Azərbaycanca

Uşaq bayramınız mübarək, şəhid balalarımız…

03.06.2014 | 13:43

1401530644_esirlik_11_f_01_b

1924 -cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamədə deyilirdi ki, bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin. Bəli, bəşəriyyət məcburdur. Hər bir insan dinindən, etiqadından, etnik və milli kimliyindən asılı olmayaraq uşaqları qorumalı və onlara zərər vuracaq heç nə etməli deyil. “Fəryad” filmində belə bir epizod var… Baxanlar xatırlayar: “Ceyhun Mirzəyevin yaratdığı İsmayıl obrazı əlində kibrit evi yandırmaq istəyən zaman uşağın ağladığını görürür. Səhər onun başına toplanan ermənilər və onların rəhbəri Məlik Dadaşovun yaratdığı Aram Xaçaturyan obrazı ondan “niyə etmədin?” deyə soruşanda, İsmayıl suala-sualla cavab verir: “Sən edərdinmi?” Aram Xaçaturyan qışqıraraq deyir: “Bəli, edərdim”… Bəli, ermənilər bunu edərdi. Çünki bizə gələn arxiv şəkilləri və sənədlərində ermənilərin uşaqlara qarşı vəhşiliklərinin necə dəhşətli olmasını görürük. Biz indi fotolarla ermənilərin uşaqlara qarşı nələr etdiklərini göstərəcəyik:

 

1. 24 iyul 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülmüş 3 yaşlı Şövqi Əliyevin bazu sümüyü Xankəndində erməni “həkimləri” tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst edilmişdir.

 

1401530702_esirlik_11_f_02_b2. 31 mart 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən Gülcamal Quliyevanın girovluqda dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni “həkimi” Aida Serobyan naməlum tərkibli iynələr vurmuşdur. Ömürlük şikəst olmuş A.Hacıyev 2003-cü ilin may ayında vəfat etmişdir.

 

1401530777_10336771_10152058536197691_6213183164109113989_n3. Hümbətova Nurlanə Arif qızı, Laçın rayonu Şamkənd kənd sakinidir. 1 yaş 6 aylıq olarkən 31 mart 1993-cü il tarixdə Kəlbəcər rayonu ərazisində anası Kərimova Səma Aydın qızı ilə birlikdə girov götürülüb. Erməni hərbçisinin avto-matın qundağı ilə vurduğu zərbədən ömürlük dünya işığına həsrət qalıb. Bir müddət sonra əsirlikdən azad edilib. Bu vaxta qədər 8 dəfə cərrahiyyə əməliyyatı keçirsə də görməsi mümkün olmayıb.

 

1401530746_fariz_bdlov4. Fariz Bədəlov ailənin tək övladı idi və atasız böyümüşdü, babasının himayəsində qalırdı. Lakin 2011-ci ilin martın 8-də öz həyətində dostları ilə oynayarkən erməni snayperinin gülləsinə tuş gəldi. Farizin nənəsi Məlahət Bədəlova o günü belə xatırlayır: “8 mart günü idi, hava soyuq idi deyə, Farizi həyətə çıxmağa qoymurduq, amma oynamaq istəyirdi. Çıxan kimi də güllə ilə vurdular. Xəstəxənaya apardıq, amma kömək edə bilmədilər”.

 

1401530839_ermeni-vehsili15. 2011-ci ilin iyulunda Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

 

1401700918_hhh6. Beş yaşlı zavallı Elşən, bu şəkil çəkiləndən sonra cəmi 5 dəqiqə yaşaya bildi… Ermənilərin atdıqları ― Alazan ‖ raketinin qəlpəsi onun ağ ciyərini parçalamışdı. Cərrahiyyə əməliyyatından 6 gün sonra Elşənin son dəqiqələri yaman niskilli keçdi.

 

7. 12 yaşlı Həsənov Şahin Arif oğlu – Hadrut rayonunun Binəli kəndi yaxınlığında mal-qara otararkən ermənilər tərəfindən tutulmuş, sol əlinin barmaqları taxılsəpən maşının şkifinin arasında qoyularaq şikəst edilmişdir.

 

8. Xocalı sakini, 13 yaşlı Musayev Ramil Səlim oğlu- ilk öncə ayağını güllə ilə vurmuş, sonra isə bircə-bircə ayaq dırnaqlarını kəlbətinlə çəkib-çıxarmışlar. Və adların bilmədiyimiz şəhid uşaqlar… Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupunun 1 oktyabr 2012-ci il tarixindəki məlumatına görə əsir düşən 16 azyaşlı qız və 5 oğlan yetkinlik yaşına çatmayan uşaqlardır. Və hazırda Ermənistan öz çirkin terrorçuluq siyasətini, günahsız uşaqların qətlə yetirilməsini davam etdirir. Bütün dünya isə buna göz yumur. Əgər dünyada uşaq hüquq varsa niyə ermənilər ona əməl etmirlər?! O uşaqların günahı nə idi?! Türk olmaqmı? Azərbaycanlı olmaqmı? Müsəlman olmaqmı? Budurmu ƏDALƏT?! 20 noyabr 1989-cu il tarixində Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası nəyə lazımdır? Kimə lazımdır 193 dövlətin qərarı ki, əgər onlar bir işğalçı dövlətə təzyiq edə bilmirlərsə!!!!

 

 

Uşaq bayramınız mübarək, bayram görməyən şəhid uşaqlarımız…

Uşaq bayramınız mübarək, əsirlikdə olan vətənsiz əsir uşaqlarımız…

Uşaq bayramınız mübarək, şəhid anası…

 

 

 

 

 

 

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakahhİNFO.com” 

03.06.2014 13:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*