Azərbaycanca

Türkiyə-Ermənistan münasibətləri müasir dövrdə

30.09.2013 | 16:29

1380542510_777Məlum olduğu kimi, Ermənistan Respublikaçılar Partiyasının lideri və Ermənistanın baş naziri Andranik  Markaryan 25 mart 2007-ci ildə ürək çatışmazlığından dünyasını dəyişdi. Bu zaman Müdafiə Naziri vəzifəsini icra edən Serj Sarkisyan Respublikaçılar partiyasının liderliyinə yüksəlmiş və dövlət başçısı olmaq şanslarını artırmışdır.12 may 2007-ci ildə Ermənistanda parlament seçkiləri zamanı Sarkisyan Respublikaçılar Partiyasının səslərinin 23,5%-ni və parlamentdəki 131 mandatın 40-nı qazanmış olsa da heç bir partiya tək başına səs çoxluğuna nail ola bilməmişdir. Bu səbəblə Respublikaçılar partiyası, Hüquqların Üstünlüyü Partiyası və Daşnaqsütyun partiyası tərəfindən təşkil olunan koalisyon hökuməti Serj Sarkisyanın rəhbərliyi ilə 21 aprel 2008-ci ildə öz fəaliyyətinə başlamışdı. Qeyd edək ki, Sarkisyan da Koçaryan kimi Qarabağ ermənisidir və 80-90-cı illərdə Qarabağ müharibəsində aktiv rol oynamışdır. Koçaryanın yaxın dostu olan Sarkisyan da Qarabağ və Türkiyə-Ermənistan münasibətlərinə yanaşmada oxşarlığı ilə diqqəti cəlb edir. Sarkisyan baş nazir postunda öz vəzifəsini icra etdikdən sonra prezident seçkilərində də iştirak etmək istəyini açıqlaması siyasi arenada bir mənalı qarşılanmadı. 2007-ci ildə Türkiyə Cümhuriyyətinin Prezidenti Abdulla Gülün Azərbaycana səfəri çərçivəsində ölkə başçısı İlham Əliyevlə görüşü zamanı türk və Azərbaycan diasporları arasındakı yaxınlaşmanın zəruriliyini və Qarabağla bağlı aparılan danışıqların sülh yolu ilə ədalətli həlli müzakirə predmetinə çevrildi.Türkiyə-Ermənistan münasibətləri müasir dövrdə Müzakirələrdə xüsusilə, hər iki ölkə başçısı Ermənistan rəhbərliyinin yürütdüyü destruktiv fəaliyyətin nəticəsi olaraq regionun ən böyük layihələri olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttlərindən kənarda qalması məsələləri müzakirə edilmişdir. Səfər başa çatdıqdan dərhal sonra, 17-20 dekabr tarixində İrəvanda Ermənistan Respublikası Xarici Əlaqələr Komitəsi tərəfindən “Ermənistan-Türkiyə əlaqələri: problemlər və gözləntilər” başlıqlı bir konfrans düzənləndi. Konfransda uzun müddətdir bağlı qalan Türkiyə-Ermənistan sərhədlərinin açılması və uzun illərdir Türkiyənin “soyqırımı” qurbanlarına təzminat ödəməsi kimi tələblər irəli sürüldü.  2008-ci ildə bir çox türk qəzetlərində Ermənistanın terror təşkilatı PKK-nı dəstəklədiyi istiqamətində maraqlı iddia irəli sürüldü. Bu iddiaya görə, Türkiyə terror təşkilatının  Şimalı İraqdakı dəstələrinə zərbə endirdiyi təqdirdə, PKK təşkilatın bir hissəsinin Qarabağa yerləşdirməyə və əməliyyatları Ermənistanın dəstəyi ilə bu ərazilərdən idarə olunmasına qərar verildi. 19 fevral 2008-ci ildə Ermənistanın eks – prezidenti Levon Ter-Petrosyan ilə hazırkı prezident Serj Sarkisyan arasında prezidentlik uğrunda gərgin kompaniya başlandı. Seçkilərdə Sarkisyan qələbə qazansa da müxalifət seçkilərin qeyri-legitimliyini irəli sürdü. Seçkilərdən sonra Ter-Petrosyanın tərəfdarları meydanlara axışmış, ölkəni mitinq dalğası bürümüşdü. Qarşudurma polis tərəfindən yatrılarkən, 8 nəfər qətlə yetirilmişdir. Nəticədə, 9 apreldə Ermənistan prezidenti olaraq Sarkisyan öz vəzifələrini icra etməyə başladı və yeni hökumətə Tiqran Sarkisyanın təyin edilməsi ölkədə çaşqınlığa səbəb oldu. Qeyd edək ki, Tiqran Sarkisyan bu posta gətirilməzdən əvvəl Ermənistan Mərkəzi Bankının sədri vəzifəsini icra etmişdir. Onun hər hansı siyasi təcrübəsinin olmaması da diqqətdən kənarda qalmamışdır.

 Türkiyə-Ermənistan münasibətləri müasir dövrdə  Prezident seçkilərindən sonra yeni yaranmış hökumətin Türkiyə ilə bağlı siyasəti dəyişilməz qaldı. Hətta 24 apreldə İrəvanda keçirilən mitinq bu gözlənilənləri alt-üst etdi. Ancaq qısa müddətdən sonra Sarkisyan həmkarı Abdulla Gülü 2010 Dünya çempionatı Seçmə turu çərçivəsində 6 iyul tarixində İrəvanda keçirilən Ermənistan-Türkiyə futbol oyununu izləməyə dəvət etdi. Əslində, Sarkisyan bu addımı atmaqla 3 əsas məsələyə diqqəti çəkmək istəyirdi. Birincisi, prezident seçkiləri prosesi uzun müddətli olması nəticəsində yaşanan gərginlik, eyni zamanda seçkilərdən sonra müxalifətin güc yolu ilə müqavimətinin zəiflədilməsinin dünya dövlətləri tərəfindən tənqid olunması; ikincisi, iki nəhəng beynəlxalq təşkilatın erməni “soyqırımı” iddiaları və Qarabağ problemi ilə bağlı qərarlar qəbul etməsidir. İlk qərar 14 martda BMT-nin Baş Assambleyasında atılmışdır və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, bir milyondan artıq məcburi köçkünün öz ev-eşiklərinə dönməsi və Qarabağ məsələsinə Minsk Qrupu tərəfindən bir çözüm tapılması tələb edilmişdir. Ermənistan hökumətini narahat edən ikinci məsələ digər beynəlxalq təşkilat-ATƏT-in Parlament Assambleyasının qəbul etdiyi qərarlardır. 29 iyun -3 iyultarixləri arasında Qazaxıstanın paytaxtı Astanada keçirilən ATƏT-in Parlament Assambleyasının 17-ci sessiyasında qərara alınan sənəddə “soyqırımı” olduğu iddia edilən olayların, ancaq arxiv sənədləri əsasında tarixçilər tərəfindən araşdırılması bildirilmiş, beləliklə Türkiyənin 1915-ci ildə baş verən hadisələrin birgə komissiyalar tərəfindən araşdırılması təklifi dəstəklənmişdir.

Taleh Cəfərov

 

“KarabakhİNFO.com”

30.09.2013 16:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*