Azərbaycanca

Türk nifrəti ilə yaşayan ermənilər Ərdoğanın Azərbaycana səfərindən narahatdırlar

03.09.2014 | 18:28

10656380_630094600437360_1851791418_nMəlum olduğu kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-dən etibarən Azərbaycan Respublikasında rəsmi səfərdədir.

 

Türkiyə prezidentinin Azərbaycana səfəri barədə Azərbaycan – Türkiyə parlamentlərarası İşçi Qrupun üzvü, millət vəkili Asim Mollazadə “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına açıqlamasında bildirdi ki, Azərbaycan-Türkiyə düsturu ilə öz əməkdaşlığını davam etdirir.

 

R.T.Ərdoğanın Azərbaycana səfər etməsi ölkəmiz üçün çox önəmlidir: “Bu gün Azərbaycan Türkiyə ilə birlikdə Avropanın enerji təhlükəsizlik sistemini formalaşdırır və bu əməkdaşlıq bütün türk dünyasının yüksək göstəricisidir”.

 

 

Türkiyədə hakim kürsüyə seçilən şəxslərin ilk olaraq Azərbaycana səfər etməsi barədə millət vəkili qeyd etdi ki, bu artıq ənənəyə çevrilib: “Onun gəlişi ilə Azərbaycan-Türkiyə dostluğu daha da möhkəmlənəcək”.

 

 

A.Mollazadə onu əlavə etdi ki, türk nifrəti ilə yaşayan ermənilər Türkiyə prezidentinin Azərbaycana səfərindən narahatçılıq hissi keçirirlər. Onların narahatlığı başa düşüləndir. Çünki ermənilər və erməni diasporası Azərbaycan -Türkiyə birliyini heç vaxt qəbul etməyib.

 

Sərhədlərinlərin açılıb-açılmayacağı məsələsinə gəlincə isə millət vəkili bildirdi ki, R.T.Ərdoğan baş nazir olduğu müddət ərzində belə Türkiyə-Ermənistan sərhədlərinin Azərbaycan torpaqlarının işğaldan azad olunmayana qədər açılmayacağını bəyan edib: “Düşünürəm ki, Türkiyə rəsmisi eyni mövqədə qalır”.

 

 
Günel Cəlil
“KarabakhİNFO.com”

03.09.2014 18:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*