Azərbaycanca

Türkiyə parlamentində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb

25.02.2015 | 16:52

bd9a6f13dbec3b1880ed19ccb9175bdd

 

Türkiyə parlamentində Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb

 

 

 

 

 

 

 

 

İstanbul, Brüssel və Haaqadan sonra Ankarada – Türkiyə Böyük Millət Məclisinin himayəsində olan Mustafa Necati Mədəniyyət Evində Xocalı soyqırımını əks etdirən “Üç nəsil, bir soyqırımı” adlı əşya və foto sərgisi açılıb.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  APA-ya istinadən məlumatına görə, Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil edilən sərginin açılışında Türkiyə və Azərbaycanın media nümayəndələri ilə yanaşı, rəsmi şəxslər də iştirak edib.

 

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Meral Akşener, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, millət vəkilləri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Sinan Oğan, Hasan Hüseyin Türkoğlu, Azərbaycan Milli Məclisinin üzvü Elman Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Ənvər Türkoğlu, Türkiyənin bir sıra həmkarlar təşkilatları və QHT-lərin təmsilçiləri, eləcə də Xocalı soyqırımının şahidləri sərginin açılışına qatılıblar.

 

 

Türkiyənin Xocalı məsələsində həssaslığını ifadə edən və parlamentdəki Xocalı ilə bağlı fəaliyyətinə toxunan N. Ünüvarın çıxışından sonra TBMM-in sədr müavini M. Akşener, S. Oğan və E. Məmmədov qara lenti kəsərək sərgini açıblar.

 

 

Açılışdan sonra sərgini gəzən qonaqlara TÜRKSAM təmsilçiləri Xocalı soyqırımı haqqında geniş məlumat verib. Millət vəkilləri “Üç nəsil, bir soyqırımı” xatirə kitabına ürək sözlərini yazıblar. Ziyarətçilər onlara paylanan türk və ingilis dillərində “Üç nəsil, bir soyqırımı” kitablarını maraqla qarşılayıblar.

 

 

“Üç nəsil, bir soyqırımı” sərgisinə Avropada da böyük maraq var. Dünyanın hər yerindən sərgini izləmək imkanı əldə etmək üçün eyni adlı virtual muzeyin də daxil olduğu www.3nesil1soykirim.org və www.3generations1genocide adlı internet səhifələri ziyarətçilərin ixtiyarına verilib.

 

 

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisindəki Mustafa Necati Mədəniyyət Evində təşkil edilən “Üç nəsil, bir soyqırımı” martın 1-dək davam edəcək.

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

25.02.2015 16:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*