Azərbaycanca

Türkiyə şirkəti İrəvanda bina tikir

30.09.2014 | 16:08

ozturkholdingTürkiyənin “Öztürkler Holding”i Ermənistanda inşaat layihəsi həyata keçirməyə başlayıb.

 

Türkiyənin “Sabah” qəzetinin verdiyi xəbərə görə, bunu holdinqin İdarə Heyətinin sədri Yusuf Öztürk deyib.

 

İş adamı layihənin yaşayış binasının tikintisindən ibarət olduğunu bildirib: “İrəvanda yaşayış binasının tikintisinə başlamışıq. Mən oraya maliyyə yatıran ilk türk iş adamıyam. Kiçik bir ölkədir, ancaq burda kifayət qədər maliyyə var”.

 

Qeyd edək ki, “Öztürkler Holding” Afrika və ərəb ölkələrində həyata keçirdiyi tikinti layihələri ilə tanınır.

 

“KarabakhİNFO.com”

 

 

 

30.09.2014 16:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*