.com”-un türk versiyasını da işə salacağıq.

Qeyd edim ki, mən bu tədbirdə türk gəncliyinin milli ruhunu gördüm və qürur duydum. Tədbir başa çatandan sonra biz çıxanda universitetin tələbələri bizi dövrəyə almışdılar. Hamısı yüksək səslə “Qarabağ bizimdir, bizim də olacaq” şüarlarını səsləndirirdilər.

Ümumilikdə götürəndə səfər səmərəli oldu. Bir həftə ərzində üç şəhərdə çoxsaylı görüşlər keçirmək çətin olsa da, amma bunu etmişik. İnanıram ki, bu görüşlərin nəticəsi olacaq. Amma yenə deyirəm, bizim əsas işimiz sosial mediada fəal olmaqdır. İnanıram ki, informasiya müharibəsində Azərbaycan-Türkiyə gəncliyi həmrəy olacaq. Yəni mən orada bu həmrəyliyi gördüm. Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır. Əgər belə düşünə bilsək və bu düşüncə ilə addım ata bilsək, tezliklə Qarabağımızı geri qaytara biləcəyik. Bir milyondan çox qaçqın və məcburi köçkünlərimiz öz yurduna dönəcəklər.

 

 

Fuad Hüseynzadə

 

KarabakhİNFO.com

 

"Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.""Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır."

"Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.""Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.""Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.""Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.""Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.""Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.""Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.""Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.""Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır.""Türk gəncliyi üçün türk dövlətlərinin sərhəddi olmamalıdır."

 

 

05.03.2013 17:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*