Azərbaycanca

“Türklərə qarşı savaşın, sizə cənnət vəd edirəm…”

25.04.2014 | 13:14

1398416865_10306818_559570270823127_1320743689_nÖtən əsrdə Qərbdə meydana çıxmış dini fundamentalizm sonralar daha çox islam dünyasına şamil edildi. Sekulyar düşüncəli Qərb cəmiyyətləri müsəlman dünyasında başlamış köhnə adət-ənənələrə qayıdış tendensiyasını zərərli islam fundamentalizmi kimi təsnif etməyə başladılar. Yaxın Şərqdə yadelli işğalçılara qarşı savaşa qalxmış müsəlman xalqlar “fundamentalist”, “təməlçi”  adı ilə damğalanmağa başlandı. Daha sonralar təməlçi sözünü terrorçu sözü əvəz etdilər. Qərb ekpansistlər milli azadlıq hərəkatına qalxan müsəlman xalqlarının haqq davasını qaralamaq üçün “islam fundamentalizmi” terminindən gen-bol istifadə etməyə başladılar. Günümüzdə Fələstin-İsrail münaqişəsinin tərəfləri, haqlı-haqsız bəlli olduğu halda fələstinlilər dünya ictimai rəyini formalaşdıran Qərb mediasında daha çox təməlçi kimi qələmə verilir.

  Ötən əsrin 90-cı illərində SSRİ-nin xarabalığı üzərindən qalxan alov Rusiyanın canını saranda, ölkədə mərkəzdənqaçma meylləri güclənəndə, türk-müsəlman xalqları milli qurtuluş savaşına qalxanda yenə də rus qara piar maşının köməyinə təməlçi termini gəldi. Ötən əsrin sonları, Bakı qırğını zamanı bir neçə KGB agenti mollanı tribunaya qaldıraraq Azərbaycan milli azadlıq hərəkatına da təməlçi damğası vurmağa cəhd etmişdilər. Bu günə qədər Azərbaycan torpaqlarını ilhaq etmiş ermənilər dünya mediasında “türk müsəlmanlar Qarabağda xristian-erməniləri məhv edirdilər” tezisinə daha çox üstünülük veriblər.

Bir sözlə, Qərbdə belə bir anlayış var ki, hansı müsəlman ölkəsində bir hərəkətlənmə, intibah, həmrəylik varsa, o fundamentalizmdi, təməlçilikdi, dünyada sülh üçün təhlükəlidir. Əslində isə tarixin heç bir dönəmində müsəlman həmrəyliyi hansısa xristian xalqın kütləvi qətlinə, asimilyasiyasına səbəb olmayıb. Əksinə, tarixin böyük türk-müsəlman imperiyalarını içdən sarsıtmaq üçün xristian fundamentalizmindən istifadə olunub.

 Əlimizdə maraqlı bir mənbə var.  1962- cil də Moskvada nəşr olunmuş “İmperator Böyük Pyotrun məktubları və əlyazmaları” əsəri. (SSRİ Elmlər Akademiyasının nəşri.  I buraxılış, 153-cü səhifə).

