Azərbaycanca

Türkiyə girov işinə qarışdı (VİDEO)

05.02.2015 | 16:02

 

girov

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi Türkiyə Böyük Millət Məclisində müzakirə olunub

 

 

“KarabakhİNFO.com” beynəlxalq  elektron jurnalının ANS PRESS-ə istinadən  məlumatına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldan seçilən deputatı Əli Özgündüz parlamentin tribunasından çıxış edərək, Türkiyənin bu məsələdə Azərbaycana kömək etməsinin vacibliyini söyləyib.

 

O bildirib ki, keçən ilin iyun ayında Azərbaycanın işğal edilən torpaqlarından olan Kəlbəcər rayonuna analarının məzarlarını ziyarətə gedən 3 yurddaşımızın biri ermənilərin işgəncəsi nəticəsində öldürülüb, qondarma məhkəmə ilə Dilqəm Quliyevə ömürlük, Şahbaz Əsgərova isə 22 il cəza kəsilib.

 

 

İndi bu məsələ Azərbaycan üçün çox önəm daşıyır. Biz bir millət iki dövlət deyirik. Əgər həqiqətən də bir millət sayılırıqsa, 2 nəfər qondarma məhkəmə ilə mühakimə oluna bilməz. Bu məsələ ilə əlaqədar dünən Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Türkiyənin Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin birgə təşkilatçılığı ilə (ASİM-DER) Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda öz yaxınlarının qəbirlərini ziyarət etməyə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Ankaradakı ofisi önündə etiraz aksiyası keçirilib və açıqlama verildi, bu məsələnin insan hüquqlarına zidd olduğu qeyd olundu.

 

 

Millət vəkili söyləyib ki, Türkiyə Xarici İşlər Nazirliyinin bu məsələ ilə ciddi maraqlanması lazımdır. Yəni sadəcə, sözdə deyil, əməldə də qardaşıqsa, Azərbaycana kömək etməliyik. Bunun üçün XİN-nin imkanları var. Hamımız bilirik və BMT-nin də qərarları var ki, ora işğala məruz qalan Azərbaycan torpaqlarıdır. Öz anasının məzarını ziyarətə gedən kişilərə uydurma məhkəmə ilə cəza verilib. İki qardaş türk əsirimizin Ermənistan həbsxanasından çıxması, onların sərbəst buraxılması və ölkələrinə sağ-salamat qaytarılması üçün Türkiyə hökumətinin üzərinə önəmli iş düşür.

 

 

Ə.Özgündüz kürsüdə əyləşən XİN rəhbərinə müraciət edərək deyib: “Cənab nazir, siz öz vasitənizlə beynəlxalq təşkilatlara müraciət edin. İnsan hüquqları ən bəsit halda pozulduqda dünya ayağa qalxır, amma bizim dünyanı ayağa qaldırmağımız lazımdır. Azərbaycan bizi böyük qardaş sayır. Biz Azərbaycanı bu məsələdə yalnız buraxmamılıyıq. Əgər Azərbaycanın sevinci sevincimiz, kədəri-kədərimizdirsə, bu gün Azərbaycan kədərdədir. Bu gün Quliyevin, Əsgərovun ailələri kədərdədir. Həsən Həsənov işgəncə nəticəsində rəhmətlik olub, Allah ona rəhmət etsin. Biz hökumətimizi bu məsələdə fəaliyyətə dəvət edirəm. Parlamentimizdəki iqtidar, müxalifət nümayəndələrimizin gur səslə “Azərbaycanın yanındayıq, qardaşlarımızın haqlı tələbini dəstəkləyirik” deməsini tələb edirəm.”

 

 

Xatırladaq ki, fevralın 4-də Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Türkiyənin Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin birgə təşkilatçılığı ilə (ASİM-DER) Ermənistan tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda öz yaxınlarının qəbirlərini ziyarət etməyə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Ankaradakı ofisi önündə etiraz aksiyası keçirilib.

 

 

Sonda Ermənistanın girovları azad etməsi və ermənilərin girovlara qarşı həyata keçirdiyi işgəncələrin cəzalandırılması ilə bağlı qətnamə BMT-nin nümayəndəsinə təqdim edilib.

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

05.02.2015 16:02

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*