Azərbaycanca

Vardar Oskanyan: “Ölkənin suverenliyi təhlükə altına düşəcək”

25.10.2014 | 10:45

oskanyanÖtən gün İrəvanda parlamentdəki müxalifət üçlüyünün (“Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs”) keçirdiyi aksiya zamanı “Çiçəklənən Ermənistan” partiyasını təmsil edən keçmiş XİN rəhbəri Vardan Oskanyan bildirib ki, onların meydana ölkədəki dözülməz durum çıxarıb: “Biz məcburiyyət qarşısındayıq, çünki heç bir alternativ yoxdur. Əgər belə davam edərsə, ölkənin suverenliyi təhlükə altına düşəcək”.

 

 

V. Oskanyan deyib ki, hazırkı Ermənistan hakimiyyəti ölkədəki ağır vəziyyətə məhəl qoymur: “Özlərini elə aparırlar ki, guya hər şey normaldır. Hakimiyyət siyasətində nəyisə dəyişməyə hazır deyil, ən əsası isə konstitusiya fırıldağına yol verməklə hakimiyyətlərini uzatmağa çalışırlar”.

 

 

V. Oskanyan deyib ki, Ermənistanın hazırkı hakimiyyəti hər hansı dəyişiklik etmək iqtidarında deyil: “Çünki bu illər ərzində yürütdükləri iqtisadi siyasət elə bir sistem formalaşdırıb ki, nəyisə dəyişmələri mümkün deyil. Bu gün bu sistemi yalnız hakimiyyəti dəyişmək yolu ilə dağıtmaq olar”.

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

25.10.2014 10:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*