Azərbaycanca

Ukrayna XİN ölkə jurnalistlərini Azərbaycan qanunlarına hörmət göstərməyə çağırıb

28.11.2014 | 11:38

ukraine_mid_140513Ukraynan Xarici İşlər Nazirliyi (XİN) ölkə jurnalistlərini nazirliyin tövsiyələrinə qulaq asmağa və Azərbaycan tərəfinin Dağlıq Qarabağa giriş qaydalarına hörmətlə yanaşmağa çağırıb. Bu barədə Ukrayna XİN-in mətbuat katibi Yevgeni Perebiynis “1+1” kanalının “15 respublika” verilişinin yayımı ilə bağlı Azərbaycan səfirliyinin Ukraynaya nota təqdim etməsinə dair “Ukrinform”a şərhində bəyan edib.

 

 

Perebiynis deyib: “Biz, əlbəttə, Azərbaycan tərəfini məlumatlandırmışıq ki, saytımızda (proqramda) barəsində söhbət gedən regionlara səfər etmək üçün Azərbaycanın müvafiq orqanlarına müraciətin vacibliyi barədə aydın şəkildə yazılmış tövsiyələr var. Və biz daim bütün jurnalistləri həmin normalara dəqiq əməl etməyə çağırırıq”.

 

 

O qeyd edib ki, jurnalistlər tərəfindən Azərbaycan Respublikasının qaydaları pozulub, eləcə də Ukrayna XİN-in özünün tövsiyələrinə etinasızlıq göstərilib: “Bu, özəl kanaldır, biz əlbəttə ki, özəl kanallara hansısa göstərişlər verə bilmərik. Lakin istənilən halda biz bütün jurnalistləri həmin normalara əməl etməyə çağırırıq. Müvafiq olaraq, biz öz mövqeyimizi bir daha kanal rəhbərliyinə çatdıracağıq”.

 

 

Qeyd edək ki, noyabrın 26-da Azərbaycanın Ukraynadakı səfirliyi öz saytında Ukrayna XİN-ə jurnalistlərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi və “1+1” televiziya kanalının Azərbaycanın əleyhinə veriliş hazırlaması ilə əlaqədar nota göndərilməsi barədə məlumat verib.

 

 

Notada Azərbaycan səfirliyi qeyd edib ki, bu proqram “Azərbaycan Respublikasının ictimai-siyasi sistemini ləkələyir, müstəqillik illəri ərzində əldə olunan uğurlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və səbəbləri təhrif edilir”. Proqramın Ukrayna və Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinə ciddi ziyan vurduğu qeyd edilir.

 

“KarabakhİNFO.com”

 

 

 

 

28.11.2014 11:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*