Azərbaycanca

Türkiyə prezidenti: “Ermənistan və erməni diasporu sağlam fikirli yanaşma nümayiş etdirmədi”

01.11.2014 | 10:22

Erdogan 120210-1“On illərdir ki, Türkiyəyə 1915-ci ildə baş vermiş olaylarla bağlı haqsızlıq edilir. Çox təəssüf ki, 1915-ci il hadisələri ideoloji yanaşmadan, dezinformasiyadan uzaq tutularaq, araşdırılmayıb. Bizim bununla bağlı normal davranışlarımıza rəğmən Ermənistan və erməni diasporu sağlam fikirli yanaşma nümayiş etdirmədi”.

 

 

APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransanın Beynəlxalq Əlaqələr İnstitutundakı çıxışında deyib.

 

 

Ərdoğan bildirib ki, Türkiyə bu məsələnin siyasət predmeti olmadığını, tarixçilərin öhdəsinə buraxılmasını təklif edib: “Biz arxivlərimizi açdıq, indiyə qədər 1 milyondan çox sənəd təsnif etmişik. Ermənistanın əlində belə bir arxiv varsa, açsın, üçüncü ölkələrdə varsa, onlar da açsınlar. Bu sənədlər üzərində tarixçilər, arxeoloqlar, hüquqşünaslar, siyasi araşdırmaçılar çalışsınlar. Biz də onların çıxardığı nəticələrə görə addım ataq”.

 

 

Türkiyə prezidenti bildirib ki, onlar Ermənistanla münasibətləri fərqli formada iştirak etmək üçün çalışıb, əllərini uzadıblar: “Təəssüf ki, xoş niyyətimizə qarşılıq görmədik. 2015-ci ildə də 1915-ci il olaylarının ildönümündə biz gerçəklərin anladılmasına, dünyanın həqiqətləri dinləməsinə çalışacağıq. Bu məsələdə ideologiyaya məriz qalan dezinformaniyanın deyil, tarixi həqiqətlərin uğur qazanacağına inanırıq”.

 

“KarabakhİNFO.com”

 

 

01.11.2014 10:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*