Azərbaycanca

“Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində növbəti tədbir Yevlax rayonunda keçiridi

25.11.2017 | 12:27

“Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” və “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun birgə təşkilatçılığı ilə “Uşaqlara siqaret satmaq qadağandır!” ümumrespublika kampaniyası çərçivəsində “Yetkinlik yaşına çatmayanların tütün məmulatlarına çatımlılığı: problemlər və həlli yolları” mövzusunda növbəti tədbir 24.11.2017-ci il tarixində Yevlax rayonunda keçirildi.

Tədbiri giriş sözü ilə açan Yevlax rayon icra hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyasının məsul katibi Fəxrəddin Zeynalov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyəti barədə danışmış, komissiyanın bu sahədə gördüyü işlər, həyata keçirdikləri tədbirlər barədə geniş məlumat vermiş, təşkilatçılara təşəkkürünü bildirib. Fondun prezidenti Şahin Camalov da öz növbəsində iştirakçıları salamlamış, layihənin günümüzdəki əhəmiyyəti barədə geniş məlumat vermişdir. Həmçinin, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Məhərrəm Zülfüqarlı da problemin ciddiliyini diqqətə çatdırmış və bu sahədə ictimai sektorun rolu barədə fikirlərini bölüşdü.

Daha sonra cari ilin mart ayında Bakı şəhərində təşkilatçılar tərəfindən həyata keçirilmiş sosioloji tətqiqatın nəticələri təqdim edilmişdir. Sosioloji sorğunun nəticələrinin müzakirəsi zamanı tədbirdə iştirak edən həm müəllimlər, həm də şagirdlər təcrübələrini bölüşərək, aparılan müzakirələri yüksək qiymətləndiriblər.

Dəyirmi Masada Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, bir sıra orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, Yevlax rayon 3, 5, 6, 8 saylı məktəblərin şagidləri, habelə QHT VƏ KİV təmsilçiləri də iştirak etmişdir. Tədbir zamanı bu sahədəki beynəlxalq təcrübə, mövcud qanunvericilik bazası, qanunların tələbləri ilə bağlı maarifləndirmə işləri ilə yanaşı imperativ mexanizmlərin tətbiqi məsələləri birgə müzakirə edilib.

Qeyd edək ki, layihə çərçivəsində Yevlax rayonunda keçirilən tədbir sonuncu deyil.

Mətbuat Xidməti

25.11.2017 12:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*