Azərbaycanca

TÜRKİYƏ-AZƏRBAYCAN-GÜRCÜSTAN MÜNASİBƏTLƏRİNDƏ ERMƏNİSTAN FAKTORU

15.03.2012 | 11:18

1337061754_haluk-selviDos. Dr. Haluk SELVİ

Sakarya Üniversiteti Türk-Ermeni münasibətləri araşdırma Mərkəzinin müdürü, Təhsil-Ədəbiyyat Fakultəsi Tarix kafedrasının müəllimi

I yazı

 

Qafqazda sabitliyin təmin edilməsi və etibarlı bir gələcəyin yaradılması baxımından bölgə ölkələrinin bir-birləri ilə əlaqələri olduqca əhəmiyyətlidir. Bu əhəmiyyət, xüsusilə Sovetlər Birliyinin dağılmasından sonra daha da artmış və keçən 15 il boyunca da bölgə ölkələrinin ən əhəmiyyətli narahatlıq problemi halına gəlmişdir. Sovetlər Birliyinin dağılması, Qafqazda yeni müstəqil respublikaların qurulmasının və bu ölkələrin bir-birləriylə və qonşu ölkələrlə əlaqələr içərisinə girmələrinin mühitini də yaratmışdır. Qaradənizdən Xəzər Dənizinə kimi uzanan və Cənub Qafqaz kimi adlandırılan bölgədə üç respublika, Azərbaycan, Gürcüstan və Ermənistan iştirak etməkdədir. Türkiyə şimal-şərq sərhədini meydana gətirən bu respublikalarla müstəqilliklərini elan etdikləri gündən etibarən əlaqələrini inkişaf etdirmə yolunu izləyərək bölgədə barış və dincliyin təmin edilməsi üçün səy göstərmişdir. Qafqazda Gürcüstan coğrafi mövqeyi, Azərbaycan iqtisadi potensialı, təbii zənginlikləri və əhalisinin çoxluğu səbəbiylə, Ermənistan isə Rusiya ilə təsis etdiyi hərbi əməkdaşlıq və bölgədə oynadığı həll edici rolu səbəbiylə strateji əhəmiyyət ifadə etməkdədirlər. Cənub Qafqaz, Sovetlərin dağılmasından sonra Şərq ilə Qərbi birləşdirən ən əhəmiyyətli koridor kimi gündəmə gəlmişdir. Ayrıca bölgə həm zəngin neft və təbii qaz qaynaqlarına malikdir, həm də Xəzər hövzəsində olan zəngin qaynaqların qərb bazarlarına çatdırılmasında tranzit rolunu oynamaqdadır. Bu səbəbdən beynəlxalq rəqabətin ən sıx yaşandığı bölgələrin başında heç şübhəsiz Qafqaz gəlməkdədir. Lakin bölgədə həm Türkiyə, həm Azərbaycan və həm də Gürcüstan üçün təhlükəsizliyi təhdid edən və davamlı narahatlıq qaynağı olan bir dövlət var: Ermənistan… Ermənistan, bölgə ölkələri üçün nə üçün bir təhdid mənbəəyi rolunu oynamaqdadır? Qafqazda meydana gələn hadisələri nəzərdən keçirmək bu problemin cavablandırılmasında bizə işıq tutacaq.

Birinci Dünya Döyüşü sona çatarkən Qafqazdakı rəqabət hələ nəticələnməmişdi. Bu illərdə dünyanın bilinən ən əhəmiyyətli neft yataqlarının yerləşdiyi Bakıdakı nefti ələ keçirmək üçün davam edən bu mübarizədə, zamanın ən güclü dövlətlərindən olan Britanya İmperatorluğundan başqa Bolşevik rəhbərliyi, Osmanlı Dövləti və Almaniya da yer almışdı. 1917 – ci ildə Bolşevik inqilabının Qafqaz baxımından yaratdığı ümid Bolşeviklerin Ağ Ordu ilə apardıqları mübarizədə müvəffəqiyyət qazanmaları məsələyə yeni bir ölçü qazandırmışdı.

Gürcüstanda Menşeviklər, Ermənistanda Daşnaq Hərəkatı, Azərbaycanda Müsavat Partiyası liderliyində 1918-ci ildə müstəqillik elanları bir-birinin ardınca baş verdi. Bu dövlətlərin müstəqillik

