Azərbaycanca

Ukrayna hadisələrində erməni izi

11.11.2014 | 16:58

Ukraine ProtestUkrayna hər zaman qeyri-formal olaraq iki hissəyə bölünüb. Ölkənin Şərqi Rusiyaya, Qərbi isə Avropaya tərəf meyl edib. Belə olan tədqirdə qarşıdurmaların yaşanması qaçılmaz hala çevrilməli idi. Əlbəttə ki, separatçılıq faktorunun üzə çıxmasına da məhz Yanukoviçin Rusiya ilə uzlaşan məlum qərarı oldu.

 

Maydan hadisələri dövründə son ana qədər xalqı susduracağını düşünən Yanukoviç təbii ki, Rusiyanın ciddi siyasi yardımına güvənsə də, Qərb, daha doğrusu Avropa İttifaqına daxil olan aparıcı ölkələr baş verənlərlə barışmadı və Yanukoviçin devrilməsi üçün əldə olan bütün rıçaqlardan maksimum dərəcədə istifadə etdi. Uzun sürən Maydan hadisələri Yanukoviçin postunu qoyaraq qaçması, 1390419734_nigoyandemokratik qüvvələrin isə hakimiyyəti ələ alması ilə nəticələndi. Maydan hadisələrinin baş verməsindən bu günə qədər diqqətdən kənarda qalan əsas məsələ, üçüncü bir qüvvənin Rusiyanın əli ilə Ukrayna daxilində parçalanma və terror törətməsidir. Bu üçüncü qüvvə Ukraynada baş verən Avrasiya Birliyi layihəsinin təhlükə altında qalmasından qorxan Ermənistan və onun əsas terror siyasətini həyata keçirən ASALA-nın fəaliyyətidir. Qıraqdan baxan olsa ermənilərin Maydanda müxalifətə dəstək verməsi, Rusiyaya qarşı çıxış etməsi və “fəal müxalifətçi” Sergey Niqoyanın öldürülməsində qeyri-adi heç nə görünə bilməz. Lakin faktları real hadisələrlə üzləşdirəndə erməni terror qruplaşması olan ASALA-nın Ukraynada Rusiyanın təhlükəsizlik orqanlarının siyasətini yeritdikləri aydın olur. İlk olaraq qeyd edək ki, Ukraynada xalqın “sevgisini” qazanan Sergey Niqoyan ASALA teror qrupunun üzvüdür. 21 yaşlı terrorçu ASALA üzvü ilə yanaşı Daşnaksütun partiyasının radikal qanadına aid qruplaşma ilə birgə hərəkət edirdi. Dnepropetrovsk vilayətinin Bereznovatovka kəndində yaşayan Sergey Suriyada Bəşər Əsəd tərəfdən döyüşən erməni dəstəsinin rəhbəri “Armen” ləqəbli terorçu ilə dost olmuş, bir müddət Suriyada onun yanında qalaraq silah növlərinin sirlərini öyrənmişdir. Türklərə qarşı nifrətini gizlətməyərək özünün “VKontakte” sosial şəbəkəsində olan http://vk.com/id135274323 profilində Sergey yazır: “Ermənilər, birləşək və dünyanın bir böyük yumruğu olaraq düşmənlərə möhkəm zərbə vuraq” və “Kim ermənilərə qarşı çıxacaqsa dərhal həyatından uzaqlaşacaq”.

 
Ukrayna müxalifəti içərisində Rusiyaya qarşı “döyüşən” digər bir ASALA üzvü Artur Qasparyandır. (https://vk.com/bhhjvgm) Bu şəxs 003erməni ideyalarının həyata keçirilməsi üçün böyüdülən və ermənilərin “düşmənlərinin” cəhənnəmə vasil edilməsini qarşısına məqsəd qoyanlardan biridir. Ukraynada ASALA üzvləri ilə sıx təmasda olan Artur Qasparyanın döyüşlər zamanı rus əsgərlərinə güllə atmaması Ukrayna mediası tərəfindən bir neçə dəfə bildirilib. Dostları onun haqqında ətraflı məlumat verərək deyirlər ki, Arturun həyat yolu adam öldürməkdən ibarətdir.

 

 

007Digər bir terrorçu, ASALA üzvü Armen Davoyandır. (https://vk.com/armen45 )Ufada rus ordusunun 6795-29 saylı xüsusi təyinat dəstəsində xidmət edən Armen hazırda Ukrayna ordusunda erməniləri birləşdirən bir şəxsdir. Ermənilər onu özlərinə başçı kimi bilir, bütün döyüş texnikalarını ondan öyrənirlər.

 

 

Belə bir terrorçuların Ukrayna müxalifətinin “qəhrəmanına” çevrilməsində maraqlı nə ola bilər? Bu suala cavabı son proseslərdən sonra ermənilərin sürətlə Ukrayna hökumətində yüksək postlar tutmasında görə bilərik. Artıq Maydanda verdikləri qurbanların timsalında erməni əsilli insanların yüksək dövlət postlarına təyin olunmasına güclü etiraza başlayıblar. Arsen Avakovun daxili işlər naziri təyin olunması Maydanı yenidən coşdurub. “Bu bizim millətə utanc gətirir. Bu qədər generalı olan Ukrayna xalqının həqiqətənmi bir erməni dığasına ehtiyacı var” – deyə Maydanın rəhbərlərindən olan Vladimir Parasyuk vurğulayıb. “Siyasi oyunlarınızdan əl çəkin” deyə keçmiş müxalifət və indiki iqtidara yiyələnən həmkarlarına irad tutan Parasyuk belə getsə onların da aqibətinin Yanukoviç kimi olacağına işarə edib: Onu da qeyd edək ki, Maydan hərakatında 100-dən çox ukraynalının ölməsinə, 1000-ə yaxınının yaralanmasına baxmayaraq dövlət postlarına gətirilənlər arasında ukraynalı yoxdur. Parlamentin sədri yəhudi, daxili işlər naziri erməni, baş nazir postuna iddialı Arseni Yatsenyuku yəhudidir. Hazırda Maydan yuxudan oyanıb verdikləri qurbanların timsalında bu real ağrı-acıları görüb bunu müzakirə etməyə başlayırlar. Demək ASALA və Rusiya Ukraynada yüksək postlara öz adamlarını gətirmək üçün planlı siyasət yeridilər. Ukrayna Avropa Birliyinə daxil olmaq istəsə ermənilər onun qarşısın almağa çalışacaqlar. Günahsız insanları öldürmək istiqamətində də ASALA-nın kifayət qədər təcrübəsi var.

 

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com”

 

 

 

 

11.11.2014 16:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*