 Öncəki ki 3 əsrdə parlamış türk passionarlığınının 18-19-cu əsrdə enmə mərhələsi başladı. Bu dövrdə artıq dünyanı idarə edən türk imperiyalarının rəqibləri meydana çıxdı. Bu rəqiblərdəb biri orta əsrlərdə Avropa xəritələrində “Böyük Tatar dövləti”kimi qeyd olunan, Avrasiya torpaqlarında formalaşmış rus imperiyası idi.  Azov, Baltik, Xəzər və Qara dənizi rus sularına çevirmək məqsədini qarşıya qoymuş Birinci Pyotr keçmişdi. Özünü pravoslav Bizans imperiyasının varisi sayan Birinci Pyotrun əsas rəqibi islam xəlifəsi-Osmanlı sultanı idi. Rus çarı türk-müsəlman imperiyasını zəiflətmək üçün bütün ideoloji təxribatlara əl atırdı. Onun əsas məqsədi Şərqi Avropanın xristian xalqlarını, eməniləri, slavyanları osmanlıya qarşı qaldırmaq idi. Pyotr bu günki Bolqarıstan ərazisində (O zaman Osmanlıya tabe idi)  olan xristian icmasının rəhbərinə yazırdı: “Varnada olan, mənim çox sevdiyim, zərif qəlbli, Avraam bəy. Mən bütün Rusiyanın və Moskvanın çarı bu məktubu bütün insanlara, mitpolitlərə,  bizi sevən voyevodalara, sərdarlara, eyni dinli xristianlara və bizim dinə səmimiyyətlə xidmət edən romalılara, bütün runanilərə, serblərə, xorvatlara, anavutlara, bosniyalılara, rumeli monastrında olanlara, çernoqoriyalılara qısaca, olaraq Allahı sevən bütün xristianlara salam göndərir, sizi Allaha tapşırıram”. Pyotr ilk dəfə olaraq siyasətə dini gətirir, xristian xalqlarının dini hisslərini oyatmağa çalışır. Dini motivləri qabardan rus çarı bilirdi ki, belə müharibələrdə düşmənə münasibət  daha amansız olur.   Pyotrun məktubundakı sonrakı cümlələr xristian fundamentalizminin bariz nümunəsidir. Rus çarı yazır:  “Allaha sevgi xatirinə mən öz üzərimə ağır zəhmət hissi götürərək Türkiyə çarlığına qarşı müharibəyə başladım. Hər kim bizi sevirsə və cənnətə getmək istəyirsə, kilsə xatirinə, siz və sizə tabe olanlar bizə qoşulmalıdır. Ona görə ki, türklər bizim dini tapdalamışlar. Hiyləgərliklə bizim kilsələri və torpaqları tutmuşlar. Bizim bir çox monastrları dağıtmışlar. İndi isə Romanı və digər çarlıqları hiyləgərliklə tutmuşlar. Nə qədər yoxsulu, dulu və yetimi müxtəlif yerlərə səpələyərək qul etmişlər. Mən sizə köməyə gəlirəm. Türklər İsveçlə birləşmişlər. Ancaq mənim silahım bir çox insanları məhv edib, dağıdıb, pərən-pərən salıb. Və mənim dövlətim kiçilməyib, böyüyüb. Mənim indi apardığm müharibə ədalətli müharibədir. Mən bilirəm ki, apardığım müharibə ilə  dövlətimi möhkəmlətmişəm”. Rus çarı açıq –aşkar başqa dövlətin daxili işlərinə qarışır, separatçılıq meyllərini gücləndirirdi: “Allahın köməyi və iti silahımın kəsəri ilə sizi öz dövlətinə birləşdirəcəm.

Türklər mənim Konstantinopola  göndərdiyim adamları mühafizə altında saxlayırlar. Onları və bir çox adamları türklərin əlindən azad edək. Gecikmək ağılsızlıqdır. Mən sizə güclü ordumun tərəfinə keçməyə dəvət edirəm. Bununla sabit dostlar qazanarsınız. Mən sizə inanıram. Əgər siz türklərlə barışıb məni aldatmazsınızsa, mənim silahım altımda sülhə nail olan türklərdən xilas olarsınız. Allah qorxulu yollarda bizə kömək olar. Mənim xristian qalibiyyət qoşunum, düşmənə müqavimət göstərir. Qoy, sizin geniş ürəyiniz qorxunu qovaraq dinimiz və kilsəmiz uğrunda müharibə aparmağa yönəlsin. Biz son damla qanımıza qədər müharibə aparacağıq. Öncülləriniz və rəhbərləriniz sizə nə münasibət göstərmişlərsə, mən  də o münasibəti göstərəcəm. Siz mənə kömək edin. Allah da sizə kömək edəcək. Sizi Allahsızların əlindən qurtarmaq, kilsələri bərpa etmək və xalqlarımız ayağa qaldırmaq üçün öz köməyimi təklif edirəm. Siz din yolunda müharibəyə mübarizəyə başlayarsınzısa, o zaman onda Allahı mədh edər, atalarımızn torpaqlarını bərpa edərik”.

Rus çarının bu məktubu daha bir həqiqəti üzə çıxarır: rus şovinizmi, rus dövlət başçılarının imrepiya ambisiyaları 3 əsr əvvəl necə idisə, elə də qalır. Yenə dənizlərə çıxmaq savaşı, başqa dövlətlərin ərazisində yaşayan rusların müdafiəsi bəhanəsi. Dəyişən Rus dövlətinin “xristian təəssübkeşliyi”dir. Çünki artıq rus şovinizminin əzdiyi xalqlar arasında xristianlar, hətta slavyanlar da var.

Elman Cəfərli

“KarabakhİNFO.com” 

– See more at: http://karabakhinfo.com/arasdirma/2720-turklr-qarsi-savasin-siz-cnnt-vd-edirm.html#sthash.o75azR7U.dpuf

25.04.2014 13:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*