Azərbaycanca

Türkiyənin baş naziri şəhid ailələrinə başsağlığı verib

04.08.2014 | 07:51

erdoganTürkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib.

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin Baş naziri son günlər cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin mövqelərimizə hücumlarının qarşısını alarkən Azərbaycan hərbi qulluqçularının həlak olması xəbərindən dərindən kədərləndiyini bildirib və bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan Respublikasının Prezidentinə, xalqımıza və şəhidlərin ailələrinə başsağlığı verib.

 

Dövlətimizin başçısı başsağlığına və göstərilən diqqətə görə öz adından və Azərbaycan xalqı adından Türkiyənin Baş nazirinə və Türkiyə xalqına minnətdarlığını bildirib.

 

Söhbət zamanı Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğanı son günlər təmas xəttindəki vəziyyətlə bağlı məlumatlandırıb.

 

“KarabakhİNFO.com”

04.08.2014 07:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*