Azərbaycanca

Türkiyə Xarici İşlər Nazirliyi cəbhədə gərginliyin artmasından narahatdır

02.08.2014 | 19:38

10580497_1513093675571671_498118573_nTürkiyə Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən son olaylarla bağlı münasibət bildirib. “Karabakhinfo.com”-un məlumatına görə, Nazirlik cəbhədə gərginliyin artmasından narahat olduğunu bəyan edib.
XİN-in yaydığı bəyanatda qeyd olunur:
“Bu hadisələr Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa ən böyük maneədir və Dağlıq Qarabağ probleminin təcili həll edilməsinin vacibliyini bir daha ortaya qoyur”.
Qarşı durmalarda şəhid olan azərbaycanlılara rəhmət, ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı verildiyi qeyd edilir:
“Problemin həll edilməməsi tərəflərin mənfəətinə xidmət etmir. Region ölkələri arasında yaxşı qonşuluq və əməkdaşlığa imkan verəcək bir mühitin yaradılmasına maneə törətməkdədir. Türkiyə qonşu və Minsk Qrupunun üzv bir ölkəsi olaraq Dağlıq Qarabağ probleminin həlli daxil olmaqla, bölgədə tam və əhatəli normallaşma istiqamətindəki səylərini qətiyyətlə davam etdirəcək”.

 
“KarabakhİNFO.com”

02.08.2014 19:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*