Azərbaycanca

Üçtərəfli görüş barədə gənclər nə düşünür?

01.11.2014 | 12:34

ucterefli gorusMəlum olduğu kimi, oktyabrın 27-də Parisdə Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı olaraq görüşün nəticələri ilə bağlı gənclərin fikirlərini öyrəndik.

 

 

 

 

fatma-qurbanzadeİspaniyada doktorantura piləsi üzrə təhsil alan gəncimiz Fatma Qurbanzadə zənn edir ki, Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün lazımi mühitin hazırlanmasına çalışmalıydı. Hətta qeyd edilirdi ki, Sülh danışıqlarının yeni mərhələsinin konkret nəticələri görüşdən sonra bəlli olacaq. Parisdə ”Qarabağ sülhü”nün təməli qoyulacağı ehtimalı da göz önündə idi.

 

 

Fatma Qurbanzadə görüşün nəticəsi olaraq düşünür ki, görüş zamanı bundan sonra danışıqlar prosesində tərəqqi olması üçün qarşılıqlı etimad mühitini formalaşdırmağa yönəlik şərait yaratmağa cəhd olundu.

 

 

Müsahibimiz məsələnin həllini Ermənistan və Rusiya üçün “dirçəliş” adlandırıb: “Qərblə Rusiya arasında kəskin qarşıdurmanın getdiyi, Rusiyanın ”Qazprom”unun zərbə altında olduğu bir mühitdə məsələnin Azərbaycanın xeyrinə həll olunması həm Ermənistan, həm də himayədarı olan Rusiya üçün yenidən “dirçəlməyə” doğru bir fürsətdir”.

 

 

nicat-muslumovBakıelektrikşəbəkə ASC-nin Yap Gənclər Təşkilatının Sədri Nicat Müslümov Yelisey Sarayında iki və çoxtərəfli formatlarda aparılan gərgin müzakirələrin yekununda konkret sənəd, bəyannamə qəbul edilməsə də, Paris görüşünün nəticəsiz başa çatdığı qənaətinə gəlməyə də tələsmdiyini qeyd edir.

 

 

Nicat Müslümov tərəflərin mövqeyini çərh edərkən bildirdi ki, Ermənistanın plandan bir elə razı olmadığı deyilir, lakin onu yola gətirmək üçün Kremlin bircə göz ağartması yetər.

 

 

Nicat Müslümovun sözlərinə görə, Ermənistanın başqa bir rahatsızlığının isə Azərbaycanın yeni, sensasion sayılacaq şərti ilə əlaqəli olduğu deyilir: “Söhbət ondan gedir ki, Bakı prinsip etibarilə BBS üzərində işə başlamağa etiraz eləmir. Ancaq Olland-Əliyev-Sarkisyan görüşündə Azərbaycan maksimum tələblər irəli sürüb: ilkin mərhələdə 7 rayonun boşaldılması, Laçın dəhlizinin saxlanması qarşılığında isə Mehridən Naxçıvana koridorun açılması”.

 

 

sebuhi-abbasovAzərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov isə öz açıqlamasında müharibənin hər an labüd olduğunu qeyd etdi: “Bu ilin iyulun sonu avqustun əvvələrində Azərbaycanın Ermənistanla təmas xəttində baş verən silahlı insidentlə Ermənistan bir daha göstərdi ki, münaqişə hər an müharibəyə çevrilə bilər. Bu təbii ki, Ermənistanın məğlubiyyəti demək idi. Bu baxımdan Paris danışıqlarında əldə edilən razılaşma ondan ibarətdir ki, danışıqlar davam etdirilsin. Təbii ki, belə olan halda onun müharibəyə çevrilməsi ehtimalı azalmış olacaq”.

 

 

Digər tərəfdən Səbuhi Abbasov isə hesab edir ki, bu, Fransa prezidenti Fransua Ollandın özünün onsuz da azalmış nüfuzunun bərpasına cəhddir. Sosioloji sorğular da onu götərir ki, Fransua Ollandın nüfuzu azalıb. Belə olan təqdirdə Dağlıq Qarabağ kimi düyünlənmiş münaqişənin həllinə nail olmaq onun əsas hədəflərindən biridir.

 

 

Sonda Səbuhi Abbasov Ermənistanı qeyri-konstruktivlikdə günahlandırıb: “Lakin bütün tərəflərə baxmayaraq danışıqlar nəticəsiz bitdi. Səbəb isə Ermənistanın qeyri-konstruktiv mövqeyi oldu. Bir məsələni də vurğulamalıyam ki, Rusiya Prezidenti Vladimir Putin ilin sonunadək prezidentlərin növbəti görüşünü təşkil etmək istədiyini bildirib. Bu görüşün daha çox təsirli olacağı isə heç kimdə şübhə oyatmır. Çünki Ermənistan Rusiyanın vassalı olaraq ondan asılı olmağa məhkumdur”.

 

 

Sevda Qurbanqızı
“KarabakhİNFO.com”

 

 

01.11.2014 12:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*