Azərbaycanca

Uorlik: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionun tərəqqisinə səbəb olacaq

09.11.2015 | 15:26

james_warlick_210714

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanması uzun illərdir münaqişədən əziyyət çəkən regiona sülh və tərəqqi gətirəcək.

Trend-in məlumatına görə, bu bərədə Armenpress-ə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bilikdə ilin sonuna qədər ölkə prezidentlərinin görüşünün təşkili üçün çalışdığını qeyd edib: “Görüşdə prezidentlərin münaqişənin nizamlanmasının əsas elementlərini müzakirə edəcəyini gözləyirik”.

C.Uorlik, həmçinin qarşıdakı görüşün dialoqun fəallaşmasına yeni stimul verəcəyinə ümid etdiyini bildirib.

Trend.az

09.11.2015 15:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*