Azərbaycanca

Türkiyə səfiri şəhid olan Azərbaycan əsgərlərinin ailələrinə başsağlığı verib

01.08.2014 | 11:55

123Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun cəbhədə bölgəsində Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.

 

APA-nın məlumatına görə, diplomat bu barədə özünün “Twitter” səhifəsində yazıb.

 

 

“Azərbaycanlı qardaşlarımızın təmas xəttində şəhid olması barədə xəbərlər gəlir. Hamısına tanrıdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm”, – deyə diplomat qeyd edib.

 

2235

 

 

Xatırladaq ki, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər, atışmalar nəticəsində Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub, 4 nəfər ağır yaralanıb.

 

 

 

“KarabakhİNFO.com”

01.08.2014 11:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*