dövrlərində aralarında bəzi problemlər yaşandı. Ermənilər, Qarabağ Bölgəsinin və Gürcüstanda Ermənilərin əhali baxımından kompakt olaraq yaşadıqları bölgələrin özlərinə aid olduğunu iddia etdilər. Hətta Ermənistan rəhbərliyi, 1 İyun 1918 – ci il tarixində yayımladığı bir bəyanatda Gürcüstanda Ermənilərin yaşadığı bölgələrdə(xüsusilə Cavaxetiyada) Ermənistan hökumətini ən yüksək və yeganə hakim olaraq elan etdi. Ermənistanın ilk fürsətdə Qarabağ və Cavaxetiya bölgələrini işğal etmək istəyəcəyini qabaqcadan görmək mümkün idi. Azərbaycanın müstəqillik illərində erməni silahlıları Qarabağ, Zəngəzur, Naxçıvan və Gəncədə silahlı şəbəkələr vasitəçiliyi ilə qırğınlar törədirdi. Ermənistan, Osmanlı Dövlətinə qarşı da beynəlxalq tədbirlərdə iştirak edərək İngiltərə və ABŞ – ın dəstəyiylə Şərq Anadoluda Böyük Ermənistanın qurulması üçün

fəaliyyət göstərirdi. Bu tarixlərdə İran və Rusiya da İngiltərə kimi Qafqaz ilə yaxından maraqlanır, ortaya çıxan yeni vəziyyətdən öz mənfəətləri üçün istifadə etməyə çalışırdı.

Lakin Cənub Qafqazda müstəqillik dövrü çox uzun sürmədi, Qırmızı Ordunun Ağ Orduya qarşı mübarizədə müvəffəqiyyət qazanmasından sonra Bolşevikler Bakı və Tiflisdə 1920 – ci ildə, İrəvanda isə 1921 – ci ildə hakimiyyəti ələ keçirdilər. 1922 –  ilin dekabr ayında bölgə Sovet Federal Sosialist Respublikaları adı altında birləşdirildi. 1936-cı ildə isə bu federasiya yerini Sovetlər Birliyi içində respublika statusuna sahib ayrı vahidlər kimi yenidən formalaşdırılan Azərbaycan, Ermənistan və Gürcüstan respublikalarına buraxdı.

Sovet dövründə, Ermənistan ilə Azərbaycan arasındakı Qarabağ bölgəsinin kimə aid olması ilə bağlı baş verən anlaşılmazlıqdan sonra 1921 – ci ilin iyununda Qafqaz Xalq Komissarlığı Qarabağın Ermənistan ilə birləşməsi ilə bağlı münasibət bildirmiş, lakin bu qərar daha sonra təsdiq edilməmiş və 1923-cü ildə bu ərazinin Azərbaycan Respublikası içərisində muxtar vilayət kimi qalması qərara alınmışdır.

Gürcüstanda Sovet Hökuməti qurulduqdan sonra üç muxtar vilayət yaradılmışdı: Abxaziya, Acaristan və Cənub Osetiya. Bundan başqa Axalkələk və Cavaxetiya muxtar vilayətləri də bu respublikanın tərkibində idi. Axalkələk və Axalçikdə yaşayan Müsəlmanların bur çoxu Bolşeviklerin təzyiqlərinə dözə bilməyərək Türkiyəyə köçməyə başladı. Bu vəziyyət bölgədə ermənilərin etnik olaraq əksəriyyət təşkil etmələrinə gətirib çıxardı.  Bölgədəki Axıska Türklərinin köçürülməsi ermənilər tərəfindən də dəstəklənirdi. Ahıska Türkləri 60 ildir apardıqları mübarizəyə baxmayaraq ana vətənlərinə qayıda bilmirlər.

Qafqazdakı etnik qarşıdurmaların ən böyük səbəbi Çar Rusiyasının Qafqazda tətbiq etdiyi “böl, paçala və hökm et” siyasətinin Sovetlər Birliyi tərəfindən də eyni şəkildə tətbiq olunmasıdır. 1917 – ci ildə baş vermiş Bolşevik inqilabından sonra Qafqaz xalqlarını süni bir şəkildə bölən və aralarına sərhədlər qoyan və ayrı – seçkilik yaradan Sovet hökuməti Qafqaz xalqları arasındakı etnik qarşıdurmaları da durmadan qızışdırmışdır. Çar Rusiyasından sonra SSRİ – nin də dağılmasına baxmayaraq, Rusiya Federasiyası dövründə də Rusiyada XVII. əsrdən etibarən özünü göstərən və isti dənizlərə çıxmaq siyasətini özündə ehtiva edən və hər dövrdə fərqli formalarda özünü biruzə verən Rus xarici siyasətinin əsas məqsədinin qətiyyən dəyişmədiyi məlum olur. Rusiya bu gün Cənub Qafqazda saxladığı hərbi komplekslərlə öz varlığını saxlamağa çalışır. Ruslar bu hərbi komplekslərlə əsasən ermənilərlə işbirliyi qururlar.  Xüsusilə Gürcüstandakı ermənilər bu bölgədəki hərbi komplekslərin varlığını özlərinin gələcəkləri baxımından bir təhlükəsizlik mənbəəyi kimi qəbul edirlər. Bu bölgədən Rus hərbi komplekslərləriunin ləğv edilməsi Ermənistanı qonşuları ilə daha real əlaqələr qurmağa məcbur edəcək.

