Azərbaycanca

Türkiyə-Rusiya münasibətləri Ermənistanın müzakirəsində

06.12.2014 | 13:53

rus-turkErmənistan Türkiyə ilə Rusiyanın münasibətlərinin yaxınlaşmasından çox narahatdır və görünür, əməlli-başlı qorxuya düşüblər.

 

Erməni siyasətçisi Ruben Mehrabyan erməni saytına müsahibəsində rus-türk münasibətlərinin yaxınlaşması məsələsinə toxunarkən belə bir fikir yürüdüb ki, Rusiya və Türkiyənin strateji yaxınlığı təkcə Ermənistan üçün deyil, həm də bütün postsovet məkanı üçün təhlükəlidir. O deyib:“Hər şeydən əvvəl antiqərb Türkiyə sadəcə təkcə Ermənistan üçün deyil, həm də Qərb respublikaları üçün təhlükədir. Bu baxımdan istər Ermənistanın, istər postsovet ölkələrinin, istərsə də Qərbin mənafeləri üst-üstə düşür”.

 

 

Qeyd edib ki, rus-türk münasibətlərinin strateji xarakter almağı bir günlük iş deyil. O vurğulayıb ki, Ərdoğanın hakimiyyəti illərində Türkiyədə antiqərb meyl konkret göstərilmiş və Putin Rusiyası ilə səslənən bir çox şeylər məlum olmuşdur.

 

 

Robert Mehrabyan rus qazının Türkiyəyə 6 faiz güzəştlə verilməsi barədə xüsusi olaraq vurğulayıb ki, Türkiyənin Almaniyadan sonra rus qazının ikinci istehlakçısı olduğunu nəzərə alaraq, Türkiyənin istehlakına təkan vermək üçün Rusiyanın Türkiyəyə daha güzəştli şərtlər təklif etməkdən başqa yolu yoxdur. Bundan başqa, onun sözlərinə görə, Avropa indi elə bir strategiya götürüb ki, bununla Rusiyadan özünün enerji asılılığını azaldaraq minimuma çatdırmağa çalışır. O deyib:“Rus-türk yaxınlaşması qlobal təhlükəyə gətirib çıxara bilər, çünki özlərinin antiqərb mövqeyində qonşulara qarşı aqressivliyi artıraraq konkret avtoritar tendensiyalar yürüdürlər”. “Cənub axını” proqramının dayandırılmasına gəldikdə siyasətçi deyib: “Bütün məsələ bundadır ki, axın məbləğin olmaması səbəbindən dayandırılır. Rusiyanın bugün yaydığı qalan bütün ritorikanın bir qəpik dəyəri var. Ruslar qaz kəmərindən imtina etməklə hər hansı bir PR addım atmağa çalışıblar, lakin alınmayıb. Qərb həmin proqramın dayandırılmasından zərər çəkmir, əgər zərər çəkən varsa, çox aydın səbəblərə görə bu Rusiyadır, çünki artıq 5 milyard dollar xərclənmişdi və belə çıxır ki, həmin pullar yoxa çıxıb. Qərb isə öz enerji təchizatını diversifikasiyalaşdırmaq imkanına malikdir”.

 

 

Siyasətçi Levon Şirinyanın fikri bunun əksinədir. O, hesab edir ki, Türkiyə-Rusiya münasibətləri heç bir təhlükə törətmir. Şirinyan deyib: “Əgər Türkiyə və Rusiyanın münasibətləri balanslaşarsa, Zaqafqaziyada daha sakit vəziyyət gözləyə bilərik, Türkiyə Zaqafqaziyanın işlərinə qarışmamağa çalışacaq. Rusiya iqtisadiyyatının Türkiyəyə təsiri müqayisəsiz şəkildə böyüyür və Türkiyənin təsiri əvvəlkindən daha təmkinli və mülayim olacaq”.

 

 

Rusiya tərəfindən qazın qiymətinin aşağı salınması məsələsinə Türkiyənin böyük ümid bağladığına gəldikdə siyasətçi deyib: “Daha çox şey gözləmək Türkiyənin xasiyyətidir, lakin düşünürəm ki, razıdırlar. Burada həm Türkiyə, həm də Rusiya udub. Bu münasibətlərin dərinləşməsi obyektiv əsaslar üzərində yaranır, hər ikisi üçün də əlverişli vəziyyət yaranıb və bunun nəticəsində Qərbdən təzyiq zəifləyir”.

 

 

Levon Şirinyan hesab edir ki, bu təqdirdə Ermənistan Rusiya ilə yaxşı işləyə bildiyi kimi (həmin ölkə ilə müttəfiqliyini və Qafqazda bizə ehtiyacı olduğunu nəzərə alaraq), həm də ABŞ və Avropanın Rusiya ilə münasibətlərinin pisləşməsindən faydalana bilər. O deyib ki, ağıl, intellekt oyunu vəziyyəti yaranıb və Rusiya prezidenti Vladimir Putinin siyasətindən ehtiyat etməyə çağırıb, çünki o, strateji oyun, böyük planlar ustasıdır. Siyasətçi “Cənub axını” proqramının dayandırılmasında da Ruben Mehrabyanla fikrini bölüşmür. Onun sözlərinə görə, Qərbin Rusiyaya təzyiq vasitəsi zəifləyib və bundan sonra Rusiya ora hər nə ixrac etmək istəyirdisə, Türkiyəyə ixrac edəcək.

 

 

Sabir Babayev
“KarabakhİNFO.com”

 

 

06.12.2014 13:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*