Azərbaycanca

Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiyası Azərbaycanda – FOTOLAR

19.09.2014 | 11:08

tr-az6İrimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri sentyabrın 18-də Azərbaycana gəlib.
Sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edəcəklər.

 
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetiriləcəkdir.
Aviasiya vasitələrinin gəlişi davam edir.

tr-az8 tr-az7 tr-az5 tr-az4 tr-az3 tr-az2 tr-az1 tr-az6

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

19.09.2014 11:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*