Azərbaycanca

Ukraynalı tarixçi Ali Radanın Xocalı soyqırımı ilə bağlı qərar qəbul etməsini istəyir – FOTO

18.02.2015 | 16:34

zaporojye_xocali_180215_6Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə Zaporojye şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib

 

 

 

 

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  Trend-ə istinadən  məlumatına görə, Zaporojye vilayət administrasiyası rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, diaspor və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi anım mərasimində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, erməni şovinistlərin son iki əsrdə xarici havadarlarının gücünə arxalanaraq Azərbaycanda həyata keçirdikləri işğalçılıq və soyqırım siyasəti haqqında ətraflı məlumat verib.

 

 

zaporojye_xocali_180215_5

23 il bundan əvvəl erməni silahlı birləşmələrinin Xocalı şəhərində uşaqlara, qadınlara və dinc əhaliyə qarşı amansız qəddarlıqlar nümayiş etdirdiklərini diqqətə çatdıran fəxri konsul bu cinayətdə birbaşa əli olan indiki Ermənistan rəhbərliyinin gec-tez qüdrətli Azərbayacan dövləti qarşısında cavab verəcəyini vurğulayıb. Qeyd edib ki , qlobal iqtisadi inkişaf tempinə görə bölgədə lider dövlət olan Azərbaycan istənilən vaxt Ali Baş Komandan İlham Əliyevin əmrinə müntəzir olaraq torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir.

 

 

 

zaporojye_xocali_180215_7

 

Sonra tədbirə qatılanlar Azərbaycan Televiziyasının hazırladığı “Xocalı harayı” filminə baxmaqla erməni xislətinin vəhşi obrazı ilə tanış olublar.

 

 

 

“Xocalı faciəsini törədənlər dünyanın ən ağır cəzasına məhkum olunmalıdır”, – filmə baxdıqdan sonra bu tələblə çıxış edən Zaporojye şəhər Radasının Mədəniyyət və milli məsələlər departamentinin rəhbəri Pavel Myalo, tarixçi alim Anatoli Qançarenko və digər çıxış edənlər indiyədək belə bir bəşəri cinayətin cəzasız qalmasından hiddətləndiklərini bildiriblər. Bu baxımdan beynəlxalq təşkilatları və Ukrayna parlamentini Xocalı soyqırımına hüquqi siyasi qiymət verməyə səsləyiblər.

 

 

zaporojye_xocali_180215_8

Tarixçi alim A.Qançarenko çıxışında bildirib ki, bu gün dünyanın bir çox ölkələrində dəhşətli faciələr baş verir: “Əminəm ki, əgər dünya birliyi vaxtında Xocalı soyqırımına hüquqi siyasi qiymət versəydi, bu gün çox yerdə şahidi olduğumuz faciələrlə üzləşməzdik. Mən çox istərdim ki, tezliklə dünya birliyi, o cümlədən, Ukrayna parlamenti Xocalı soyqırımı haqqında qərar qəbul etsin. Bu amansiz cinayəti törədənlər cəzalandırılsın”.

 

 

Anım mərasiminin sonunda Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

18.02.2015 16:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*