“Ermənilər bu torpaqlara gəlmədirlər və onlar nəinki Naxçıvanda, İrəvanda belə çoxluq təşkil etməyiblər” Bu sözləri “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vəli Əliyev Ermənilərin Naxçıvana iddia etməsini şərh edərkən deyib. “Bu gün ermənilərin özlərinin oturduğu İrəvan tarixən türklərin vətənidir. Sadəcə olaraq, 1918-1920-ci illərdə bölgədə baş verən siyasi-ictimai və sosial proseslər onların mövqelərinin güclənməsinə səbəb oldu. Onlar indi də Naxçıvana göz tikiblər. O zaman çar Rusiyası onlara yanlış istiqamət verərək, öz məqsədləri üçün istifadə edirdi. Əsas məqsəd o idi ki, çar Rusiyası özü üçün Cənubi Qafqazda etibarlı dayaq yaratsın. Ermənilərin vasitəsilə prosesləri nəzarətdə saxlamağa çalışırdılar” – deyə akademik bildirib. Akademik qeyd edir ki, ermənilər başa düşmürdülər ki, bu torpaqlar türklərə məxsusdur. Onun fikrincə, zaman gələcək ermənilər ciddi səhv etdiklərini dərk edəcəklər: “Onda da gec olacaq. Hazırda İrəvanda ermənilərin dünyaya təbliğ etdikləri tarixi maddi mənbələr türklərə məxsusdur. Oranın bütün kəndlərini, obalarını gəzərkən hələ də türk izləri açıq şəkildə özünü göstərir” – deyə akademik qeyd edib.
Elnur Eltürk
“KarabakhİNFO.com”