Azərbaycanca

Türkiyənin “Ermənistan qapısı” açılır

03.07.2014 | 13:45

1404467088_erdoganBu gün Türkiyənin “Taraf” qəzetində Türkiyənin Ermənistanla sərhədi açması ilə bağlı yazı dərc edilib . “Ermənistan qapısı açılır” adlı yazıda bildirilir ki, baş nazir Rəcəb Təyyib Ərdoğan sentyabrda sərhəd qapısının açılması ilə bağlı təlimat verib.

Prezidentliyə namizədliyini açıqlayandan sonra baş nazir Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ikinci addım atmağa qərar verib. Məlumata görə, Alican sərhəd qapısının açılması həm də ABŞ Ermənistan münasibətlərinin normallaşdırılmasına hesablanıb.

 

Qəzetin yazdığına görə, ermənilər qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı bir sıra tədbirlər hazırlayırlar. AKP (hakim Ədalət və İnkişaf Partiyası) hökuməti isə bu kampaniyanın təsirini azaltmaq üçün işlərə başlayıb. İlk addım olaraq baş nazir R.T.Ərdoğan bu ilin aprel ayında qondarma soyqırımın ildönümü ərəfəsində 1915-ci ildə baş verən hadisələr zamanı ölən ermənilərin nəvələrinə başsağlığı verib.

 

Sərhəd qapısına kimi olan 7 km-lik yol asfaltlanaraq hazır vəziyyətə gətirilib. Artıq buraxılış məntəqəsində gömrük cihazları, X Rayler sisteminin qurulması da tamamlanır. Rəsmi açılış tarixi hələ dəqiqləşdirilməyib.

 

Fuad Hüseynzadə

 

“KarabakİNFO.com”

03.07.2014 13:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*