Azərbaycanca

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

29.11.2017 | 12:33

Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi HavaQüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində ordu generalı H. Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Səfər dekabrın 1-dək davam edəcək.

APA

 

29.11.2017 12:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*