Azərbaycanca

Vətəndaşlara müraciət!!!

04.08.2014 | 14:03

muracietƏziz həmvətənlər!

Hərbi analitiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Son bir neçə gündə cəbhə bölgələrində baş verən hadisələr göstərdi ki, bizdə informasiya təhlükəsizliyi olduqca zəifdir.

 

İnformasiyadan müdafiə oluna bilmirik. Veb saytlarda, sosial şəbəkələrdə və youtube saytında çəkilən saxta video və fotolarla yanaşı dövlətimizin informasiya və hərbi təhlükəsizliyinə birbaşa zərbə vuran məlumatlar da çoxluq təşkil edir. Rayonlara aparılan hərbi texnikaların sayı, yaralıların və şəhidlərin sayı ilə yanaşı hansı hissələrin əraziyə gətirilməsinə dair məlumatlar sosial şəbəkələrdə yayılır. Bu gün erməni informasiya vasitələrində bunlardan bizə qarşı məharətlə istifadə edir. Bunu nəzərə alaraq xahiş edirik ki, yalan və saxta məlumatlardan uzaq durun. Cəbhə ilə bağlı məlumatları paylaşanda ehtiyatlı olun. Dəqiq silahlardan fərqli olaraq informasiya qeyd edildiyi kimi daha çox dağıdıcı xarakter daşıyır və bütövlükdə döyüşən strukturları, iqtisadi və sosial sistemləri sıradan çıxarır.

 

İnformasiya mübarizələrinin əsas özünəməxsusluğu isə ondan ibarətdir ki, tərəflər öz informasiya üstünlüklərini lazımi səviyyədə qoruyub saxlamaqla düşmənin informasiya sistemini dağıtmağa çalışırlar. Çünki “Ermənistan və Qarabağ barədə həqiqəti” necə yazmalı olduqlarını ermənilərə öyrədirlər. Bu işdə onlara Ermənistanın dövlət orqanları yaxından kömək göstərir (həmçinin xüsusi xidmət orqanları).
Biz də isə bu barədə yetərincə məlumatsızlıq var. Buna görə biz bu gün yaranmış vəziyyətdə nəinki əlimizdə olan resurslardan səmərəli istifadə etməliyik, həm də yeni resursların yaradılmasına cəhd etməliyik. Biz sizdən aşağıdakı qaydalara riayət etməyinizi xahiş edirik:

1. Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir informasiya paylaşmayın;
2. Azərbaycanın hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmayın;
3. Azərbaycan hava qüvvələrinin hansı istiqamətdə uçuş aparmasını paylaşmayın;
4. Şəhid və yaralılar barədə dəqiq olmayan informasiyanı yaymayın;
5. Döyüşlər zamanı telefon yaxud digər texnika ilə çəkdiyiniz videoları sosial şəbəkələrə yükləməyin;
6. Sərhəd bölgəsində olan strateji yerlərdə, texnika yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın;

 

Ümid edirik hər bir kəs bu işdə bir olacaq. Qələbə xəbərini bir yerdə qeyd edəcəyik!!!

 

Hörmətlə,

 

Zaur Qəriboğlu, “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının Baş redaktoru
Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın böyük elmi işçisi
Sənan Nəcəfov, Sosial Təşəbbüslər İctimai Birliyinin sədri
Elmar Hüseynov, Simsar.az saytının redaktoru

 

 

“KarabakhİNFO.com”

04.08.2014 14:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*