Azərbaycanca

Vaan Ovanisyana cavab -Saxtakarlıq ermənilərin qanındadır

04.10.2013 | 10:20

1380865786_5555Bu günlərdə erməni müəllifi Vaan Ovanisyan Ermənistanda nəşr edilən “Yerkir” qəzetində “Tarixi Azərbaycan Dövlətləri” (Bakı, 2012, 239s.) haqqında “Diaqnoz” adlı geniş bir yazı  nəşr edib.  Kitabda Azərbaycanda mövcud olmuş dövlətlər haqqında məlumatlarla yanaşı, onların əhatə etdiyi əraziləri göstərən xəritələr də var. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın ideya və “Ön söz” müəllifi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdur. Kitabın elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, yaradıcı heyətin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev, “Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri” seriyasının məsləhətçisi akademik Asəf Nadirovdur.   Dünya Azərbaycanlılarının III Qurultayında dövlət başçısı İlham Əliyev erməni yalanlarına qarşı, müdafidən hücuma keçməyin vacibliyi ilə bağlı çıxışından sonra “Tarixi Azərbaycan Dövlətləri” kitabı  “Heydər Əliyev İrsini Araşdırma Mərkəzi”nin təşkilatçılığı ilə ensiklopedik faktlar toplusu kimi hazırlanıb.

Məlumdur ki, saxtakarlıq ermənilərin qanındadır. Onlar Azərbaycanın tarixini, mədəniyyətini təhrif etməkdə ustadırlar.Ermənistanın çağdaş alimləri tarixi hadisələri saxtalaşdırır, tarixi şəxsiyyətlərimizi, hörmətli, ağıllı adamlarımızı da öz adlarına çıxırlar. Erməni saxtakarlığının kökü qədimdir. Əli qələm tutan ermənilər çalışıblar ki, yalanlar uydurmaqla özlərinə tarix düzəltsinlər, türk, Azərbaycan övladlarını, yurdlarını erməni övladı, yurdu kimi qələmə versinlər. Məhz qeyd edilən kitabda Azərbaycan tarixini saxtalaşdıran bir neçə köklü, prinsip mahiyyətli təhriflər haqqında danışılır, onların həqiqətdən uzaq, faktlara və elmi dəlillərə əsaslanmayan konsepsiyalar olduğunu sübut etməyə çalışır və Azərbaycan tarixinin qədim dövrlərdən bu günə qədər olan həyatına elmi əsaslarla nəzər salınır. Ermənilərin yalanlarını ifşa edən bu kitabda ensiklopedik biliklər əsasında tarixin bəlli mərhələlərində Azərbaycan torpaqlarında bərqərar olmuş kiçik və böyük dövlətlər barədə faktlar çatdırılıb.

Erməni jurnalisti Vaan Ovanisyanı qıcıqlandıran isə kitabın Azərbaycan, Ukrayna, Moldova, ingilis, gürcü və erməni dillərində təqdim edilməsidir. Avronestə daxil olan ölkələrdə onların saxtakarlıqlarının üzə çıxmasından bərk qorxuya düşən erməni ictimaiyyətinin fikrini yazıdan aydın görmək olar. Onlar Azərbaycanın sürətlə inkişaf etməsini gördükcə gücləri yalana, böhtana və şərə çatır. Baxın, erməni yalanının, erməni riyakarlığının ən bariz nümunələrindən biri də budur.

Tarixə obyektiv deyil, subyektiv, bu günün siyasi münasibətləri konteksindən yanaşılması müasir dövrdə bir sıra ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Bu problemlərin aradan qaldırılması üçün çağdaş tarixin, xüsusilə də yaxın keçmişin obyektiv öyrənilməsinə böyük ehtiyac var və bu ehtiyacı da “Tarixi Azərbaycan Dövlətləri” kitabı da təmin edir. Kitabın məhz qaynaqlar, mənbələr əsasında yazılması və oxşar, uyğun gələn tədqiqatlara söykənməsi Ovanisyanı narahat edən məsələ olduğu yazısından bəlli olur. Jurnalistin “bu kitabda ermənilərin vətəndaş hüquqları pozulur” sözləri onların əsl simasını ortaya çıxardır. Bu da öz növbəsində müəllifin Ermənistanın siyasi dairələrindən və təhülkəsizlik orqanlarından   dəstək almasını göstərir.

Dünya miqyasında Ermənistanın uydurduğu saxta iddiaların alt-üst olması,  dünya ictimaiyyətinin həqiqəti olduğu kimi görməsi və ermənilərin saxta siyasətlərinə uymaması “Diaqnoz” yazısında erməniləri qorxutduğu aşkar görünür.

Qeyd edilən kitab barəsində Ovanisyan və digər erməni müəlliflərinin yazdıqları qərəzli yazıların real nəticə verəcəyi ümumiyyətlə ehtimal edilmir. Çünki erməni yalanları Azərbaycan alimləri və QHT-ləri tərəfindən ortaya çıxarılır və bu da onların yaxın zamanlarda bütün dünyada necə bir millət olmasını göstərəcəkdir. İnanırıq ki,  erməni yalanların ifşa etmək və həqiqəti üzə çıxarmaq baxımından əvəzsiz mənbə rolu oynayan “Tarixi Azərbaycan Dövlətləri” kitabı dünya ictimaiyyətini tam olaraq məlumatlandıracaq.

Ona görə də, ermənilərin və qatil Serj Sarkisyanın ölkəmizə qarşı atdığı bütün addımlar nəticə verməyəcək, bu istiqamətdə göstərdiyi bütün cəhdlər elə cəhd olaraq qalacaqdır.

Zaur Əliyev

siyasi elmlər üzrə fəlsəfə doktoru

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi,

 Azərbaycan Turizm İnstitutunun baş müəllimi,

“KarabakhİNFO.com”

04.10.2013 10:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*