Azərbaycanca

Vətənpərvər mahnını əcnəbi dilində qırıq-salxaq oxumaq normal deyil

26.11.2013 | 12:23

1385453631_mubariz_tagiyev_11Mübariz Tağıyev: “Sənətkarın repertuarında Qarabağ mövzusu həmişə olmalıdır”   Azərbaycanın xalq artisti Mübariz Tağıyev “KarabakhİNFO.com” e-jurnalına müsahibə verib.

 

 

  Sənətkarda vətənpərvərlik hissinin olması nə dərəcədə vacibdir?   Vətənpərvərlik təkcə sənətkarda yox, hamıda olmalıdır. Bu, Vətənə hörmət əlamətidir. Əgər söhbər konkret olaraq sənətkardan gedirsə bu daha vacibdir. Çünki biz sərhədlərimizdən kənarda Azərbaycanı təmsil edirik. Biz əlbəttə vətənpərvər olmalıyıq. Əcnəbilərlə təmasda oluruq və Azərbyacanı təmsil edirik.   Mübariz müəllim, Qarabağda olmusunuzmu? Qarabağı necə xatırlayırsınız?   Bəli, mən Qarabağda olmuşam. Rəşid Behbudovun mahnı teatrı ilə bağlı oraya səfər etmişəm. Bu, 80-ci illərin əvvəllərinə təsadüf edir. Qarabağ sözün həqiqi mənasında cənnət-məkandır. Bunları sözlə ifadə etmək çox çətindir. Həqiqi mənada Qarabağ çox gözəldir. Tezliklə o torpaqlar qayıtmalıdır. O yerlər indi də gözümün qabağında canlanır. Belə götürsək Azərbaycanın bütün guşələri çox gözəldir. Bir-birinə oxşarlıq var, ancaq Qarabağın özünəməxsus gözəlliyi var.   Gənclərin vətərpərvərliyindən razısınızmı?   Mənə də elə gəlirdi ki, informasiya genişliyində və s. bu kimi amillərlə bağlı vətənpərvərlik hissləri zəifdir. Ancaq mən gördüm ki, yox, bu heç də belə deyil. Əksinə, bu gün gənclərdə vətənpərvərlik hissləri çox güclüdür. Mən bunu sözün həqiqi mənasında deyirəm. Bir neçə adamın sözü, fikri ilə deyil, öz gördüklərimi deyirəm. Bu, neçə illərin müşahidəsidir. Həqiqi mənada Azərbaycan gəncləri çox vətənpərvərdir. Lazım olduqda də torpaqlarımızı layiqincə qoruyacaqlar.   Hər bir gənc sənətkarın repertuarında vətənpərvər mahnılar var, olmalıdır da. Müharibə şəraitindəyik, Qarabağ bizim yaralı nöqtəmizdir. Qarabağ mövzusu həmişə olmalıdır və ermənilər bilməlidirlər ki, torpaqlar qayıtmayınca bu məsələ səngiməyəcək. Bu istiqamətdə dövlətimiz tərəfindən çox böyük işlər görülür.     Vətənpərvər mahnılar  xüsusilə də Qarabağla bağlı olan mahnılar müxtəlif xarici dillərə tərcümə olunub ifa olunarsa musiqimiz vasitəsi ilə də haqq səsimizi dünyaya çatdıra bilərik. Bu barədə sizin fikriniz necədir?   Bu mənada mənim fikrim tam başqadır. Əgər hər hansı bir dili səlis bilirsənsə çox yaxşı. Niyə də olmasın. Sadəcə həmin mahnıların da tərcüməsi istənilən səviyyədə olmalıdır. Tərcümələrdən çox şey asılıdır. Hər bir dilin özünəməxsus xüsusiyyəti var, bir söz bir neçə məna verir. Əgər həqiqi mənada sənətkar dili səlis bilirsə niyə də olmasın, çox yaxşı fikirdir. Əgər dili bilmirsə bunu etmək lazım deyil. Gülünc vəziyyət yarana bilər. Vətənpərvər mahnını əcnəbi dilində qırıq-salxaq oxumaq normal deyil.   

 

  Sevda Qurbanqızı  

 

“KarabakhİNFO.com” – 

26.11.2013 12:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*