Azərbaycanca

Türkiyə səfiri helikopter hadisəsinə münasibət bildirib

17.11.2014 | 11:47

Turkiye-sefiri“Cəbhə xəttində baş verən son hadisə bir daha sübut etdi ki, bu məsələ qısa bir zamanda sülh yolu ilə həll olunmalıdır”.

 

Bu sözləri cəbhə xəttində Azərbaycan mövqelərinə hücum edən erməni helikopterinin Azərbaycan hərbçiləri tərəfindən vurulmasına münasibət bildirən Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib.

 

 

“Hadisələrin necə cərəyan etdiyinə və sair baxıla bilər, amma əsas odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? Hadisələrin necə baş verməsinin araşdırılması ilə yanaşı, problemin hələ də davam etməsi məsələsi araşdırılmalıdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı aşkardır”, – deyə səfir vurğulayıb.

 

“KarabakhİNFO.com”

 

 

17.11.2014 11:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*