Ermənistan, müstəqillik qazanandan sonra bu günə kimi xaricdə yaşayan ermənilərin yardımları ilə yaşayır.  Erməni diasporunun göstərmiş olduğu möhkəm həmrəylik, milli ideologiyaları olan ənənəvi Haydat (Ermənilərin İddiası) anlayışına söykənməkdədir. Haydatın XIX. əsrin sonlarında və XX. əsrin əvvəllərində Ermənistanın xaricdəki diasporası tərəfindən yaradılan, qəti dəyişməz əbədi milli məqsədlər kimi mənimsənən üç əsas məqsədi vardır:

1- Tarixi Erməni torpaqlarının geri alınması və Birləşmiş Ermənistan milli dövlətinin, II. Tigran (MÖ. 95-55) zamanındakı Ermənistanın qurulması,

2- Dünyanın müxtəlif bölgələrinə dağılmış Erməni xalqının həmin adları çəkilən torpaqlara geri qayıtması,

3- İctimai dövlətin qurulması

Ermənistan xaricdəki diaspor təşkilatları sıx əməkdaşlıq şəraitində yaşasa da,  daxili siyasətində diasporn partiyaları ilə bəzi böhranlar və qarşıdurmalar yaşamaqdadır. Qısa müddət ərzində Azərbaycan, Türkiyə və Gürcüstan ilə yeni ixtilaflar yaşayan Ermənistan Respublikası, ona iqtisadi və siyasi dəstək təmin edən diaspor ilə də bəzi problemlər yaşamışdır. Aclıq, köç və səfalətin günü – gündən yüksəldiyi Ermənistanda bu baş verənlər daxili siyasətə öz təsirini göstərir. 1991-ci ildə iqtidara gələn Ter Petrosyan, daşnaqlar və Qarabağ klanı tərəfindən iqtidardan uzaqlaşdırılaraq yerinə 20 Mart 1997 – ci il tarixində Robert Köçəryan iqtidara gətirildi. Köçəryan vəzifəyə gələn kimi, İrəvan rəhbərliyinin diaspor lobbiləriylə əlaqəsini təmin edən ən əhəmiyyətli təşkilat olan daşnaqlara qoyulan qadağaları qaldırdı. Bu addımı ilə Köçəryan, Ermənistan ilə Dağlıq Qarabağ və dünya Erməniləri arasında zəifləmiş olan əlaqələrdən başqa, Erməni milli mənfəətləri məsələsində

birgə hərəkət meyllərini də gücləndirdi. Daşnaksutyun təkrar qanuniləşməsindən etibarən Köçəryanın ən sadiq dəstəkçilərindən birinə çevrilib. Müasir Ermənistanda diasporun istəkləriylə ziddiyyət təşkil edən bir hökumətin iqtidarda qalması olduqca çətindir.

Erməni diasporunun meydana gətirdiyi Erməni lobbisi siyasi gücünü Ermənistandan xaricdə – ABŞ – da, Rusiyada, Fransada, Gürcüstanda, İranda, Suriyada və başqa bir çox ölkədə təsirli bir şəkildə istifadə etməkdədir. Ermənistan bu rahatlığından istifadə edərək regiondakı qonşuları ilə münasibətlərini düzəltmək məsələsində laqeydlik göstərir. Bəzi ölkələrin, xüsusilə İranın, Çinin və Rusiyanın Ermənistan ilə strateji əməkdaşlığı inkişaf etdirmələrinin və ona etdikləri köməklərin arxasında dayanan məqsədlərindən biri də Avropa və Amerikadakı Erməni lobbilərindən faydalanmaqdır.

Erməni lobbiləri, Ermənistan ilə yaxşı əlaqələr qurmuş olan ölkələrin mənfəətlərini  qoruyacaq fəaliyyətlər da göstərirlər. Lap əvvəldən bölgədəki strategiyasını Rusiya ilə əməkdaşlıq üzərində quran, Qafqazda və Şərq Anadoluda rus kaloniyası halına gələn Ermənistan, buna baxmayaraq Qərb ilə də əlaqələrini inkişaf etdirməyə səy göstərir. Ermənistan, Rusiya ilə təmin etdiyi hərbi-strateji əməkdaşlıq ilə bölgədə əhəmiyyətli torpaqları işğal etmiş və əhalinin sayı yarışında Rusiya lehinə qazanclar təmin etmişdir. İran ilə inkişaf etdirilən iqtisadi və ticari fəaliyyətlər ilə də iqtisadi açılmaları təmin edərkən digər tərəfdən ənənəvi Türkiyə əleyhdarı siyasətləriylə Yunanıstan və Suriya ilə də əlaqələrini inkişaf etdirməyə çalışmışdır.

Bu gün Ermənilərin siyasi düşüncəsində hakim olan düşüncə, Türklər üçün nə pisdirsə, Ermənilər üçün o, yaxşıdır düşüncəsidir. Beynəlxalq əlaqələrin naməlumluqlarla dolu olduğu və durmadan dəyişən dünyada iki ölkənin qonşu olduğu və qonşu qalacağı bir regionda, Ermənistan ilə Türkiyənin ortaq mənfəətləri olmadığını və ya ola bilməyəcəyini düşünmək bir qədər çətindir. Əgər Türkiyə ilə normal diplomatik və iqtisadi əlaqələr qurmaq, Ermənistan üçün uyğundursa, ki uyğundur, ermənilər o zaman hansı addımları atmalıdır? Ermənistan – Tükiyə əlaqələrinin düzəlməsi, Azərbaycanın erməni iqtisadiyyatını sıxışdırıb boğmaq siyasətinə söykənən, müzakirələrdəki dəyişməz rəftarını zəiflədəcəkdirmi? Türkiyə ilə Ermənistanın əlaqələrinin normallaşması, Ermənistanın Xəzər Dənizindəki hidrokarbon ehtiyatlarını başqa ölkələr çatdıran bir tranzit ölkə halına gəlməsini asanlaşdıracaq. Erməniləri Türklər əleyhinə hərəkət etməyə təşviq edən “Erməni tərəfdarı” ölkələrin əksəriyyəti, boru xəttinə özlərinin hakim olmaları üçün rəqabət aparırlar. Bu ölkələrin hədəfləri Azərbaycanın ehtiyatlarını inkişaf etdirməsinə və zənginləşməsinə mane olmaq yox, əksinə Azərbaycanı bu yöndə daha da təşviq edərək bu zənginlikdən öz paylarını almaq istəmələridir. Həm Ermənistan ilə Türkiyə, həm də Ermənistan ilə Azərbaycan arasındakı problemli münasibətlər, Ermənistanın boru xətti sistemində iştirak etməsini və boru xəttinin ümumiyyətlə cənub Qafqazdan keçməsini çətinləşdirəcək amillərdəndir.

Ermənistanın regiondakı yanlış rəftarı bu ölkənin gerçəklərini tanımayan diaspor

Erməniləri və daşnaqların iqtidara gətirdiyi, Ruslar tərəfindən də dəstəklənən Köçəryanın ( və eyni zamanda Serj Sərkisyanın) səhv siyasətləri nəticəsində ortaya çıxmışdır və bu vəziyyət bütün Qafqazın təhlükəsizliyinə təsir etdiyi kimi xarici qüvvələrin də regionda söz sahibi olmalarına şərait yaratmaqdadır. Koçaryan onun siyasətini tənqid edən ölkə içərisindəki müxalifət qarşı təzyiq və təqiblərə start vermiş və özünə qarşı Gürcüstandakı kimi bir inqilab ediləcəyindən narahatlıq keçirməyə başlamışdır.

Ermənistan dövlət başçısı Robert Köçəryan bu narahatlığını aradan qaldırmaqdan ötrü, 15-17 May 2004 – cü il tarixləri arasında Rusiyaya rəsmi ziyarətə gedərək siyasi dəstək istəmişdir. Ermənistanın bölgə siyasəti araşdırılanda, Azərbaycan ilə müharibə vəziyyətində olduğunu (hər nə qədər  1994 – cü ilin mayında atəşkəs razılaşması imzalanıbsa da) iqtisadiyyatda və nəqliyyatda yaşadığı problemlər səbəbindən Gürcüstan ilə yaxşı qonşuluq əlaqələri qurmaq istəsə də Cavaxetiya problemini önə çıxardığını, Türkiyə ilə tarixi düşmənliyini davam etdirdiyini, buna qarşılıq İranla çox yaxşı iqtisadi və siyasi əlaqələri olduğu görülməkdədir. İran, Orta Asiya və Qafqaz bölgəsini öz təhlükəsizlik hövzəsi kimi qəbul edir. Bölgədə meydana gələn bütün prosesləri yaxından izləməkdə və beləcə nüfuz dairəsini genişləndirmək istəməkdədir. Türkiyə- Azərbaycan-Gürcüstan və Amerika Birləşmiş Ştatlarından ibarət olan ittifaqa qarşı İran, Rusiya- Ermənistan cərgəsində öz yerini alıb ki, bu cərgədə bəzən Çin və Yunanıstan da görünməkdədir.

Rusiyanın Ermənistan ilə bir başa sərhədi olmasa da, müstəqillikdən sonra Ermənistan hökuməti yenə də ənənəvi Rusiya siyasətindən imtina etməmişdir.

I yazının sonu….

Tərcümə etdi: Oktay Hacımusalı

 

15.03.2012 11:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*